Korluq, karlıq, lallıq və ya müxalifətin müzakirə-şousuna sözardı
19.08.2011 [10:22]
İP-dəki müxalifətçilər yenidən bir araya gəlib. Bu dəfə onlar özlərinin təbiri ilə desək, demokratiyaya keçidin yumşaq “yol xəritəsi”ni müzakirə etməyə çalışıblar. Bu xəritə nədir, nədən bəhs edir və ən əsası, bu xəritə haradan peyda olub? Onu ortaya çıxaran “səbəblər” haqqında yazımızda qeydlər edəcəyik, amma ilk olaraq, İP-dəkilərin bu sevdaya düşməsi məsələsinə toxunmaq istərdik.
1991-ci ildə müstəqillik əldə edən Azərbaycan Respublikasında 1993-cü ilin yayına qədər nələrin baş verdiyi hər kəsə bəllidir. Bu barədə dəfələrlə deyilib, yazılıb, müzakirələr aparılıb. 1993-cü ilə qədər Azərbaycanda iqtidarda olan hazırki müxalifətin hansı “demokratik üsullarla” ölkəni idarə etdiyi də hər kəs tərəfindən yaxşı xatırlanır. Bircə misalı göstərmək olar ki, məhz bu “demokratiya”nın “təntənəsinin” nəticəsi idi ki, ölkədə silahlı qruplaşmalar at oynadır, dövlət idarəçiliyində yer alan şəxslərin kimliyini silahlar müəyyənləşdirir, başına beş-üç başıpozuq əlisilahlını toplayan şəxs özünü “səhra komandanı” elan edirdi. Bu demokratiyanın yumşaq və ya sərt “növdən” olması isə yəqin ki, onların özlərinə bəlli idi...
Bəli, bu yarıyumşaq, yarızarafat “demokratiya” zülmü 1993-cü ilin yayına qədər davam etdi. Bu zülmdən ən çox əziyyət çəkən isə xalq idi. AXC-Müsavat qruplaşmasının “demokratiyası” nəticəsində əlinə silah alan hər kəs özünü “reket” kimi aparır, təqdim edirdi. 1993-cü ilin yayından sonra-Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışından sonra isə AXC-Müsavat qruplaşması tərəfindən yaradılan və onların səriştəsizliyi sayəsində yaranan bu “demokratik” silahlı qruplaşmalar ləğv edildi, ölkədə qanunlar hakim kəsildi və Azərbaycanda sözün əsl mənasında hüquqi dövlət quruculuğuna başlanıldı. 1995-ci ildə qəbul olunan ölkə Konstitusiyası Azərbaycan vətəndaşlarının bütün sferalarda hüquq və azadlıqlarını tanıdı, təsbit etdi. Digər tərəfdən, bu, ölkəmizdə Qərbə inteqrasiyanın, bazar iqtisadiyyatına keçidin-hansı ki, bu da demokratiyanın mühüm göstəricisi sayılır, digər tərəfdən, vətəndaş cəmiyyətinin formalaşmasının əsasını qoydu.
Məhz 1995-ci il Konstitusiyası Azərbaycanda demokratik-hüquqi dövlətin yaranmasının, gələcəkdə də dövlətin məhz bu istiqamətdə inkişafının təminatı sayıldı. Xüsusi olaraq vurğulayaq ki, bir sıra beynəlxalq ekspertlər Azərbaycan Konstitusiyasını liberallığına, demokratik göstəricilərinə, insan hüquq və azadlıqlarının geniş təsbitinə (dünyada az-az Ana Yasa var ki, bu qədər insan hüquq və azadlıqlarına yer ayırsın) görə bir sıra aparıcı Qərb dövlətlərinin əsas qanunundan üstün sayırlar. üstəgəl, Azərbaycanın mükəmməl Seçki Məcəlləsinin məhz Avropa Şurasının Venesiya Komissiyası ilə məsləhətləşmələr nəticəsində qəbul olunduğunu nəzərə alsaq, ölkəmizdə demokratiya ilə bağlı problemin olmadığını diqqətə çatdıra bilərik...
