Xarici diplomatlar Ağdam-Xankəndi yolunda
01.09.2023 [10:40]
Ermənilərin “humanitar böhran” manipulyasiyası ifşa olunur
Xəbər verildiyi kimi, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağ iqtisadi rayonunda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün ərzaq yükü təşkil edib. İlkin mərhələdə Ağdam-Xankəndi yolu ilə 40 ton un məmulatının ünvana çatdırılması nəzərdə tutulur. Artıq yüklər Ağdam-Xankəndi yolunda Rusiya sülhməramlı kontingentinin buradakı postunun qarşısına çatdırılıb.
Eyni zamanda, Azərbaycan özünün beynəlxalq hüquq normalarına və ədalət prinsipinə əsaslanan siyasətinin gerçək mahiyyətini, həmçinin Ermənistanın və Xankəndidə yuva salan separatçıların məqsədlərinin nədən ibarət olduğunu beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində zəruri addımlar atır. Avqustun 31-də Azərbaycanda akkreditə olunan diplomatik korpusun nümayəndələri və hərbi attaşelərin Ağdama tanışlıq səfəri başlayıb. Bu səfərin təşkili Azərbaycanın sülhyaratma prosesində mövqeyinin tam aydın olduğunu, heç bir məqamı gizlətməyə çalışmadığını bir daha nümayiş etdirir.
Əsası olmayan “humanitar böhran” iddiaları
Postmüharibə mərhələsində başlayan sülhyaratma prosesinə münasibətdə qalib Azərbaycanla məğlub Ermənistanın yanaşması daban-dabana ziddiyyət təşkil edir. Azərbaycan öz yanaşmasında səmimilik və konstruktivlik sərgiləyir. Ölkəmiz qalib tərəf olmasına rəğmən, ilkin şərtlər irəli sürmədən Ermənistana sülh sazişinin imzalanmasını, sərhədlərin demarkasiya və delimitasiyasının aparılmasını təklif edir. Respublikamız üçtərəfli Bəyanata tam sadiqdir və üzərinə düşən bütün öhdəlikləri məsuliyyətlə yerinə yetirir. Azərbaycan Laçın-Xankəndi yolunun yeni marşrut üzrə inşasını qısa müddətdə tamamlayaraq istifadəyə verilməsini təmin edib.
Eyni zamanda, respublikamız Qarabağ iqtisadi rayonunda özünün suveren hüquqlarının bərpasına nail olmaq istiqamətində qətiyyətli addımlar atır. Məlumdur ki, postmüharibə mərhələsində Azərbaycan erməni əhalinin Laçın-Xankəndi yolu vasitəsi ilə sərbəst gedib-gəlməsinə bütün şəraiti, təhlükəsizlik mühitini təmin etmişdi. Lakin Ermənistan bundan sui-istifadə edərək bəhs olunan marşrutdan ölkəmizin ərazisinə silah-sursat, minalar daşınması və digər qanunsuz fəaliyyətləri həyata keçirdi. Təbii ki, Ermənistanın və separatçıların bu qəbildən olan davranışları dözülməz idi və Azərbaycan bunun qarşısını almaq üçün aprelin 23-də bəhs olunan yolun üzərində nəzarət-keçid məntəqəsi qurdu. Sərhəd-keçid məntəqəsinin fəaliyyəti tamamilə şəffaf şəkildə tənzimlənirdi. Bütün zəruri avadanlıqla təchiz olunan məntəqədən Beynəlxalq Qırmızı Xaç Komitəsinin, sülhməramlı kontingentin və ermənilərin sərbəst keçidi təmin olunurdu. Təbii ki, zəruri yoxlamaların aparılması şərti ilə. Lakin Ermənistan yenə də manipulyasiyalara, pozuculuq əməllərinə əl atdı. Əvvəlcə sərhəd-keçid məntəqəsi atəşə tutuldu, sonra isə buradan qanunsuz yüklərin daşınmasına cəhdlər göstərildi. Belə təxribatların qarşısının alınması məqsədilə nəzarət tədbirləri gücləndirilsə də, sərhəd-keçid məntəqəsinin fəaliyyəti yenə də təmin olunurdu və bu gün də ermənilərin gediş-gəlişinə şərait yaradılır. Paralel şəkildə, respublikamız erməni sakinlərinin ehtiyaclarının qarşılanması üçün Ağdam-Xankəndi yolundan istifadənin mümkün olduğunu bildirib.
