İrəvanda siyasi gərginlik
06.09.2023 [10:10]
Revanşistlərə “hərəkət” əmri verilib...
Qarabağdakı qondarma rejimdə baş verən “əldəyişmə” deyəsən Ermənistana da təzahür etməkdədir. Belə ki, 44 günlük müharibədən sonra epizodik olaraq gözə dəyən, son dövrlərdə isə ümumiyyətlə, siyasi gündəmdən çıxmış Ermənistanın revanşist müxalifəti yenidən “küçələrə tökülüb”. Təbii ki, baş verənlər birmənalı qarşılana bilməz və bu ilin əvvəlindən etibarən haqqında praqmatik ümidlə danışılan sülh prosesinin əleyhinə yönəldiyi ortadadır. Xüsusilə, bu mitinqdə iştirakçıların səsləndirdikləri “fikirlər” bu tezisləri təsdiqləyir...
Sarkisyanın iddiaları...
Vurğulayaq ki, sentyabrın 2-də Ermənistan müxalifətinin 3 saatlıq mitinqinin əsas təşkilatçısı “Daşnaksütyun” partiyası sayılsa da, yayılan görüntülər əsl həqiqəti ortaya çıxardı - bu mitinq Köçəryan-Sarkisyan tandeminin “bərpa prosesini” özündə əks etdirirdi. Xüsusilə, erməni mətbuatının mitinqlə bağlı yazılarında sabiq prezidentlərin şəkillərinin verilməsi bu faktı təsdiqləyir. Aksiyanı “kənardan” izləyən Sarkisyan çıxış etməsə də, mitinqlə bağlı xəbərləri onun açıqlamaları “bəzəyir” - onun Qarabağdakı qondarma rejimə ürək-dirək vermək cəhdləri xüsusilə diqqəti cəlb edir. Sarkisyan iddia edib ki, Ermənistanda hakimiyyət dəyişikliyi Qarabağdakı proseslərə də “təsir” göstərəcək. Maraqlıdır ki, Sarkisyan açıq şəkildə çevrilişə başçılıq etdiyini də dilə gətirib - o bildirib ki, yeni hökumətin formalaşmasında yox, mövcud olan hakimiyyətin dəyişdirilməsində iştirak edəcək. O, hətta Arutyunyanın qondarma vəzifəsini tutacağı gözlənilən yeni “dövlət naziri” Samvel Şahramanyanı da tərifləyib, ona ümid etdiklərini deyib.
Ermənistan özünü açıq hədəfə çevirir...
Göründüyü kimi, bəzi xarici güclərə arxalanan revanşistlərin “fəallaşdırılması” Ermənistanın siyasi vəziyyətini daha da çətinləşdirir. Təbii ki, indiki dönəmdə çevrilişin baş vermə ehtimalı, Paşinyanı dəstəkləyən xarici güclərin buna imkan verməsi reallığı, regional amillərin rolu məsələsi olduqca böyük önəm daşıyır. Bütün qüvvələr anlayır ki, Ermənistanın Azərbaycana qarşı yeni hərbi təxribatı bu ölkənin sonunu gətirə bilər. İndiki dövrdə həm güc, həm də siyasi üstünlük Azərbaycanın tərəfindədir. Bakının irəli sürdüyü şərtlər birmənalı olaraq beynəlxalq hüquqa əsaslanır. Bu baxımdan, mitinqlərin intensivləşdirilməsi Ermənistan üçün yalnız və yalnız neqativ perspektiv formalaşdıra bilər. Yeni iqtisadi düzənin formalaşmasına təhdid yaradan Ermənistan özünü açıq hədəfə çevirməklə yanaşı, onsuz da on illiklərdir yerində sayan iqtisadiyyatını, gərgin sosial durumunu daha da pisləşdirər.
Qarışıqlıqdan yararlanmağa çalışanlar...
Revanşist güclərin çevriliş arzusunda olması açıq şəkildə ortadadır - məsələn, Nikol Paşinyanın istefa vermək fikrində olmadığını açıqlayacağı təqdirdə çıxış yolunu necə gördüyü ilə bağlı sualı cavablandıran Sarkisyan deyib ki, o, bunu istəmir, amma biz istəyirik, görək kimin arzusu gerçəkləşəcək. Sarkisyan və onun “dəstəkçiləri” hesab edirlər ki, hazırk? situasiyada baş verə biləcək siyasi qarışıqlıq onlar üçün vaxt uduşu vəd edir - amma bu belə deyil. Azərbaycan bütün müstəvilərdə siyasi əsaslandırmalarını formalaşdırıb. BMT TŞ-nin son müzakirələri isə ölkəmizin mövqeyinə dəstək kimi də izah oluna bilər. Yəni, Ağdam-Xankəndi yolu ilə bağlı məsələ, reinteqrasiya məsələsi Azərbaycanın qəti mövqeyidir. Başqa sözlə, Qarabağla bağlı məsələ Azərbaycanın daxili işidir. Laçın dövlət sərhəd-buraxılış məntəqəsinin formalaşdırılması bu məsələni bitirib. Artıq Ermənistanın və ya onun havadarlarının Laçın postu ilə bağlı hansısa qərarı vermək kimi bir şansları yoxdur - bu, Azərbaycanın suveren ərazilərinə müdaxilə kimi anlaşılacaq. Bu mənada, Ermənistanda hakimiyyətin aqibəti və ya oradakı siyasi proseslərin inkişafı sadəcə iki ölkə arasındakı münasibətlərin normallaşması prosesinin ləngiməsinə yol aça bilər ki, bu da inandırıcı deyil. Regional aktorlar bu məsələnin də yaxın zamanda həlli ilə bağlı mühüm addımlar atırlar. Yəni heç kim ümid etməməlidir ki, İrəvandakı “qarmaqarışıqlıq” proseslərindən öz xeyri üçün istifadə edə bilər.
SADİQ
Xəbər lenti
Hamısına baxDünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29
Gündəm
25 İyun 16:27
Hərbi
25 İyun 16:25
Gündəm
25 İyun 16:23
Elm
25 İyun 16:08
Elanlar
25 İyun 16:06
Elm
25 İyun 16:05
Gündəm
25 İyun 16:03
Siyasət
25 İyun 16:03
YAP xəbərləri
25 İyun 15:53
YAP xəbərləri
25 İyun 15:51
YAP xəbərləri
25 İyun 15:48
Siyasət
25 İyun 15:47
Siyasət
25 İyun 15:46
Xəbər lenti
25 İyun 15:43

