Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / XİN: Ermənistanın qorumağa çalışdığı mövcud status-kvo həm Azərbaycan, həm də dünya ictimaiyyəti üçün qəbuledilməzdir

XİN: Ermənistanın qorumağa çalışdığı mövcud status-kvo həm Azərbaycan, həm də dünya ictimaiyyəti üçün qəbuledilməzdir

02.09.2011 [10:39]

“Azərbaycan konstruktiv danışıqların aparılmasında maraqlıdır və hər zaman konstruktiv mövqe nümayiş etdirib. Ermənistanın qorumağa çalışdığı mövcud status-kvo həm Azərbaycan, həm də dünya ictimaiyyəti üçün qəbuledilməzdir”. APA-nın xəbərinə görə, bu sözləri Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanın tələbələrə görüşdə söylədiyi fikirlərə münasibət bildirən Azərbaycan XİN-in mətbuat xidmətinin I katibi Elman Abdullayev deyib. E.Abdullayev Ermənistanın səmimiyyətinə şübhə etdiklərini vurğulayaraq bildirib ki, bu ölkə həm öz xalqını, həm də dünya ictimaiyyətini çaşdırmaqdan vaz keçməlidir: “Konkret fəaliyyətə keçmək və iş görmək lazımdır. Sülh sazişinin konturları ilə bağlı müəyyən razılaşmalar var. Azərbaycan yenilənmiş Madrid sənədinin əsas prinsiplərini qəbul edib. Bu prinsiplər hər kəsə məlumdur. Ermənistan ilk növbədə öz silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmalıdır və bizim vətəndaşlarımız öz evlərinə qayıtmalıdır. Ermənistan tərəfi uzun müddət yenilənmiş Madrid sənədinin əsas prinsiplərini qəbul etməkdən imtina edib”.
E.Abdullayev qeyd edib ki, Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həlli üçün danışıqlar prosesinin davam etdirilməsinə tərəfdardır.

Paylaş:
Baxılıb: 846 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30