Azərbaycanın bir qrup tanınmış mədəniyyət və incəsənət nümayəndələri YAP-a üzv qəbul olunub
13.01.2012 [23:59]
Bu gün Azərbaycan inkişaf səviyyəsinə görə, Cənubi Qafqaz regionunun lider dövlətidir. Bu, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident İlham Əliyevin uğurla davam etdirdiyi inkişaf strategiyasının nəticəsidir. Əlbəttə ki, dövlətimizin əldə etdiyi nailiyyətlərdə regionun və ölkəmizin ən güclü siyasi təşkilatı olan Yeni Azərbaycan Partiyasının (YAP) özünəməxsus rolu var. YAP Azərbaycanın siyasi tarixinin ən güclü partiyası kimi, ətrafında cəmiyyətimizin intellektual və yaradıcı üzvlərini birləşdirir. Partiyanın elm, ədəbiyyat, mədəniyyət, incəsənət və digər sahələrdə uğurlu lahiyələr həyata keçirməsi ölkənin avanqard siyasi təşkilatına olan marağı daha da artırır. Mədəniyyət və incəsənət nümayəndələrinin YAP-a axınının sürətlənməsi də bunu sübut edir. Xatırladaq ki, ötən ilin aprel və iyun aylarında Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimlərinin bir qrupu YAP-ın sıralarına qoşulublar. Bu dəfə isə tanınmış müğənnilərdən Xalq artistləri Ağadadaş Ağayev və Zülfiyyə Xanbabayeva, Əməkdar artistlər Cavanşir Məmmədov, Firuzə İbadova, Elza Qasımova (Seyidcahan), Lalə Məmmədova, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Eteri Cəfərova, müğənni Samirə Allahverdi, aktyor Elməddin Cəfərov, modelyer Gülnarə İbadova, müğəni Yaşar Yusifov və rəssam Xəzər Nəbiyev Yeni Azərbaycan Partiyasına (YAP) üzv olublar. Dünən YAP-ın mərkəzi ofisində adları çəkilən sənət adamlarına partiyanın üzvlük vəsiqələrinin təqdim olunması mərasimi keçirilib.
Mərasimdə çıxış edən Yeni Azərbaycan Partiyasının Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov öncə YAP-a üzv olmaları münasibətilə sənət adamlarını təbrik edib. YAP Sədrinin müavini Əli Əhmədov bildirib ki, bura hər biriniz üçün müqəddəs bir yerdir. Bunun üçün kifayət qədər əsas var: “Sizin hər biriniz Yeni Azərbaycan Partiyasının liderləri olan Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev haqqında böyük təbliğat kampaniyasının ən fəal iştirakçıları olmusunuz. Sizin YAP-a üzv olmağınız və bu gün üzvlük vəsiqəsini almağınız sadəcə rəsmiyyətdən doğan prosesdir. Sizlərin hər biriniz partiyanın ən fəal üzvləri kimi bütün tədbirlərdə, ideologiyamızın yayılmasında birbaşa iştirak etmisiniz. Cəmiyyətin seçilmiş insanları kimi, Ulu öndər Heydər Əliyevin Azərbaycana qayıdışından sonra sizin hər birinizin müşahidə etdiyi və Azərbaycanı böyük dəyişikliklərə gətirib çıxarmış proseslərin ən fəal iştirakçıları olmusunuz”.
Daha sonra YAP Sədrinin müavini deyib ki, insanların arasında olan sənət adamlarının seçimi həm də onları sevən, hörmət edən pərəstişkarlarının seçimidir. YAP-a üzv olmaq kimi əhəmiyyətli qərarı vermək həm də həmin insanların içərisində olduğu cəmiyyətin əhval-ruhiyyəsini də əks etdirir.
Azərbaycanın son 20 il ərzində əldə etdiyi böyük nailiyyətlərdən danışan İcra katibi Əli Əhmədov vurğulayıb ki, bu zaman kəsiyində ölkəmiz çox dəyişib: “Dəyişən təkcə Azərbaycanın iqtisadiyyatı deyil, bütövlükdə Azərbaycanın, hər bir insanın həyatı dəyişib. 90-cı illərin əvvəllərində Azərbaycanın bütövlükdə vəziyyətinin necə olduğunu hər birimizin yaşı imkan verir ki, təsəvvür edək. O zamanlar Azərbaycanın mədəniyyəti, incəsənəti və bu sahədə çalışan insanların həyatlarının necə olduğunu biz yaxşı xatırlayırıq. Yaradıcı insanlar yaradıcılıq potensialını nəinki inkişaf etdirə bilmirdilər, sadəcə öz şəxsi həyatlarını qurmaq üçün ölkədən kənara çıxmağa çalışırdılar. O dövrdə bir çox yaradıcı şəxslər, sənət adamları Azərbaycanı tərk etmək məcburiyyətində qalmışdılar”.
