Bakı qərar verir!
15.09.2023 [10:20]
“Boz zona” rəngini dəyişəcək...
Aprelin 23-də Həkəri çayının üstündəki körpüdə, Laçın yolunun başlanğıcında Azərbaycanın qurduğu sərhəd-nəzarət məntəqəsi öz ərazisində qanunsuz silah-sursatın qarşısını aldı. Elə bu səbəbdən separatçı rejimin tör-töküntüləri, Ermənistanın qanunsuz silahlı dəstələri etiraz əlaməti olaraq təxribata əl atdılar. İyulun 15-də postu bağlamaq məqsədilə bir hərbçimizə Ermənistan mövqelərindən güllə atıldı. Bir müddət bağlı qaldıqdan sonra Azərbaycan tərəfi Qarabağın erməni əhalisinin keçidi üçün bu postu açdı. Amma postun açılması nə Ermənistanın, nə də Xankəndidəki xuntanın tələblərinə “cavab vermirdi”. Belə ki, təxribatların ardı-arası kəsilmədi, ərazilərimizə minaların döşənməsi davam etdi, Qarabağdakı erməniləri girov saxlanılaraq Bakının dialoq çağırışına “məhəl” qoyulmadı...
Son günlər isə Azərbaycan Ordusuna qarşı təxribatların sayı artıb, yeni terror hazırlığının bu gün də aparıldığı göz önündədi. Məsələn, ötən gün Müdafiə Nazirliyinin yaydığı məlumata görə, sentyabrın 13-ü saat 19:00 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin kəşfiyyat-diversiya qrupu terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Ordumuzun Kəlbəcər rayonu Mərcimək yaşayış məntəqəsi istiqamətində yerləşən döyüş mövqelərinin arasındakı dərə boşluqlarından istifadə edərək bölmələrimizin yerləşdiyi əraziyə sızmağa cəhd edib. Döyüş növbətçiliyi aparan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribatın qarşısı alınıb. Kəşfiyyat-diversiya qrupu bir üzvü yaralı olmaqla geri çəkilməyə məcbur edilib. Bu, Ermənistanın açıq-aydın gördüyü işdir. Digər tərəfdən isə rəsmi İrəvan bölgədə yığılmış qüvvələrin geri qayıtması üçün göstəriş verir. Və bu “göstəriş” təbii ki, beynəlxalq ictimaiyyət qarşısında “sülh göyərçini” yaratmaqdan başqa bir şey deyil.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistan Xarici İşlər Nazirliyinin sentyabrın 13-də yaydığı bəyanata dair şərhində bildirib ki, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü şübhə altına alan Ermənistan tərəfinin bölgədə qüvvə toplamasını ört-basdır etməsi və hər an törədə biləcəyi təxribat səylərindən fikir yayındırmaq cəhdləri ciddi təhdid mənbəyidir. O qeyd edib ki, bölgədə sülh və sabitliyin əsas şərti Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı sözdə və əməldə iddialardan əl çəkməsi, bütün erməni silahlı qüvvələrini ərazilərimizdən çıxarması, revanşist siyasətə və əməllərə son qoymaqdır.
Milli təhükəsizliyimizə təhdid...
Beləliklə, bölgəyə müvəqqəti yerləşdirilmiş sülhməramlıların nəzarətində olan ərazilərdə İrəvanın “boz zona” yaratmaq ideyası təsdiqini tapır. Ağdam-Xankəndi yolunun bloklanması bunun son nümunəsidir.
“Boz zona”, yaxud “nəzarətsiz ərazi” bir ölkə daxilində cinayətkar qruplaşmaların nəzarətində olan və hüquq-mühafizə orqanlarına qarşı silahlı müqavimətin aparıldığı ərazi deməkdir və bu bölgələrdə yaşayan əhali cinayətkar qruplaşmaların girovuna çevrilir. Bu ərazilərdə “rəhbər” funksiyanı “daşıyan” xunta ölkə qanunvericiliyinə tabe olmaqdan imtina edir və silahlı qarşıdurmaya gedir. Girovda saxladıqları əhali üçün böyük təhlükə sayılan bu vəziyyət daha çox münaqişə bölgələrində ortaya çıxır. Azərbaycanın Qarabağ ərazisində də 30 ildir ki, belə vəziyyət yaranıb. Faktiki olaraq nəzarətsiz zonaya çevrilmiş Xankəndidə “at oynadan” rejim beynəlxalq aləm tərəfindən tanınmasa da, aparıcı dövlətlər tərəfindən həmin ərazinin Azərbaycana məxsus olduğu bildirilsə də qondarma rejim Azərbaycan qanunlarına tabe olmur, milli təhlükəsizliyimizə təhdid yaradır.
Əlbəttə ki, Azərbaycan dövləti ölkəsinin hüdüdları çərçivəsində özbaşınalığa göz yummayacaq, milli təhlükəsizliyimizə təhdid sayılan hər hansı bir faktorun qarşısını almağa qadirdir. Xatırladaq ki, ötən ayın sonunda ölkəmizdəki xarici diplomatların Ağdam-Xankəndi yoluna səfəri zamanı Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın öz ərazisində hər hansı bir “boz zona”nın olmasını qəbul etməyəcəyi haqqında bəyanat vermişdi.
Problemi necə həll edək?
Hazırda Kolumbiyada narkokartellərin fəaliyyət göstərdiyi məntəqələr “boz zona”anlayışının əsas nümunələri hesab edilir. Kolumbiya hökuməti bu qeyri-dövlət qüvvələri ilə necə mübarizə aparır? Kolumbiya hökuməti narkokartellərin nəzarət etdiyi məntəqələrdə girovluqda saxlanılan əhalini təşkilatlandırır, daxili müqaviməti formalaşdırmağa cəhd edir. Qeyd edək ki, bu taktika həmişə uğurlu olmur, amma müəyyən nəticələr əldə edilib.
Digər bir variant hərbi müstəvidə addımların atılmasıdır. Bu gün Azərbaycan üçün ən optimal həll yolu separatçı-terrorçuların neytrallaşdırılmasıdır. Beynəlxalq praktikada münaqişə bölgələrində yaradılmış “boz zona”lara qarşı istifadə edilir. Məsələn, Krımda və Donbasda, Dnestryanıda, Cənubi Osetiya və Abxaziyada, Liviyada və dünyanın müxtəlif yerlərində “boz zona”lara qarşı məhz bu üsuldan istifadə edilir. Bu variantdan Azərbaycan da istifadə edə bilər. Dünya tərəfindən, hətta Ermənistan tərəfindən tanınan ərazi bütövlüyünü qoruması məqsədilə Azərbaycan antiterror əməliyyatı keçirmək hüququna malikdir. 44 günlük Vətən müharibəsində Zəfər çalmasına baxmayaraq, Azərbaycan daim humanizm və sülh yolunda olduğunu sərgiləyir. Amma Ermənistan və onun havadarları unutmamalıdır ki, “Dəmir yumruq” yerindədir!
Günel ABBASOVA
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

