QAİ Nikol Paşinyanın növbəti dəfə səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyir – Bəyanat
07.08.2023 [09:31]
Biz, Ermənistandan qovulmuş azərbaycanlıları təmsil edən və onların geri qayıtmaq hüququnu müdafiə edən bir təşkilat olan Qərbi Azərbaycan İcması, Ermənistanın baş naziri Nikol Paşinyanın növbəti dəfə səsləndirdiyi saxta iddiaları qətiyyətlə pisləyirik. Belə ki, baş nazir Paşinyanın 2023-cü il 25 iyul tarixli mətbuat konfransının bir neçə gün əvvəl dərc olunmuş videoyazısından məlum olduğu kimi, o, azərbaycanlıların Ermənistanı “könüllü tərk etməsi” və onlara “təzminat ödənilməsi” ilə bağlı əsassız və bir-biri ilə ziddiyyət təşkil edən iddialar ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının məsələ ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda deyilir: “Əvvəla, qeyd edilməlidir ki, təzminat qanunsuz aktın törədilməsinin və itkilərin baş vermiş olmasının etirafı mənasına gəlir ki, bu da könüllü tərk etmə iddiası ilə ziddiyyət təşkil edir. Əgər insanların kütləvi şəkildə köç etməsi həqiqətən könüllü olubsa, onda onlara niyə təzminat təklif edilib? İkincisi, biz Ermənistandan qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququndan imtina etmələri müqabilində hər hansı formada təzminat aldıqları barədə iddianı qəti şəkildə təkzib edirik.
Zorla qovulma nəticəsində böyük əziyyət çəkmiş icma olaraq biz Ermənistandakı dədə-baba torpaqlarımıza qayıtmaq hüququmuzun təmin edilməsi tələbimizdə qətiyyətlə dayanırıq.
Ermənistanın baş nazirinin iddiaları onun həqiqəti təhrif etmək və icmamıza qarşı törədilmiş haqsızlıqlara görə məsuliyyətdən yayınmaq üçün növbəti cəhdidir. Ermənistan hökumətinin əsassız iddiaları qovulmuş azərbaycanlıların iztirablarını daha da artırır, sülh və barışığa gedən yolu çətinləşdirir. Ermənistan hökumətinin qovulmuş azərbaycanlıların öz yurdlarına qayıtmaq kimi hamılıqla qəbul olunmuş hüququnun həyata keçirilməsinə imkan verməkdən imtina etməsi bu dövlətin guya demokratik dəyərlərə bağlı olması və insan hüquqlarına hörmət etməsi ilə bağlı iddialarında nə dərəcədə qeyri-səmimi olduğunu ortaya qoyur. Ermənistanın hüquqlarımızı təmin etməkdən imtina etməsi onun azərbaycanlılara qarşı nifrət əsasında etnik ayrı-seçkilik etməsini və “milli azlıq yoxdursa, problem yoxdur” siyasəti yürütməsini birmənalı şəkildə sübut edir.
Biz Ermənistanı 2020-ci ildə münaqişə başa çatdıqdan sonra ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə təhlükəsiz şəkildə qayıtmasına imkan vermiş Azərbaycan tərəfindən nümunə götürməyə çağırırıq. Ermənistan insan hüquqlarına və beynəlxalq hüquqa eyni səviyyədə hörmət nümayiş etdirməli və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmaq hüququnu təmin etməlidir.
Biz Ermənistan hökumətindən yalan iddialar yaymağı dayandırmağı və Ermənistandan qovulmuş azərbaycanlıların legitim narahatlıqları ilə bağlı İcmamız ilə substantiv dialoqa başlamağı tələb edirik”.
Xəbər lenti
Hamısına baxSosial
13 May 23:21
Dünya
13 May 22:43
Dünya
13 May 22:39
Dünya
13 May 22:16
Mədəniyyət
13 May 21:54
Dünya
13 May 21:20
Xəbər lenti
13 May 21:14
Dünya
13 May 21:05
İqtisadiyyat
13 May 20:43
Dünya
13 May 20:30
Dünya
13 May 20:18
Dünya
13 May 19:50
Dünya
13 May 19:25
Dünya
13 May 19:13
Dünya
13 May 18:29
Dünya
13 May 17:35
Dünya
13 May 16:22
İdman
13 May 15:54
MEDİA
13 May 15:49
Maraqlı
13 May 15:30
Siyasət
13 May 15:17
Sosial
13 May 15:12
Dünya
13 May 14:25
Siyasət
13 May 14:07
İdman
13 May 14:06
Mədəniyyət
13 May 14:02
Dünya
13 May 13:42
Dünya
13 May 13:19
YAP xəbərləri
13 May 12:58
Dünya
13 May 12:55
Sosial
13 May 12:53
Sosial
13 May 12:30
Gündəm
13 May 12:21
Elm
13 May 11:55
Xəbər lenti
13 May 11:54
İdman
13 May 11:53
Gündəm
13 May 11:52
Siyasət
13 May 11:49
İqtisadiyyat
13 May 11:43
Gündəm
13 May 11:36
MEDİA
13 May 11:14
Gündəm
13 May 10:51
Siyasət
13 May 10:39
Analitik
13 May 10:12
İqtisadiyyat
13 May 09:57
Sosial
13 May 09:49
Xəbər lenti
13 May 09:47
Sosial
13 May 09:46
Ədəbiyyat
13 May 09:33
Analitik
13 May 09:15
Sosial
13 May 08:52
Ədəbiyyat
13 May 08:30
Dünya
13 May 07:48
Sosial
13 May 07:48
Xəbər lenti
13 May 07:47
Sosial
13 May 07:46
Dünya
13 May 07:39
Siyasət
13 May 07:39
Dünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54