Fikirləşmək olardı ki, 20 il bundan öncə demokratiyanı özünəməxsus şəkildə xarakterizə edən, əllərinə düşən fürsətlə də həmin özünəməxsusluğu cəmiyyətə sırımağa çalışan İP müxalifəti bu gün özü demokratikləşməyə cəhd göstərir. Artıq buna yumşaq və ya sərt şəkildə nail olmaları onların öz şəxsi işləridir. Amma aparılan müzakirələr, səslənən fikirlər təəssüf ki, bu qənaətə gəlməyə belə əsas vermir...
“Yol xəritəsi”-ingilis dilində olan “məsləhətlər”in məcmusu...
Maraqlı olan bir məqam da var ki, İP-çilər apardıqları son müzakirə ilə özlərini biabır ediblər, hansı təfəkkürə malik olduqlarını bir daha ortaya qoyublar. Beləliklə, məhz İP-çilərin özlərinin çıxışlarından sitat gətirməklə, çıxarışlar verməklə onların nə istədiklərinə nəzər yetirək. Birincisi, bu sənədin “həmmüəllifi” sayılan Zəfər Quliyev elə “proloq”daca “gül” vurub. “Həmmüəllif” deyib ki, “Demokratiyaya yumşaq keçid-yol xəritəsi” ingilis dilinə tərcümə edilərək beynəlxalq təşkilatların nümayəndələrinə təqdim olunub. Z.Quliyev bildirib ki, “sənədin qəbulunda onların da bir sıra təklifləri nəzərə alınıb”... Bəli, xoruzun quyruğu elə burdan göründü. Demək, yenə də İP müxalifəti Azərbaycanın dövlət maraqlarına, milli mənafeyinə zərbə vurmaq istəyən hansısa beynəlxalq təzyiq qrupunun missioneri rolunda çıxış edir, onların arzu və istəklərini “müxalifətin sənədi” adı altında təqdim etməyə çalışır. Göründüyü kimi, müxalifətin xisləti dəyişməyib və onlar yenə də sadə və yumşaq dillə desək, ağalarından aldıqları əmrləri sənəd halına salıb onun “müzakirəsini” aparırlar...
Yeni İP və ya parlament-parlament oyu
nu...
Bəs bu “xəritədə” yer alan müddəalar nələrdir? İP-çilər bu “yumşaq xəritə” vasitəsilə nə istəyirlər? Bu “xəritədə” nələr əks olunub? Demək ki, “Yol xəritəsi”ndə qeyd olunur ki, xüsusi Demokratik İslahatlar Şurası yaradılsın: “Bu şura ya Prezidentin, ya da Prezident Administrasiyasının yanında fəaliyyət göstərə bilər. Bu şura seçki qanunvericiliyinə, Konstitusiyaya bir sıra dəyişiklikləri gerçəkləşdirməlidir”...
Bir dəqiqə... İP-çilərin bu iddiası absurd və gülüncdür. Onların tələb etdiyi bu qurum bir növ Azərbaycan Milli Məclisinin prototipidir. ölkənin qanunverici orqanı Milli Məclisdir və artıq uzun illərdir ki, fəaliyyət göstərir. İP-in bundan xəbəri yoxdursa, günah özlərindədir, vay onların halına... Yeri gəlmişkən, İP-in başında dayananlar hər zaman bu qurumun Milli Məclisin alternativi olduğunu iddia edirdi. Bu gün isə İP özünə alternativ bir qurum yaratmaq iddiasını irəli sürür. Və ya bu yolla özünü leqallaşdırmağa çalışır... Yəni, oyun köhnə oyundur.
İP-in qanundan xəbəri yoxdur-bələdiyyələr 2 ildir ki, birləşib!!!
“Yol xəritəsi”ndə yazılıb ki, iri bələdiyyələr yaradılmalıdır. Həqiqətən də İP-çilərin ya yaddaşları ilə bağlı problemləri var, ya da onların qanunvericilikdən, Azərbaycanda gedən proseslərdən ümumiyyətlə xəbərləri yoxdur. Söhbət ondan gedir ki, bu gün İP-dəkilərin bəh-bəhlə irəli sürdükləri “islahat tələbi” ölkəmizdə 2 il bundan öncə reallaşdırılıb. Yəqin onlar hələ də ayılmayıblar. 2009-cu ilin aprel ayının 16-da “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 17 mart tarixli 777-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı var. Bununla yanaşı, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə Azərbaycan Respublikasının Qanunu var... 1000-dən artıq kiçik bələdiyyə bu qanuna əsasən birləşib... Xəritəçəkənlərin deyəsən, ümumiyyətlə Azərbaycandan xəbərləri yoxdur? Bu sənədi oxuyan İP-çilər isə qanuvericiliyə bir daha nəzər salmaq məcburiyyətində qalacaqlar.. Ən azından...
