İstintaq bitibsə...
06.07.2023 [10:30]
Əliməmməd Nuriyev: Azərbaycanın bu barədə məlumatlandırılması beynəlxalq hüququn tələblərindən biridir
Nardar BAYRAMLI
Azərbaycanın Tehrandakı səfirliyinə qarşı terror hücumunun baş verməsindən altı aya yaxın vaxt keçir. Bu dövr ərzində İran bir çox digər məsələlərdəki kimi, səfirliyimizə qarşı terror aktını ailə-məişət zəminində hadisə kimi qiymətləndirməkdədir. Səfirliyimizə qarşı törədilən bu cinayət bir terror aktı olsa da, əslində bunun təşkilatlandırılmamış olduğunu söyləmək absurddur. Amma İran hələ də bu absurd işindən əl çəkmir. Rəsmi Tehran səfirliyimizin təhlükəsizliyini təmin etməməsi, bu terror aktının hansı şəkildə planlaşdırılması və hansı şəxslərin terror aktında əlinin olması barədə susur.
İyulun 4-də isə İran Məhkəmə Sisteminin sözçüsü Məsud Setayeşi Tehranda keçirdiyi brifinqdə deyib ki, Azərbaycanın Tehrandakı səfirliyinə gözlənilməz hücum baş verib və acı hadisə idi: “Odur ki, ölkənin məhkəmə, siyasi və güc orqanları hər zaman bildiriblər ki, bu hücumun əsas günahkarı və ya bunda əli olan digər şəxslərlə qətiyyətli və qanuni şəkildə davranmaq lazımdır. Artıq istintaq yekunlaşıb. Geniş araşdırmalardan sonra qeyd olunub ki, işin müxtəlif aspektləri aydınlaşdırılmalı və iş Azərbaycan hökuməti ilə əməkdaşlıq şəraitində hökmün çıxarılması ilə nəticələnməlidir. Əvvəlkitək iş üzrə eyni müttəhim keçir”.
Qeyd edək ki, Azərbaycan tərəfinə terror hadisəsi ilə bağlı istintaqın yekunlaşması barədə məlumat verilməyib. Bunun da bəzi səbəbləri ola bilər. Məlumdur ki, saxlanılan şəxs İran vətəndaşı, 50 yaşlı Yasin Hüseynzadədir. Hadisə baş verən gün polis hücum edən şəxsin səfirliyin binasının yanında müsahibə verməsinə və cinayətin motivlərini açıqlamasına şərait yaradıb. O, cinayətin səbəblərini “ailə və şəxsi problemləri ilə” əlaqələndirib, deyib ki, guya onun Azərbaycan vətəndaşı olan xanımını səfirlikdə “gizlədiblər”. Tehran cinayəti törədənin psixi problemlərinin olduğunu iddia edib.
Azərbaycan isə səfirliyə hücumu terror aktı kimi qiymətləndirib və hərtərəfli araşdırma tələb olunub. Rəsmi Bakı səfirliyin bütün əməkdaşlarını təxliyə edib və diplomatik missiyanın fəaliyyətinin bərpası üçün hücumda iştirak edənlərin hamısının müəyyənləşdirilməsini və cəzalandırılmasını şərt kimi irəli sürüb.
Son vaxtlar isə İran tərəfindən münasibətlərin normallaşdırılması ilə bağlı fikirlər səsləndirilir. Belə ki, iyunun 12-də İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Nasir Kənani Azərbaycanla münasibətlərə toxunarkən bildirib ki, diplomatik tədbirlər nəticəsində gərginliyin nəzarət altına alınması ilə bağlı müsbət nəticə əldə edildiyinə inanır. Onun sözlərinə görə, hazırda gərginlik mərhələsindən yeni mərhələyə keçid və Azərbaycan Respublikasının Tehrandakı Səfirliyinin rəsmi fəaliyyətini bərpa etmək üçün danışıqlar mərhələsindədirlər. Kənani əlavə edib ki, yeni praktik addımlar atmaq üçün dialoqa və fikir mübadiləsinə ehtiyac var. Buna cavab olaraq isə Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, son zamanlar, Azərbaycanla İran arasında bir sıra təmaslar həyata keçirilib. Xarici işlər nazirləri arasında baş tutmuş danışıqlar zamanı ölkələrimiz arasında yaranmış məlum vəziyyətə dair ətraflı fikir mübadiləsi aparılıb. “Cari ilin yanvar ayında terror hücumu nəticəsində fəaliyyətini dayandırmış səfirliyimizin işinin bərpa olunması məsələsinə gəldikdə qeyd edək ki, Azərbaycan terror hücumu ilə bağlı istintaqın başa çatdırılacağını gözləyir. Terror aktını törədənlər və sifarişçilər məsuliyyətə cəlb olunmalı, ən sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan tərəfi əmin olmalıdır ki, səfirliyin təhlükəsiz fəaliyyəti üçün şərait mövcuddur və bununla bağlı tam zəmanət verilməlidir”, - deyə XİN rəsmisi qeyd edib.
Maraqlıdır ki, İran tərəfi istintaqın başa çatdığını bildirir. Belədirsə, nə üçün Azərbaycan tərəfi bununla bağlı məlumatlandırılmır? Məsələ ilə bağlı qəzetimizə açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev bildirib ki, bu istintaqın yekunlaşdırılması ilə bağlı Azərbaycan tərəfinə məlumat verilməsi rəsmi Tehranın borcudur. Onun sözlərinə görə, bunu həm Vyana Konvensiyası, həm də beynəlxalq hüquq tələb edir.
“Çünki bu, adi cinayət hadisəsi deyil. Söhbət bir ölkənin ərazisində digər dövlətin diplomatik nümayəndəliyinə qarşı törədilən cinayət hadisəsindən gedir. Bu cinayət nəticəsində səfirliyin bir əməkdaşı öldürülüb, digəri isə yaralanıb. İran dövlətinin borcudur ki, Azərbaycanın müvafiq qurumlarını istintaqın gedişi barədə məlumatlandırsın. Bu, birgə əməkdaşlıq şəraitində baş verməlidir. Çünki həmin terror cinayəti İranın daxili məsələsi deyil. Burada zərərçəkən bizim dövlətimizdir. Azərbaycanın istintaqın gedişi və yekunlaşması haqqında məlumatlandırılması beynəlxalq hüququn tələblərindən biridir”, - deyə Ə.Nuriyev vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

