Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Həsənov: AŞ PA-da Dağlıq Qarabağın tanınması ilə bağlı səsvermə olsa, Azərbaycanın əleyhinə 32 nəfər çıxış edibsə, xeyrinə 100-132 deputat çıxış edər

Əli Həsənov: AŞ PA-da Dağlıq Qarabağın tanınması ilə bağlı səsvermə olsa, Azərbaycanın əleyhinə 32 nəfər çıxış edibsə, xeyrinə 100-132 deputat çıxış edər

13.10.2011 [23:19]

“AŞ PA-nın sessiyası çərçivəsində 32 deputatın Dağlıq Qarabağın müstəqilliyinin tanınması üçün sənədə imza atmasını normal qəbul etmək lazımdır. Belə hallar mövcuddur. Erməni lobbisi orada işləyir. Ermənilərin tərəfini saxlayan ölkələr və deputat qrupları mövcuddur. Buna normal hal kimi baxmaq lazımdır. Beynəlxalq çərçivədə bu, bir siyasi mübarizədir. Azərbaycan da, Ermənistan da siyasi mübarizə çərçivəsində tərəfdar toplayır”. APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov verib. Azərbaycan deputat qrupunun AŞ PA-nın sessiyalarındakı fəaliyyətini də xatırladan Ə.Həsənov qeyd edib ki, bu, AŞ PA-nın praktikasında tez-tez təkrarlanan məsələdir: “Yadınızdadırsa, Azərbaycan Avropa Şurasına daxil olduqdan sonra dəfələrlə Azərbaycan deputat qrupu Strasburqda ermənilərin işğalçılıq siyasətini əks etdirən, ifşa edən, qaçqın və məcburi köçkünlər, Dağlıq Qarabağda və işğal olunan digər rayonlarda qeyri-qanuni məskunlaşma, həmin ərazilərdən narkotrafik kimi istifadə olunması, Dağlıq Qarabağın nəzarətsiz əraziyə çevrilməsi və qeyri-qanuni digər hallarla bağlı AŞ PA üzvlərinin adından sənədlər yayıb. Sizi əmin edirəm ki, AŞ PA-da elə həmin məsələ ilə əlaqədar səsvermə olsa, hazırkı halda Azərbaycanın əleyhinə 32 nəfər çıxış edibsə, xeyrinə 100-132 deputat çıxış edər”.
Ə.Həsənov “Eks-prezidentlər haqqında” qanun layihəsi ilə bağlı da öz fikirlərini bildirib: “Bu qanun layihəsi ilə bağlı cəmiyyətdə müzakirələr aparılıb. Layihənin müddəaları ilə tanış deyiləm. Hansı prinsiplərin nəzərə alındığını bilmirəm. Düşünürəm ki, Azərbaycan dünya təcrübəsinə əsaslanaraq bu məsələni müvafiq şəkildə həll edəcək”.
Paylaş:
Baxılıb: 855 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30