Mus-musun axırı və ya 18 illik əsassız ambisiya artıq xəritələrdə...
“Yol xəritəsi”nin sonunda isə daha maraqlı məqamlar yer alır. Adını “yumşaq” deyə qoyduqları bu yazının sonunda İP-çilərin yenə də əsl niyyətləri meydana çıxır. Onlar, əslində, hansısa təklif vermək və ya nəyisə müzakirə etmək niyyətində deyillər. Sadəcə, onların davası ölkədə hansı yolla olursa olsun qarışıqlıq salmaq və hakimiyyətə yiyələnməkdir. çünki “yol xəritəsi”nin sonunda qeyd olunur ki, ölkədə növbədənkənar parlament, bələdiyyə və prezident seçkisi keçirilməlidir(?). Sual meydana çıxır, niyə??? Hansı zərurətdən? Aha... Mus-mus deyincə, birdəfəlik Mustafa deyin... Siz illərdir ki, məzmunsuz, məntiqsiz və sivil siyasi qaydalardan kənar şəkildə hakimiyyət davası aparırsınız. Artıq nədən “demokratiya” xalatına bürünmək arzusunda olduğunuz da meydana çıxdı. Yəqin ki, bunu sizə dünyaya “demokratiya” dərsi sırımağa çalışan bəzi “UNCLE”larınız öyrədiblər. çünki onların qurduqarı “demokratiya” tamaşasının acı nəticələri hələ də dünya səhnələrindən silinməyib...
ETİRAF: Məzmunsuz, məntiqsiz, qeyri-səlis xəritə...
Müzakirələr zamanı “xəritənin” digər “həmmüəllifi” Pənah Hüseyndən də maraqlı açıqlamalar gəlib. P.Hüseyn etiraf edib ki, onlar özlərini cəmiyyətdən təcrid halına salıblar. SİTAT: “Biz hakimiyyətlə siyasi dialoqa başlamaq istəyiriksə, ilk növbədə, belə dialoqa cəmiyyətlə girməliyik. Bundan sonra, hakimiyyətlə dialoqa getmək olar”.
Deyəsən, P.Hüseyn də daxil olmaqla, bəziləri artıq dərk edirlər ki, ölkədə hakimiyyətin mənbəyi XALQDIR, bir sıra xarici səfirliklər yox. Hansısa seçkidə üstünlük əldə etmək üçün, siyasi uğur qazanmaq üçün xalqın dəstəyini əldə etmək lazımdır. İllər sonra P.Hüseynin bu etirafı özü də həmin “müzakirəyə” bir rəng qatıb.
“Xəritəni” kim dəyişib və ya bu kimin xəritəsidir???
Azərbaycan müxalifəti ola, aralarında dartma-yaxam çırıldı olmaya? Sən demə bu “xəritə” də başıbəlalı imiş. P.Hüseyn iddia edir ki, digər “həmmüəllif” Z.Quliyev bu sənədi “özünəməxsus” (bəlkə də Z.Quliyevin yuxarıda qeyd etdiyi BEYNƏLXALQLARIN tələbi ilə) şəkildə dəyişib. P.Hüseyn deyir ki, müzakirəyə təqdim olunan “Yol xəritəsi”nin mətni bir həftə əvvəl Koordinasiya Şurasında müzakirəyə çıxarılan mətn deyil: “Yol xəritəsi”ndən əsas ideyalar çıxarılıb. Nəticədə sənəd qeyri-müəyyən hala salınıb. Bu baxımdan hesab edirəm ki, bu sənəd siyasi, hüquqi, nəzəri cəhətdən pisləşdirilib”.
