/ / Qazaxda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib
Qazaxda akademik Ramiz Mehdiyevin "Gorus-2010: absurd teatrı mövsümü" kitabının müzakirəsinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilib
17.08.2011 [01:09]
AzərTAc xəbər verir ki, konfransı açan rayon İcra hakimiyyətinin başçısı Rauf Hüseynov bildirib ki, akademik Ramiz Mehdiyevin Azərbaycan xalqının tarixini saxtalaşdıranlara qarşı yazdığı “Gorus-2010: absurd teatrı mövsümü” kitabı sanballı və dəyərli tədqiqat əsəri olmaqla yanaşı, xalqımızın soykökünün, qədim və müasir tarixinin hərtərəfli və geniş araşdırılıb öyrənilməsi, ümumiləşdirilməsi, bir sıra mənbələrin, o cümlədən dünyanın məşhur alimlərinin Qafqaz və Azərbaycanın tarixinə dair əsərlərinin sistemləşdirilməsi baxımından da böyük əhəmiyyət kəsb edir və ciddi maraq doğurur.
Bildirilib ki, son vaxtlar Azərbaycana qarşı psixoloji-siyasi həmlələrin artması bizdən ayıq-sayıq olmağı, Azərbaycançılıq ideyası ətrafında sıx birləşməyi, təbliğat imkanlarımızı səfərbər edib ideoloji işimizi zəngin faktlar və çevik manevrlər əsasında qurmağı tələb edir. Elmi-nəzəri konfransda rayon İcra hakimiyyəti başçısı aparatının şöbə müdiri Məhəmməd Orucov geniş məruzə iıə çıxış edib.
Bildirilib ki, müstəqil Azərbaycanın sürətli inkişafı bədnam qonşularımızı ciddi narahat edir. Zəhərli təbliğat maşınının bütün kanallarını işə salan erməni mıllətçiləri dünyanın müxtəlif ölkələrində özlərinin antiazərbaycan siyasətindən əl çəkmir və yeni-yeni uydurma tezislərlə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Hətta iş o yerə çatmışdir ki, qonşu xalqlar arasında düşmənçilik toxumu səpən erməni təbliğatçılarına istiqamət verən Ermənistan prezidenti Serj Sarkisyan özü də uydurma tezislər irəli sürməyə, dolaşıq fikirləri ilə tarixi saxtalaşdırmağa, yalançı məlumatları ilə tarixi faktları və hadisələri təhrif etməyə girişib. Ona görə də, tariximizin ayrı-ayrı dövr və mərhələlərinin, xalqımızın ən qədim zamanlardan bu günə qədər keçdiyi inkişaf yolunun, dövlətçilik ənənələrinin zəngin təcrübəsinin və qüdrətli dövlət yaratmaq bacarığının elmi faktlarla, qədim və orta əsr müəlliflərinin mənbə və qaynaqları ilə əsaslandırılması və sübuta yetirilməsi, tarixi saxtalaşdırmaq istəyənlərə elmi cavablar verilməsi bu gün daha cox əhəmiyyət kəsb edir.
Bu baxımdan akademik Ramiz Mehdiyevin tariximizin müxtəlif dövrlərini təhlil edən, düşmən təbliğatına konkret elmi sübutlarla cavab verən “Gorus-2010: absurd teatr mövsümü” kitabı cox böyük əhəmiyyətə malıkdir. Bu tarixi əsərin başlanğıcından məlum olur ki, 2010-cu il oktyabrın 16-da erməni absurd teatrının səhnəsində növbəti tamaşa təşkil edilib. Bu dəfə tamaşa qədim Azərbaycan torpağı olan Gorus şəhərində göstərilib. Tamaşanın “baş qəhrəmanı” hansısa artist deyil, Ermənistan prezidenti Serj Sarkisyan özüdür. Bu həmin Serj Sarkisyandır ki, əli Azərbaycan xalqının qanına batıb, XX əsrin ən dəhşətli faciəsi Xocalı soyqırımına bais olub, yüzlərlə günahsız insanın ölümünə fətva verib, Dağlıq Qarabağda hərbi əməliyyatlara və dinc soydaşlarımızın qırğınlarına başçılıq edib.
Məruzədə qeyd edilib ki, akademik Ramiz Mehdiyevin kitabında göstərildiyi kimi, Serj Sarkisyanın Gorusda “erməni dilinin ən qədim dillərdən biri olması”, “ermənilərin ali irqə mənsub olması”, “Azərbaycan xalqının XX əsrdə yaranması”, “Dağlıq Qarabağ xalqının milli özünü təyinetmə hüququna malik olması” kimi absurd bəyanatlar səsləndirməsi Ermənistan rəhbərliyinin diplomatik cəbhədə çıxılmaz vəziyyətə düşdüyünü sübut edir. Danışıqları süni şəkildə uzatmaq imkanları tükənən, işğalçılıq siyasətinə görə beynəlxalq təzyiqlə üzləşən S.Sarkisyan Gorusda verdiyi bəyanatlarla faktiki olaraq Azərbaycanın diplomatik üstünlüyünü etiraf edib.