Əli Əhmədovun sözlərinə görə, ölkəmizdəki iqtisadi sahədə yüksəliş birbaşa olaraq insanların həyat səviyyəsinə təsir edib və bizim yaşayımızın səviyyəsi ilə bərabər, həm də həyatımızın keyfiyyəti dəyişib. Yəni, insanlar istədiyi kimi yaşamaq imkanına malikdirlər. ölkəmizdə sabitlik və əmin-amanlıq hökm sürür, hər kəs istədiyi kimi, hər hansı bir məhdudiyyət olmadan sərbəst şəkildə yaşaya bilir. Bütün bunlar Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və bu gün Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin nəticəsidir. “Azərbaycanın siması kökündən dəyişib, Bakı şəhəri gözəlləşib və gözəlləşməkdə davam edir. Regionların siması dəyişib. ölkəmizə gələn xarici qonaqlar, həmçinin, turistlər də Azərbaycanda aparılan quruculuq və yenidənqurma işlərinin nəticələrini heyranlıqla qarşılayırlıar. Bakıda baş verən dəyişikliklərdən məmnunluqlarını bildirirlər. Qeyd etmək istərdim ki, bu onlarda təəccüb hissi oyadır. çünki cəmi 20 ildir müstəqil olan bir ölkənin təkcə paytaxtda yox, bölgələrdə də qısa müddət ərzində də böyük dəyişikliklərə nail olması təqdirəlayiq haldır”, - deyən YAP Sədrinin müavini, həmçinin, əlavə edib ki, qonşu ölkələrlə müqayisə edə bilmək imkanı bir daha onu sübut edir ki, Azərbaycan müasir, iqtisadi cəhətdən sürətlə inkişaf edən, dəyişən ölkədir. Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə vurğulayıb ki, iqtisadi sahədə əldə etdiyimiz nailliyyətlər hər bir vətəndaşın həyatını birbaşa dəyişdirmirsə, iqtisadi inkişafın heç bir mənası yoxdur. Yəni, biz iqtisadiyyatımızı ona görə həyata keçiririk ki, insanlarımızın rifahını yaxşılaşdıraq. Bütün bunlar onu göstərir ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət insanlara xidmət edir. Sabitlik, əmin-amanlıq, dinclik bu gün Azərbaycan vətəndaşının həyatının keyfiyyətinin yüksəlməsinin ciddi və etibarlı əsasıdır. İnsanın yaxşı yaşamasının əsas səbəblərindən biri onun rifah halıdırsa, digər səbəbi isə əmin-amanlıqdır, dinclikdir: “İnsan həm yaxşı yaşamaq, həm rifah içində təhlükəsiz yaşamaq istəyir. Bunlar bir-birilə qarşılıqlı əlaqədardır. Biri olmayanda o biri də olmamış kimi görünür. Hazırda biz görürük ki, bir çox ölkələrdə sabitliyin pozulması nə kimi böhranlara gətirib çıxarır, faciələrə səbəb olur. Belə hallarda insanların sabaha inamı da olmur. Bir daha vurğulamaq istəyirəm ki, Azərbaycan dövləti hər bir Azərbaycan vətəndaşını hərtərəfli təmin edib, ictimai mühitdə əmin-amanlığa nail olub, bütün bunlar isə Ulu öndər Heydər Əliyev siyasi kursunun nəticəsidir. Təbii ki, inkişaf prosesləri davam edir. Neçə illərdir Azərbaycan sürətlə inkişaf edir. Və bütün bunlar hər bir azərbaycanlının gözəl gələcəyə ümidlərini artırır. Güman edirəm ki, hər qədəm qoyduğumuz yeni il arxada qoyduğumuzdan daha uğurlu olacaq. Necə ki, 2011-ci il 2010-cu ildən daha uğurlu oldu, insanlarımız üçün 2012-ci il də 2011-ci ildən daha uğurlu olacaq. Proqnozlar və göstəricilər də onu deməyə əsas verir ki, Azərbaycan bütün parametrlər üzrə daha çox nailiyyət əldə edəcək. Bu Azərbaycanın reallığıdır, bu Azərbaycan Prezidentinin həyata keçirdiyi siyasətdir, Onun məqsədidir”.
