Anneksiya siyasətinin qurbanları...
05.09.2023 [11:00]
Onlar Azərbaycan pasportu daşımalıdırlar
Azərbaycan Qarabağ bölgəsində yaşayan etnik erməni sakinlərinin bərabərhüquqlu vətəndaşlar kimi cəmiyyətimizə inteqrasiyasında qərarlıdır. Bu xüsusda, dövlətlərin daxili işlərinə qarışmamaq, milli azlıqlara mənsub şəxslərin inteqrasiyasına xələl gətirməmək və ya qonşu dövlətlərin ərazisində separatizmi qızışdırmamaq üzrə Ermənistan öz öhdəliklərinə ciddi şəkildə riayət etməlidir. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bugünlərdə “TRT World”ə müsahibəsində deyib ki, hüquqi baxımdan, Qarabağ bölgəsində doğulmuş ermənilər Azərbaycan vətəndaşlarıdır. Lakin Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı zamanı İrəvan anneksiya siyasəti aparıb və o, regionun, demək olar ki, bütün erməni sakinlərinə qeyri-qanuni pasportlar paylayıb. Onun sözlərinə görə, Qarabağın erməni sakinləri Azərbaycan vətəndaşı kimi qəbul olunmaq üçün müvafiq ərizə ilə müraciət etməlidirlər: “Bu həm də o deməkdir ki, onlar Azərbaycan vətəndaşlığını qəbul etməklə Bakının suverenliyini və qanunlarını da tanıyırlar”.
Əngəllər...
Dövlətimiz Qarabağda yaşayan erməni vətəndaşlarımızın təhlükəsizliyini, sağlamlığını və təminatını da öz üzərinə götürməyə hazırdır. Lakin həm Ermənistan rəhbərliyi, həm də Rusiya sülhməramlılarının məsuliyyət zonasında mövcud olan erməni separatçıları dinc əhalinin Azərbaycan cəmiyyətinə inteqrasiya edilməsinə imkan vermir. Xatırladaq ki, iyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimində Prezident İlham Əliyev bildirmişdi ki, biz bu məsələ ilə bağlı öz mövqeyimizi dəfələrlə bəyan etmişik və maksimum konstruktivlik göstərmişik: “Lakin təəssüf ki, Qarabağda hakimiyyəti ələ keçirmiş xunta və özlərini gah “prezident”, gah “nazirlər”, gah da “deputatlar” adlandıranlar artıq hər kəsdə gülüş doğurur. Onlar Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə yaşayanları girov götürüblər”.
Humanitar yardım humanist addım deməkdir
Hazırda Qarabağda qondarma rejim guya bölgədə “humanitar böhranın” olduğunu iddia edərək şou-aksiyalar təşkil edir. Azərbaycan humanitar məqsədlər üçün Qarabağ ermənilərinə Ağdam-Xankəndi yolunu təklif edib, Qarabağdakı erməni sakinlərin sosial ehtiyaclarını ödəmək üçün humanitar yardım təkliflərini dəfələrlə səsləndirib. Artıq 8 gündür ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin 40 ton humanitar yardımdan ibarət iki yük maşını Ağdam-Xankəndi yolunda yardımı erməni sakinlərə çatdırmaq üçün gözləyir. Lakin separatçı rejim humanitar yardımın erməni sakinlərə çatdırılmasına imkan vermir. Separatçılar bu yolu bağlamaq məqsədilə həmin yola beton plitələr düzüblər. Təkcə bu fakt onların sülhdən uzaq olduğunu təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, inteqrasiya məsələsi Qarabağın erməni sakinlərinin bu yanlışlardan, onları girov götürən, qul kimi istismar edən bu xuntadan nə vaxt qurtula biləcəyindən asılıdır. “İndi də istismar edirlər, çünki ekofəallar Laçın-Xankəndi yoluna çıxanda, Xankəndidəki sözdə “erməni rəhbərliyi” sadə vətəndaşlara bu yoldan istifadə etməyə icazə vermirdi. Onlar blokpost qoyaraq, bizi blokadada ittiham edirdilər. Bu gün onlar yenə Ağdam-Əsgəran yolunda beton plitələr qoyublar. Siz “nə üçün ərzaq məhsulları başqa ölkədən gətirilməlidir? Axı “Qarabağ Azərbaycandır” dediniz. Elədirmi? Bunu hamı təsdiq edir? Hamı təsdiq edir. Kimsə bunun belə olmadığını deyirmi? Yox. Onda niyə yüklər başqa ölkədən gətirilməlidir? Bu, məntiqə sığmır. Lakin bu jesti qəbul etmək əvəzinə, orada beton bloklar qoyulur. Kim-kimi bloklayır? Ona görə də bütün məsələ bundadır”,- deyə dövlətimizin başçısı vurğulayıb.
Birgəyaşayış üçün müsbət nümunə...
Azərbaycanın mövqeyi budur ki, Qarabağ ermənilərinin cəmiyyətimizə reinteqrasiya prosesi sürətləndirilsin, bölgəni hərbisizləşdirilməklə dayanıqlı sülh təmin olunsun. Bəs dinc, sadə ermənilər birgəyaşayışa hazırdırmı? Bununla bağlı faktlar var. Keçmiş sovet dönəmində olduğu kimi, yenə də dinc əhali bir yerdə çox rahat yaşaya bilərlər. Bunun üçün müsbət nümunə də var. Belə ki, Azərbaycan erməni əhalinin yaşadığı bir neçə kənddən keçən yeni Laçın yolunu tikməyə başlayanda xalqın nümayəndələri arasında təmaslar olmuşdu. Yolun inşası ilə məşğul olan işçilərlə erməni icması arasında təmaslar qurulub və onlar arasında normal münasibət olub. Əgər tikintinin birinci ayında rusiyalı sülhməramlılar hər iki tərəfin təhlükəsizliyini təmin edirdilərsə, sonradan buna ehtiyac qalmayıb. Ona görə də, Rusiya sülhməramlıları ərazini tərk edib, azərbaycanlılarla ermənilər asanlıqla ünsiyyət qurublar. Bu fakt deməyə əsas verir ki, bölgədə dinc birgə yaşayış tamamilə mümkündür.
Beləliklə, Azərbaycan çoxmillətli və çoxkonfessiyalı dövlətdir. Ölkəmizdə bütün xalqların nümayəndələri bərabər hüquqlar çərçivəsində, təhlükəsizlik şəraitində yaşayırlar. Bu hüquqlar Qarabağın erməni sakinlərinə şamil olunacaq. Ona görə də, Qarabağda yaşayan erməni sakinlər Azərbaycan dövlətinin çağırışından nəticə çıxarmalı və reinteqrasiya prosesinə başlamalıdırlar. Bu prosesdə onlar vətəndaşlıq üçün müraciət etməlidir. Doğrudur, indiyədək vətəndaşlıq məsələləri ilə maraqlanan ermənilərin olması ilə bağlı məlumatlar var. Amma bu, daha kütləvi olmalı, mülki ermənilər qondarma rejimə qarşı açıq etiraz səslərini ucaltmalıdırlar. Təbii ki, müraciətlər olduqca dövlətimiz onlara Azərbaycanın şəxsiyyət vəsiqələrini təqdim edəcək. Qarabağ erməniləri anlamalıdır ki, onların gələcəyi məhz Azərbaycan qanunları ilə yaşamaqdan keçir.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxAnalitik
03 Sentyabr 08:54
Sosial
03 Sentyabr 08:38
Dünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27