Məruzəçi bildirib ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabının cəmiyyətdə böyük əks-səda doğurması və maraqla qarşılanması təsadüfi deyildir. Kitabda ermənilərin Cənubi Qafqaz və Dağlıq Qarabağda yerləşdirilməsi, son iki əsrdə terror, soyqırımı və deportasiya siyasəti yürütdükləri konkret faktlarla göstərilib.
“Gorus-2010: absurd teatrı mövsümü” əsərində müəllif son illərdə Ermənistanın ciddi diplomatik geriləməyə məruz qaldığını, ölkəmizin danışıqlar prosesində üstünlüyü və təşəbbüsü ələ almasını, haqlı mövqeyini qətiyyətlə ortaya qoyaraq müdafiə etməsini real faktlarla göstərib. Əsərin sonunda Ermənistanın hazırkı qeyri-konstruktiv mövqeyinin erməni xalqını daha böyük müsibətlərə sürüklədiyi diqqətə çatdırılıb.
Bildirilib ki, akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabı istər Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, istərsə də bədnam erməni ideoloqlarının apardıqları çirkin təbliğat kampaniyasının ifşa olunması baxımından son dərəcə əhəmiyyətli, aktual bir əsərdir.
Konfransda çıxış edənlər akademik Ramiz Mehdiyevin “Gorus-2010: absurd teatrı mövsümü” kitabını bədnam qonşularımızın əsl xislətinin açılması, tariximizin öyrənilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətini xüsusi vurğulayıblar.
Xəbər lenti
Hamısına baxDünya
23 Aprel 23:30
İqtisadiyyat
23 Aprel 23:11
Dünya
23 Aprel 22:50
Dünya
23 Aprel 22:35
Dünya
23 Aprel 22:19
Dünya
23 Aprel 21:43
Dünya
23 Aprel 21:16
İdman
23 Aprel 21:06
Dünya
23 Aprel 20:58
Dünya
23 Aprel 20:22
Dünya
23 Aprel 19:40
Dünya
23 Aprel 19:31
Dünya
23 Aprel 19:15
İqtisadiyyat
23 Aprel 18:22
Elm
23 Aprel 17:22
Dünya
23 Aprel 17:19
Dünya
23 Aprel 16:28
İqtisadiyyat
23 Aprel 15:51
Dünya
23 Aprel 15:51
Sosial
23 Aprel 15:43
Dünya
23 Aprel 15:32
YAP xəbərləri
23 Aprel 15:25
Sosial
23 Aprel 15:19
Dünya
23 Aprel 14:59
Dünya
23 Aprel 14:25
Sosial
23 Aprel 14:21
Gündəm
23 Aprel 14:13
Sosial
23 Aprel 13:57
Elanlar
23 Aprel 13:52
Sosial
23 Aprel 13:43
Dünya
23 Aprel 13:19
Gündəm
23 Aprel 12:48
Siyasət
23 Aprel 12:47
Dünya
23 Aprel 12:40
Xəbər lenti
23 Aprel 12:14
Dünya
23 Aprel 12:12
Siyasət
23 Aprel 11:56
Gündəm
23 Aprel 11:37
Dünya
23 Aprel 11:10
Sosial
23 Aprel 11:05
MEDİA
23 Aprel 10:52
Sosial
23 Aprel 10:43
Gündəm
23 Aprel 10:30
Analitik
23 Aprel 10:16
Analitik
23 Aprel 09:58
Ədəbiyyat
23 Aprel 09:31
Analitik
23 Aprel 09:14
Sosial
23 Aprel 08:50
Sosial
23 Aprel 08:33
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:50
İdman
23 Aprel 07:49
İdman
23 Aprel 07:41
Dünya
23 Aprel 07:30
Dünya
22 Aprel 23:35
Xəbər lenti
22 Aprel 23:18
İqtisadiyyat
22 Aprel 22:54
İqtisadiyyat
22 Aprel 22:42
Dünya
22 Aprel 22:20
Dünya
22 Aprel 21:49
Siyasət
22 Aprel 21:39
Siyasət
22 Aprel 21:38
Siyasət
22 Aprel 21:38
İdman
22 Aprel 21:33
İqtisadiyyat
22 Aprel 21:15
Siyasət
22 Aprel 21:07
Dünya
22 Aprel 20:58
Gündəm
22 Aprel 20:58
Siyasət
22 Aprel 20:56
Dünya
22 Aprel 20:22