Daha sonra Əli Əhmədov vurğulayıb ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasəti dəstəkləyir və dövlətimizin başçısını müdafiə edir: “Onu da qeyd etmək yerinə düşər ki, ölkədə həyata keçirilən siyasətin bu qədər uğurlu alınmasının, sabitliyin qorunmasının bir səbəbi də Prezident İlham Əliyevin və Onun həyata keçirdiyi siyasətin xalq tərəfindən yüksək dəyərləndirilməsi və dəstəklənməsidir. Yaxşı məlumdur ki, hər zaman ölkəmizdə sabitliyi pozmaq istəyənlər olub, xarici meyillərə uyan daxili cəhdlər olub. Lakin ölkəmizdə sabitliyi pozmaq mümkün olmayıb, bundan sonra da mümkün olmayacaq. Bunun birinci səbəbi ondan ibarətdir ki, Azərbaycan dövləti kifayət qədər qüdrətlidir. İnsanlar dövləti müdafiə etməyə, qorumağa hazırdırlar və qadirdirlər. İkinci ən mühüm amil isə ölkəmizdəki sabitliyin, hökumətin, Prezidentin vətəndaşlar tərəfindən dəstəklənməsidir. Buna görə də, YAP-ın üzvlərinin sayı artır”.
Hazırda Yeni Azərbaycan Partiyasının üzvlərinin sayının 560 minə yaxın olduğunu söyləyən YAP Sədrinin müavini Əli Əhmədov hesab edir ki, yaxın günlərdə hakim partiyanın üzvlərinin sayının 600 minə çatacağının şahidi olacağıq. Təbii ki, Azərbaycan miqyasında 9 milyonluq əhali üçün bu, həddən artıq böyük rəqəmdir. Bu, sadəcə bir rəqəm, statistika deyil. Bu, yarım milyondan çox insanın öz həyatını, siyasi taleyini Prezidentin partiyasına birdəfəlik və qətiyyətlə bağlaması deməkdir. Bu, həmin insanların qəti şəkildə Prezidentin siyasətinin tərəfdarı olduğunu bildirməsidir. Bu, onların bu siyasətin həyata keçirilməsində yaxından iştirak etmək istəyində, əzmində və qətiyyətində olduğunu göstərir: “Ona görə də, biz Yeni Azərbaycan Partiyasının üzvlərinin sayının çox olduğunu deyəndə, sadəcə statistikanı diqqətə çatdırmaq istəmirik. Biz bilirik ki, bu statistikadan daha çox münasibətdir, məhəbbətdir, sevgidir, bu prosesin dəstəklənməsidir. Və sadəcə dəstəklənməsi yox, həmin prosesin içində olmaq istəyidir. Bu mənada mən bizim çox hörmətli sənət adamlarının, incəsənət nümayəndələrinin, ziyalılarımızın Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqəsini almaq üçün bu ofisə gəlməsini yüksək qiymətləndirirəm. Mən bir daha demək istəyirəm ki, sizin Yeni Azərbaycan Partiyasına daxil olma haqqında qərarınız çox əhəmiyyətlidir. Qərarınızı həm də çoxsaylı insanların bugünkü siyasətə olan münasibətinin ifadəsi kimi qiymətləndirirəm. Və əminik ki, vəsiqələrinizi aldıqdan sonra YAP-la əməkdaşlığınız, əlaqələriniz daha da artacaq”.
Eyni zamanda, Əli Əhmədov xüsusi olaraq bildirib ki, tanınmış mədəniyyət xadimlərimizin YAP-a üzv olması bizim partiyamızın həyatında əlamətdar hadisədir. Bu, sadəcə olaraq YAP-a yenidən bir qrup insanların daxil olması kimi qiymətləndirilmir. Bu, nüfuzlu, hörmətli, ləyaqətli, dəyərli insanların YAP-a gəlməsidir: “Siz öz nüfuzunuz və hörmətinizlə YAP-ın nüfuzunun üzərinə hörmət gətirirsiniz. Mən buna əminəm. Ona görə də, biz də sizin YAP-a qəbul olmağınızdan nəinki məmnunuq, həm də bundan qürur duyuruq”.
Mərasimdə çıxış edən mədəniyyət və incəsənət xadimləri YAP-a üzv olduqları ilə fəxr etdiklərini bildiriblər. Qeyd olunub ki, Azərbaycanda Heydər Əliyev siyasəti uğurla həyata keçirilməkdədir. Azərbaycan dövləti mədəniyyət və incəsənətə böyük diqqət və qayğı göstərir. Sənətçilər bu qayğını yüksək qiymətləndirərək Prezident İlham Əliyevin rəhbərlik etdiyi partiyaya üzv olmalarını mənəvi borc hesab etdiklərini qeyd ediblər.
