/ / Əli Əhmədov: Azərbaycan gəncliyi bu və ya digər qüvvələrin təhrikedici hərəkətlərini dəstəkləmir
Əli Əhmədov: Azərbaycan gəncliyi bu və ya digər qüvvələrin təhrikedici hərəkətlərini dəstəkləmir
12.01.2012 [15:59]
İcra katibinin sözlərinə görə, Azərbaycan gəncləri bu cür təhrikçi qüvvələrə qoşulmaq niyyətində deyil: “Bunun da ciddi əsasları var. Birinci əsas ondan ibarətdir ki, ölkədə sabitlik, əmin-amanlıq bugünkü Azərbaycan gəncliyini tamamilə təmin edir. çünki gənclik, təhsil almaq, Azərbaycanın ictimai-siyasi həyatında yaxından iştirak etmək imkanlarına malilkdir. Eyni zamanda, sakit yaşamaq imkanlarına sahibdir”.
YAP-ın Sədr müavini deyib ki, bu dəyərlər Azərbaycan gəncliyini bugünkü ictimai-siyasi sabitliklə bilavasitə bağlayır. Digər bir tərəfdən, Azərbaycanın iqtisadi inkişafı, ölkədəki sabitlik gəncliyimiz tərəfindən təqdir olunur. Bütün bunlar həm də onlarda Azərbaycanın gələcəyinə böyük ümidlər yaradıb: “Təbiidir ki, Azərbaycanın firavan gələcəyində hamıdan çox gənclər maraqlıdırlar. çünki hamıdan çox bu gələcəyin yaradılmasını qarşısına məqsəd qoymuş siyasəti dəstəkləmək təbii ki, gənclərin vəzifəsidir və gənclər məmnuniyyətlə bu siyasəti dəstəkləyirlər. üçüncüsü isə, gənclər Azərbaycanda həyata keçirilən quruculuq işlərində, siyasi proseslərdə yaxından iştirak edirlər və bu gün ölkədə həyata keçirilən siyasətdə dövlətin ən mühüm vəzifələrindən biri də ondan ibarətdir ki, gənclərə geniş meydan verilsin, gənclərin potensialından kifayət qədər istifadə olunsun. Belə olan hallarda sadaladığım bu üç səbəbə görə, Azərbaycan gəncliyi bu və ya digər qüvvələrin təhrikedici hərəkətlərini dəstəkləmir. Bunu biz artıq bundan əvvəlki illərdə görmüşük və qəti əmin edə bilərəm ki, yenə də belə cəhdlər olarsa, Azərbaycan cəmiyyəti bütövlükdə, Azərbaycan gəncliyi isə ayrılıqda bu təhrikçi qüvvələrə öz qəti “yox” cavablarını verəcəklər”.
Əli Əhmədov həmçinin, bildirib ki, ölkə gəncliyi bu gün Azərbaycanın Prezidentinin həyata keçirdiyi siyasəti qətiyyətlə dəstəkləyir, ölkəmizin gələcəyinə inanır, Azərbaycanın inkişafı prosesində yaxından iştirak edir. Azərbaycan gəncliyi imkan verməyəcək ki, kimlərsə haradasa yerləşən maraqlı dairələrin və qüvvələrin təhriki əsasında ölkəmizin ictimai-siyasi sabitliyini pozub inkişafın qarşısını almağa yönəlmiş hərəkətlərə yol versinlər.
Xəbər lenti
Hamısına baxƏdəbiyyat
24 İyun 09:37
Analitik
24 İyun 09:15
Ədəbiyyat
24 İyun 08:51
Sosial
24 İyun 08:38
Hadisə
24 İyun 07:29
İqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30

