Paşinyan Sünikə hansı “üz”lə gedib?
18.08.2023 [10:30]
Erməni baş nazir bu dəfə də söyülüb qovulmaq təhlükəsi ilə qarşı-qarşıyadır
Ermənistanın baş naziri Nikol Paşinyan yenidən çətin bir “dilemma” ilə qarşı-qarşıyadır. Belə ki, onun xatirəsində “qara iz” buraxmış bir hadisə yenidən təkrarlanıb- Paşinyan Sünikə dəvət olunub. Bu barədə erməni mətbuatı məlumat yayıb. Bildirilir ki, Ermənistanda Sünik rəhbərliyi baş nazir Nikol Paşinyanın səfərinə hazırlaşır. “Paşinyanın Sünikə sonuncu dəfə 2021-ci ildə, seçki kampaniyası gedişində bölgəyə səfəri zamanı çıxan qalmaqalı hər kəs xatırlayır. Güman olunur ki, bu dəfə də onun üçün xoşagələn hal baş verməyəcək. Daha sonra baş nazirin həyat yoldaşı da Sünikə gedib və üsyankar Kacaran şəhərinin merindən bir buket qızılgül almışdı. Lakin Paşinyan o vaxtdan Sünikə getməkdən yayınıb. İndi hakim “Vətəndaş sazişi” partiyası vəziyyətin dəyişdiyini düşünür. Avqustun 19-u Kapan, 20-si isə Kacaran günüdür. Sünikə baş nazirlə yanaşı, parlamentin spikeri və digər hökumət üzvləri də dəvət olunub”, - deyə qəzet yazır.
2021-ci ilin “acı xatirəsi”
Xatırladaq ki, 2021-ci ilin aprelində baş nazir Nikol Paşinyan Sünik vilayətinə səfər edən zaman ona qarşı etiraz aksiyaları keçirilmişdi. Bu aksiyalarda Qafan, Mehri, Aqarak və Gorus şəhərlərindən 20 nəfərə yaxın sakin, o cümlədən Mehri şəhərinin meri Mxitar Zakaryan Xüsusi istintaq xidməti tərəfindən həbs edilmişdi. Vəziyyəti gərginləşdirməkdə və aksiyaların təşkilində günahlandırdığı Sünik vilayətinin keçmiş qubernatoru, “Yüksələn Ermənistan” partiyasının sədri Vahe Hakobyan da istintaqa cəlb olunmuşdu. Həmin vaxt ölkənin əsas müxalifət partiyaları hakimiyyətin kütləvi həbslərinə kəskin reaksiya vermişdilər. Ardından isə paytaxt İrəvanda müxalifət Sünik vilayətində həbs edilənlərin azad olunması tələbi ilə aksiyaları başlamışdı. Bu aksiyalarda polis qüvvələri ilə etirazçılar arasında toqquşmalar yaşanmışdı və onlarla insan zorakılığa məruz qalmışdı - “xuliqanlıq” maddəsi ilə 14 nəfər həbs edilmişdi.
Annanın “arxasında” gizlənsə də...
Bu hadisənin ardından növbəti ildə Paşinyanın Sünik səfəri “təxirə” düşmüşdü və onu Anna Akopyan “əvəzləmişdi”. Düzdür, Annaya münasibət Nikol qədər kəskin olmamışdısa da, yerli əhali yenə də etirazını çatdırmışdı.
Ümumiyyətlə, bu kimi hadisələr Ermənistanda əhali ilə hakimiyyət arasındakı uçurumun göstəricisidir. Sosial vəziyyəti günü-gündən pisləşən Ermənistan əhalisi Paşinyanın və ətrafındakı dəstənin Fransanın təhriki ilə oynadığı oyunlardan bezib - bu səbəbdəndir ki, baş nazir getdiyi bütün regionlarda ən yaxşı halda təhqirlərə məruz qalır, yumurta və daş ilə “qarşılanır”. Ermənistan xalqı hakimiyyətin sülh üzərindən manipulyasiyasını qəbul etmir və bu addımlardan cana doyub. Xarici KİV-lərə müsahibələrində yerli əhali sosial vəziyyətin ağırlığını dilə gətirir, xarici ianələr hesabına dolandıqlarını etiraf edirlər. Amma bu hara qədər davam edə bilər? Hər kəs fərqindədir ki, Ermənistanın siyasi hakimiyyəti siasi spekulyasiyalardan əl çəkərək səmimi sülh gündəliyinə razılaşsa, Azərbaycanın şərtlərini qəbul etsə, yüksək inkişaf əldə edəcək. Əks təqdirdə isə...
Bu dəfə kiminlə “yola verəcək”?
Əslində, avqustun 16-da yaşanan BMT TŞ “vaqeəsi” Paşinyanın Sünik şəhərinə əlavə texnika, hətta vertolyotların da bu bölgəyə gətirilməsinə səbəb olub. Erməni baş nazir dünənə qədər BMT TŞ-dən çıxacaq “qətnaməni” və ya hər hansı bir qərarı əlində “bayraq” edəcəyinə arxayın idisə, artıq bu ümidlər də suya düşüb. Ali qurum Ermənistanın “şikayəti”ni sükutla “qarşıladı”, sükutla da “yola saldı”. Belə olan təqdirdə Paşinyan üsyankar halı ilə şöhrət tapan Sünikə hansı üzlə gedib. Və ya gedib nədən danışıb. Nəzərə alınmalıdır ki, Sünik ərazisi Azərbaycanla şərti sərhəd zonasında yerləşir və oranın əhalisi daima olaraq hakimiyyətdən açıqlama tələb edirlər. Ötən dəfəki səfəri Anna Akopyanla “yola verən” Paşinyanın, bu dəfə nəyə əl atacağı, həmin əraziyə kimi göndərəcəyi böyük maraq kəsb edir...
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