Xalq artisti Ağadadaş Ağayev deyib ki, bu gün onun və həmkarlarının həyatında çox əlamətdar gündür: “Ona görə ki, bu gün rəsmən YAP-ın sıralarına daxil oluram. Amma mən elə hesab edirəm ki, həmişə ruhən və qəlbən bu partiyanın üzvü olmuşam. çünki partiyanın məqsəd və məramları mənim əqidəm və əməlimlə üst-üstə düşür. Bir də əsas ona görə ki, bu partiya Ulu öndər Heydər Əliyev tərəfindən yaradılıb. Hesab edirəm ki, coğrafiyadan silinməkdə olan ölkəni qurtararaq bizə bəxş edən ümummilli lider Heydər Əliyevin yaratdığı və bu gün də Prezident İlham Əliyevin Sədrlik etdiyi partiyaya üzv olmaq sevindirici və şərəfvericidir. Mən buna görə təşəkkür edirəm və ayrıca fərəh hissi duyuram”.
Xalq artisti Zülfiyyə Xanbabayeva isə ölkəmizdə sənət xadimlərinə yüksək diqqət və qayğının göstərildiyini və sənətçilərimizin də bu diqqəti yüksək qiymətləndirdiyini söyləyib: “İncəsənət adamlarına nə lazımdır, təbii ki, onların əməyinə qiymət verilməsi. Və bu gün biz görürük ki, istər dövlətimizin başçısı, istər hökumətimiz, istərsə də bu dövlətin inkişafında böyük xidmətləri olan Yeni Azərbaycan Partiyası bizə daim diqqətlə yanaşır. Bu, çox xoşdur”.
Əməkdar artist Elza Seyidcahan da həmkarlarının fikirlərinə qoşularaq əlavə edib ki, tarix baxımından YAP-ın yaranmasından elə də böyük vaxt keçməməsinə baxmayaraq, bu partiya çox böyük işlər görüb, Azərbaycan dövlətinin yaşamasında, güclənməsində misilsiz xidmətlər göstərib.
Əməkdar artist Lalə Məmmədova isə deyib ki, bu gün o, sadəcə olaraq, rəsmi şəkildə partiyanın sıralarına qoşulur. Əslində isə, uzun müddətdir, özünü YAP-ın üzvü kimi görür, partiyanın tədbirlərində, layihələrində fəal iştirak edir: “Bundan sonra çalışacam ki, partiyanın mənə göstərdiyi etimadı doğruldum”.
Əməkdar artist, Prezident təqaüdçüsü, Azərbaycan Dövlət Rəqs Ansamblının solisti Eteri Cəfərova da deyib ki, YAP-ın üzvü olmaq mənim üçün şərəfdir: “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və YAP-ın Sədr müavini Əli Əhmədova mənə göstərdiyi yüksək etimada görə təşəkkür edirəm”.
Əməkdar artist Cavanşir Məmmədov deyib ki, YAP-ın xidmətləri danılmazdır: “Mən də həmkarlarım kimi fəxr edirəm ki, ölkənin quruculuq prosesində birbaşa iştirak edən hakim partiyanın üzvü oluram. çalışacam ki, gələcək fəaliyyətimdə mənə göstərilən etimadı doğruldum”.
Müğənni Samirə Allahverdi də bu günün onun həyatında əlamətdar bir gün olduğunu söyləyərək deyib ki, hakim partiyanın üzvü olmaq şərəf və qürur mənbəyidir.
Aktyor Elməddin Cəfərov isə deyib ki, YAP-ın üzvləri günü-gündən artır: “Buna görə bir az həyəcanlı və qürurluyam. Sevinirəm ki, Azərbaycan dövləti biz gəncləri dəstəkləyir, biz gənc aktyorlara yol açır. Bu il serial ilidir və mən biz gənc aktyorlara göstərilən etimada görə təşəkkürümü bildirirəm. Söz verirəm ki, gənclərə örnək olacam”.
Modelyer Gülnarə İbadovanın sözlərinə görə, YAP-ın üzvü olmaq əlavə məsuliyyət tələb edir. O da partiyanın göstərdiyi etimadı doğrultmağa çalışacağını söyləyib.
Gənc müğənni Yaşar Yusifov da YAP-ın üzvü olmağın onun həyatında əlamətdar bir hadisə olduğunu və böyük sevinc hissləri yaşadığını bildirib.
Rəssam Xəzər Nəbiyev isə dövlətin bu sahəyə diqqətinin yüksək olduğunu söyləyib: “Gənc rəssam kimi dövlətin mənə verdiyi imkanlara görə minnətdarlığımı bildirirəm. Mənim üçün ən böyük şərəf öz sahəmdə Azərbaycanı yüksək səviyyədə xaricdə təmsil etməkdir və bu istiqamətdə əlimdən gələni edirəm”.
Sonda partiya biletləri yeni üzvlərə təqdim edilib.
SEVİNC
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13