Azərbaycanın belə xoş niyyətinə rəğmən, Ermənistan hakimiyyəti və Xankəndidəki separatçılar respublikamızın öz suverenliyi çərçivəsində atdığı addımları manipulyasiya predmetinə çeviriblər. Lap əvvəldən sülhyaratma prosesində səmimi olmayan Ermənistan tərəfindən indi də Xankəndinin guya blokadaya alındığı, burada hansısa “humanitar böhran” yaşandığı ilə bağlı absurd iddialar səsləndirilir. Halbuki bu qəbildən olan iddiaların heç bir əsası yoxdur. Ermənistan rəhbərliyinin, separatçıların və onların havadarlarının belə iddiaları gündəmə gətirməkdə yeganə məqsədləri sülh prosesini əngəlləməkdən ibarətdir. Əgər məsələ doğrudan da Xankəndidə ərzaq çatışmazlığı ilə bağlıdırsa, onda nə üçün qarşı tərəf Azərbaycanın təklif etdiyi Ağdam-Xankəndi marşrutuna “yox” deyir? Yeri gəlmişkən, ilkin mərhələdə ermənilər daşımaların Ağdam-Xankəndi yolu ilə həyata keçirilməsinə razı olduqlarını bildirmişdilər. Sonradan onlar havadarlarının təhriki ilə bu razılaşmanı da pozdular.
Ağdam-Xankəndi yolu tam yenidən qurulub
Qeyd edək ki, səfərdə 50-dən artıq ölkə və beynəlxalq təşkilatdan 60-a yaxın şəxs, o cümlədən Türkiyə, Çin, Rusiya, Yaponiya, İsveçrə, Polşa, Çexiya, Bolqarıstan, Rumıniya, Serbiya, Argentina, Kolumbiya, Meksika, Cənubi Koreya, İndoneziya, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Əlcəzair, Qətər, İraq, İran, Əfqanıstan, Liviya, Fələstin, Ukrayna, Qazaxıstan, Özbəkistan, Belarus, Gürcüstan, Tacikistan və digər ölkələrin, Birləşmiş Millətlər Təşkilatı, Ümumdünya Səhiyyə Təşkilatı, TÜRKPA və sair beynəlxalq təşkilatların təmsilçiləri, habelə xarici jurnalistlər iştirak edirlər.
Diplomatlar Ağdam-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin ərzaq yüklərinin yerləşdiyi məntəqə ilə tanış olublar. Diplomatik korpus nümayəndələri həmçinin Ağdam-Xankəndi yolunun istifadə üçün tam yararlı olduğunu öz gözləri ilə görmək imkanı qazanıblar. Bu yol qısa müddətdə yenidən qurulub. Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı, bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur. Laçın-Xankəndi yolunun uzunluğu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə daha qısadır, Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Sual olunur: Əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə, niyə Ermənistanın siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir? Qarabağda yaşayan erməni sakinlər Azərbaycan vətəndaşlarıdırlar. Onların hüquqlarının qorunmasına Konstitusiya ilə hər cür təminatlar verilir. Ağdam-Xankəndi marşrutundan istifadə olunması reinteqrasiya proseslərini sürətləndirəcək.
MÜBARİZ
Xəbər lenti
Hamısına baxGündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13
YAP xəbərləri
07 May 11:13
YAP xəbərləri
07 May 11:11
YAP xəbərləri
07 May 10:58
Xəbər lenti
07 May 10:47
Gündəm
07 May 10:35
İqtisadiyyat
07 May 10:14
İqtisadiyyat
07 May 09:54
YAP xəbərləri
07 May 09:51
Siyasət
07 May 09:50
Analitik
07 May 09:37
Analitik
07 May 09:15
Sosial
07 May 08:50
Ədəbiyyat
07 May 08:31
Dünya
07 May 07:20

