Əldə edilmiş nəticələr...
22.09.2023 [10:03]
Sülh müqaviləsi üzrə danışıqların irəli aparılmasına müsbət təsir göstərəcək
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib
Qalib Azərbaycan postmüharibə dövründə bir tərəfdən beynəlxalq prinsiplər çərçivəsində sülhyaratma prosesinə töhfələr verərək onu irəli aparmaq istəyir, daim yeni təşəbbüslər irəli sürür, digər tərəfdən isə öz ərazisində separatizmin kökünü tamam kəsmək, suveren hüquqlarını və konstitusiya quruluşunu bərpa etmək əzmi nümayiş etdirir. Ölkəmizin sentyabrın 19-da Qarabağ bölgəsində başladığı və cəmi bir gün ərzində uğurla tamamladığı antiterror tədbirləri bunu bir daha təsdiqlədi. Respublikamızın öz suveren hüquqları çərçivəsində reallaşdırdığı bu tədbirlər beynəlxalq birlik, o cümlədən də sülhyaratma prosesində fəallıq göstərən Brüssel formatı tərəfindən də qəbul olunur. Sentyabrın 20-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Telefon söhbəti zamanı regiondakı vəziyyət barədə fikir mübadiləsi aparılıb.
Lokal xarakterli antiterror tədbirlərini şərtləndirən amillər
Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında baş tutan telefon danışığında dövlətimizin başçısı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin sentyabrın 19-da terror aktları törətdiklərini, nəticədə polis əməkdaşlarının və mülki şəxslərin həlak olduğunu bildirib, buna cavab olaraq Azərbaycanın lokal xarakterli antiterror tədbirləri görməli olduğunu qeyd edib.
Azərbaycan Prezidentinin diqqət çəkdiyi mina terroru Ermənistanın və separatçıların postmüharibə dövründə tez-tez əl atdıqları təxribatların davamı idi. Dünyanın gözü qarşısında iki fərqli nümunə var. Qalib Azərbaycan postmüharibə dövründə sülhyaratma prosesinin irəliləməsinə böyük səy göstərir. Respublikamızın yanaşması kifayət qədər ədalətli və obyektivdir. Dünya təcrübəsindən bəllidir ki, müharibənin qalib tərəfi olan dövlətlər bir qayda olaraq qarşı tərəfə öz şərtlərini diktə edir, imtiyazlar istəyir. Qalib Azərbaycan isə sülhyaratma prosesini şərtlər diktə etməklə yox, beynəlxalq hüquqa və prinsiplərə əsaslanmaqla irəli aparmaq istəyir. Ölkəmiz müharibə səhifəsini bağlamaq və gələcəyə baxmaq niyyətindədir. Cənubi Qafqaza, nəhayət ki, sülh gəlməli, sabitliyə, təhlükəsizliyə təhdid hallarına son qoyulmalıdır. Prezident İlham Əliyevin dəfələrlə bildirdiyi kimi, artıq Qarabağ problemi tarixdə qalıb. Postmüharibə dövründə bütün səylər Azərbaycanla Ermənistan arasında münasibətlərin nizamlanmasına fokuslanmalıdır və bundan ötrü mümkün qədər tez bir zamanda sülh sazişi imzalanmalıdır. Ölkəmizin beynəlxalq hüquq normalarına əsaslanan belə obyektiv yanaşması bütün dünyada qəbul olunur və təqdir edilir. Məğlub Ermənistanın sülhyaratma prosesinə yanaşması isə perspektivi olmayan revanşizmə, ambisiyalara əsaslanır və bu kimi səbəblərə görə də qəbuledilməzdir. Qalib Azərbaycan postmüharibə dövründə Ermənistandan üçtərəfli Bəyanatla üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, o cümlədən də ərazilərimizdən hərbi birləşmələrini bütünlüklə çıxarmağa çağırırdı. Antiterror tədbirləri başlayanadək Ermənistan ordusuna aid olan təxminən on min hərbiçi ərazilərimizdə qalmaqda idi. Verilən məlumatlara görə, ərazilərimizdə qanunsuz olaraq Ermənistan ordusuna məxsus yüzdən çox tank və zirehli texnika, radioelektron mübarizə vasitələri, iki yüzdən çox top və artilleriya qurğuları, hava hücumuna qarşı ən müasir qurğular yerləşdirilmişdi. Ölüm saçan bu sursatlar ərazilərimizə mina terrorunu davam etdirmək, mülki insanlarımızı və hərbiçilərimizi qətlə yetirmək məqsədilə daşınıb. Bütün bu kimi özbaşınalıqlara son qoyulmalı idi və Qarabağ bölgəsində suveren hüquqları çərçivəsində antiterror tədbirləri görən Azərbaycan bunu etdi.
Azərbaycanın şərtləri əsasında əldə edilən razılaşma
Telefon danışığında dövlətimizin başçısı antiterror tədbirlərinin dayandırılması ilə bağlı əldə edilmiş razılaşmaya toxunaraq, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Qarabağdan çıxarılmasının, qanunsuz silahlı dəstələrin silahı yerə qoymasının və tərk-silah edilməsinin, Yevlax görüşünün müsbət addım olduğunu bildirib.
İkinci Qarabağ müharibəsi müzəffər Azərbaycan Ordusunun gücünü, nəyə qadir olduğunu, hərbçilərimizin yüksək peşəkarlığını göstərmişdi. Silahlı Qüvvələrimiz 44 ərzində daim irəli getdi, 300-dən çox şəhər və kəndi işğaldan təmizlədi və düşməni diz çökdürərək onu kapitulyasiya aktını imzalamağa məcbur etdi. Müharibənin nəticəsi olaraq respublikamız öz gücünə ərazi bütövlüyümüzü təmin etdi. Sentyabrın 19-da başlayan antiterror tədbirləri də Azərbaycan Ordusunun gücünün və hərbiçilərimizin peşəkarlığının növbəti təzahürü oldu. Ermənistan ordusunun qalıqları çətin keçilən çoğrafi ərazilərdə istehkamlar qurmuşdular və ayrı-ayrı yüksəkliklərdə möhkəmlənmişdilər. Bütün bunlara baxmayaraq, hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərərərək qarşı tərəfin müqavimərini qırmağa nail oldu. Qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə olundu. O cümlədən qanunsuz hərbi birləşmələrin böyük hissəsi tamamilə məhv edildi. Cəmi bir gün davam edən antiterror tədbirlərinin nəticəsi olaraq separatçılar ağ bayraq qaldırmaq məcburiyyətində qaldılar. Azərbaycanın şərtlərinə uyğun olaraq qəbul edilən razılaşmaya əsasən Azərbaycan Respublikasının Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələri, qeyri-qanuni erməni silahlı dəstələri silahı yerə qoyur, döyüş mövqelərindən və hərbi postlardan çıxır və tam şəkildə tərk-silah olunurlar. Ermənistan silahlı qüvvələrinin birləşmələri Azərbaycan ərazilərini tərk edir, qeyri-qanuni erməni silahlı dəstələri buraxılır. Paralel şəkildə bütün silah-sursat və ağır texnika təhvil verilir. Antiterror tədbirlərinin bəhs olunan şərtlər əsasında razılaşma ilə yekunlaşması Azərbaycanın hərbi və diplomatik müstəvidə qazandığı növbəti böyük uğurudur. Ölkəmiz öz hədəflərinə doğru qətiyyətlə irəliləyir. Artıq Qarabağ bölkəsində respublikamızın suverenliyi tam şəkildə təmin olunub.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