Deməli, İP-in başında duranlar və “xəritə” müzakirəçiləri həmin gün qeyri-müəyyən bir sənədi müzakirə etməyə toplaşıblarmış. Demək, bu qədər nəfəsi onlar qeyri-müəyyən bir sənəd üçün sərf edirmişlər. Deməli, illər sonra İP-ə yığılıb ortaya bir sənəd çıxarmaq istədilər, onun da taleyi qeyri-müəyyən oldu... Bu üzdən də P.Hüseyn həmin xəritənin nəinki qəbulunu, heç müzakirəsini məqbul saymayıb... Bəlkə xəritə ingilis dilindən tərcümə olunan zaman dəyişdirilib? Şərhə ehtiyac varmı???
“Yol xəritəsi” qısqanclığın qurbanına çevrilib...
Xəritəni dəyişdirməkdə təqsirləndirilən Z.Quliyev isə özünü müdafiə edib. O, P.Hüseynin bu fikirləri qısqanclıq zəminində səsləndirdiyini iddia edib. SİTAT: “Pənah bəyin sənədə münasibəti bir qədər qısqanc xarakter daşıyır”.
Demək ki, burada da bir-birinin ayağını çəkmə xəstəliyindən qurtula bilməmişlər. Və ya xəritə qısqanclığın qurbanına çevrilib...
Daha sonra, Z.Quliyev bir daha maraqlı mesajı ilə də yadda qalıb: “Biz bütün dünyaya nümayiş etdirmək istəyirik ki, ölkədə real dəyişikliklərin tərəfdarıyıq”. (Diqqət edin müraciət dünyayadır, Azərbaycan xalqına deyil - P.S.)
Z.Quliyevin bu mesajının İP-i əlində oyuncağa çevirən xarici dairələrə ünvanlandığına şübhə yoxdur. Amma radikal müxalifətin bu qədər açıq şəkildə müraciəti onların vəziyyətlərinin nə qədər acınacaqlı olduğunu bir daha Azərbaycan xalqına nümayiş etdirir...
çərçivəli demokratiya və ya dəyişməyən xislət...
İP-dəki AXCP-nin sədri Əli Kərimlinin məsələyə reaksiyası isə bir sıra qaranlıqlara aydınlıq gətirib. Ə.Kərimli deyib ki, İP-in daxilində bundan artıq sərbəstlik demokratiya yox, anarxiya olar. Birincisi, özünü demokratiya atlasının müəllifi kimi qələmə verməyə çalışan Ə.Kərimli hər zaman olduğu kimi ən böyük antidemokrat olduğunu yenə də isbatlayır və bununla da dialoq aparan Zəfər Quliyevlə Pənah Hüseynin ikisindən birini “mədəni şəkildə” susdurmaq istəyir. İkincisi isə, Kərimli yenə də İP-dən öz şəxsi mənafeləri üçün istifadə etməyə çalışdıqlarını nümayiş etdirir. Yəni, edilən əlavə və dəyişikliklər, sadəcə, xarici “dayılardan” edilən xahişlə şəxsi maraqlar kontekstinə söykənir.
Ə.Kərimli bir daha kimliklərini, məramlarını açıq şəkildə bəyan edib. Deyib ki, onlar hədəflərindən yayınmaq fikrində deyillər. Bir az daha açıqlasaq, onlar tutduqları antidemokratik, maraqlı xarici qüvvələrin əlaltısı qismində çıxışlarını davam etdirmək niyyətindədirlər. Elə isə... Belələrinin demokratiyadan danışmağa haqqı çatırmı???
P.S. Bu fikirlərdən sonra əlavə şərh verməyə ehtiyac duymadıq. Onsuz da İP-çilər özləri kifayət qədər açıq şərhlər veriblər. Bu şərhləri görməmək isə həqiqətən də korluq və karlıq olardı...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50
YAP xəbərləri
12 Noyabr 22:32
Hadisə
12 Noyabr 22:19
Dünya
12 Noyabr 21:57
YAP xəbərləri
12 Noyabr 21:38
YAP xəbərləri
12 Noyabr 21:16
YAP xəbərləri
12 Noyabr 20:40
Dünya
12 Noyabr 20:34
YAP xəbərləri
12 Noyabr 20:12
Dünya
12 Noyabr 19:54
YAP xəbərləri
12 Noyabr 19:30
Elm
12 Noyabr 19:22

