Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: 2012-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında YAP-ın gənc üzvləri daha yaxından, daha yüksək fəallıqla iştirak edəcəklər

Əli Əhmədov: 2012-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında YAP-ın gənc üzvləri daha yaxından, daha yüksək fəallıqla iştirak edəcəklər

12.01.2012 [15:59]

“Yeni Azərbaycan Partiyasının (YAP) tərkibində çoxlu sayda gənclər var və Azərbaycanın fəal gənclərinin böyük bir hissəsi YAP-ın üzvləridir. Eyni zamanda, bu gənclər Azərbaycanın ictimai-siyasi həaytında yaxından iştirak edirlər. Bütövlükdə YAP-ın həyata keçirdiyi siyasətdə gənclərə qayğı, diqqət, onların əməyindən istifadə edilməsi, gənclərə geniş meydanın açılması əhəmiyyətli yer tutur”. Bu fikirləri jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi, Milli Məclisin üzvü Əli Əhmədov səsləndirib. O, bildirib ki, Azərbaycanın firavan gələcəyinin təmin edilməsində, bu gələcəyin qurulmasında yaxından iştirak edən ən mühüm təbəqələrdən biri gənclər olacaq. “Bunun iki səbəbi var: Birinci səbəb ondan ibarətdir ki, təbii ki, gənclər Azərbaycanda say etibarı ilə də çoxdur. öz yüksək fəallıqları ilə də seçilirlər. Bu mənada Azərbaycanda ictimai-siyasi proseslərdə, quruculuq işlərində gənclər yaxından iştirak edir. Azərbaycan hökuməti də gənclərin bütövlükdə dövlət siyasətində, quruculuq işlərində yaxından iştirak etməsinə həm imkan yaradıb, həm də bunu diqqət mərkəzində saxlayıb. İkinci səbəb, ondan ibarətdir ki, gənclər gələcəyə meyilli olan təbəqədir. Gələcəyi daha çox duyan və yenilikçilik təfəkkürü ilə seçilən gənclər təbiidir ki, cəmiyyətimizin inkişafında, tərəqqisində daha çox maraqlıdır”, - deyə YAP Sədrinin müavini qeyd edib.
Əli Əhmədov, həmçinin, vurğulayıb ki, YAP gənclərə xüsusi önəm verir və mütəmadi olaraq gənclərlə müxtəlif toplantılar keçirir. Gənclərimizin özləri də çox maraqlı layihələr həyata keçirirlər: “2012-ci ildə Azərbaycanın ictimai-siyasi həyatında YAP-ın gənc üzvləri daha yaxından, daha yüksək fəallıqla iştirak edəcəklər. Daha maraqlı layihələri həyata keçirərək, bütövlükdə Azərbaycan gəncliyini öz ətrafında toplamaq istiqamətində səylərini artıracaqlar”.
Paylaş:
Baxılıb: 909 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30