Region üçün “atom” təhdidi...
15.07.2023 [11:25]
Ermənistan bu məsələdə də böyük dövlətlərin alətinə çevrilib
GÜLAY
Bir müddət öncə “Qərbə inteqrasiya” yolunu “seçdiyini” bəyan edən Ermənistan yeni siyasi manevrlərə əl atır. Son dövrlərdə müttəfiqi Rusiyaya “qarşı” mövqe tutduğunu “sübut etmək” üçün min bir yola baş vuran Paşinyan hökuməti bununla siyasi dividend qazanmaq istəyir. Bu kimi “təhdidlərlə” Rusiyanı hərəkətə gətirmək niyyətində olan rəsmi İrəvanın addımları siyasi şantaj xarakteri daşıyır.
2020-ci il Vətən müharibəsindən sonra reginda yeni təhdid - ekoloji terror siyasəti yürüdən Ermənistan Metsamor AES-lə bağlı məsələni zaman-zaman gündəmə gətirməklə bunu artıq siyasi manipulyasiyaya çevirir. Təsadüfi deyil ki, ABŞ-da səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Pentaqon rəhbərinin köməkçisinin müavini Laura Kuperlə görüşündə bu məsələyə toxunub - o, müdafiə sahəsində Ermənistan ordusunda islahatlar prosesi və müdafiə sahəsində ikitərəfli əməkdaşlıq kimi bir çox məsələlərlə yanaşı, SSRİ zamanı tikilmiş Metsamor AES-dən Amerikanın xeyrinə imtina etməyin mümkünlüyünü bildirib. Bununla bağlı açıqlamasında Qriqoryan İrəvanda yeni AES-in tikintisi və ya mövcud stansiyanın modernləşdirilməsi ilə bağlı yekun qərarın qəbulu üçün müzakirələrin davam etdiyini bildirib.
Beləliklə, Ermənistan KTMT üzvü olduğunu “unudaraq” ABŞ-la “əməkdaşlığa” can atır. Yeni “atom şantajı” isə İrəvana baha başa gələ bilər. Baş verə biləcəklərin nə kimi təhdidlərə yol açdığı isə ortadadır.
Məsələ ilə bağlı qəzetimizə açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, Amerika Birləşmiş Ştatları və Rusiya Federasiyası arasında nüvə sahəsində çox böyük rəqabət gedir: “ABŞ-ın nüvə texnologiyası həm bahalı, həm də kifayət qədər böyük texnoloji proses tələb edir. Bundan əlavə, ABŞ nüvənin istifadəsi ilə bağlı çox ağır şərtlər qoyub və qiymətlər həddən artıq bahadır. Rəsmi Vaşinqton bu sahədə bir çox inkişaf etməkdə olan ölkələrlə əməkdaşlığa üstünlük verir. Rusiya isə bundan istifadə edərək, dünyada geniş bir nüvə stansiyaları şəbəkəsi yaradıb. Rusiya hazırda Səudiyyə Ərəbistan, Misir, İordaniya kimi ABŞ-ın ənənəvi müttəfiqləri olan ölkələrlə nüvə sahəsində əməkdaşlıq edir, burada nüvə reaktorları tikməkdədir. Bu məqamda ABŞ-ın məqsədi daha kiçik modul tipli atom elektrik stansiyalarını bölgələrə ucuz qiymətə satmaq və Rusiyanı sıxışdırıb “bazardan” çıxarmaqdır”.
Politoloq qeyd edib ki, ABŞ Rusiyanın əlindəki əlavə təzyiq imkanlarını məhdudlaşdırmaqda israrlıdır: “Çünki Misir, İran və Səudiyyə Ərəbistandakı stansiyalar Rusiyanın əlində olarsa, sözsüz ki, strateji gücü artar. Ermənistanda da eyni proses baş verir. Ermənistan hökuməti çalışır ki, Metsamor AES-dəki Rusiya asılılığı sona çatsın. Bunun həyata keçməsi üçün isə Metsamoru nüvə stansiyası ilə əvəz edərək, Rusiyanı sıradan çıxarmağa çalışacaqlar. Əlbəttə ki, Ermənistan baş naziri Nikol Paşinyan bu siyasəti hər sahədə həyata keçirmək istəyir. N.Paşinyanı hakimiyyətə gətirən qüvvələr onun qarşısına bir sıra şərtlər qoyub. Bunlardan biri də Ermənistanın Rusiya ilə əlaqələrinin maksimum şəkildə məhdudlaşdırılmasıdır. Paşinyan da bu məqsəd uğrunda Rusiya ilə “ipləri gərərək”, Qərbə tərəf can atır.
T.Rzayev Rusiyanın bu siyasətlə barışmayacağını da vurğulayıb. Rusiyanın əlində Ermənistana təzyiq göstərmək üçün bir neçə “silah” var: “Görünür, bu məsələdə də Rusiya ilə Qərb arasında toqquşma olacaq. Yəqin ki, Rusiya Metsamordan çıxmaq istəməyəcək. Ermənistan isə Rusiyadan uzaqlaşıb, Qərbə yaxınlaşmaq siyasətini davam etdirərsə mühüm təhlükələrlə üzləşəcək. Düşünürəm ki, artıq bu gərginliyin aradan qalxması mümkün görünmür. Hal-hazırda Xocalı cəlladlarından Vitali Balasanyan həbs olunub. Bu o deməkdir ki, Ermənistan daxilində Rusiyaya bağlı olan keçmiş Qarabağ klanı ilə Paşinyan hakimiyyəti arasındakı qarşıdurma davam edir. Nəhayət, bu prosesdə də Paşinyan hakimiyyətinin Qərbə doğru yaxınlaşması kimi oxşar addımların şahidi olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

