Bəzi radikal müxalifət qəzetləri etik jurnalistikanın prinsiplərini kobud şəkildə pozurlar
17.01.2012 [00:16]
Yaşadığımız informasiya dövründə cəmiyyət həyatında informasiyanın rolunun artdığı bir vaxtda kütləvi informasiya vasitələrinin, o cümlədən, mətbuatın ictimai həyatdakı çəkisi əhəmiyyətli dərəcədə artır. Bütün dünyada gedən bu proses Azərbaycanda mətbuat və söz azadlığına yaradılan hüquqi və real şəraitin də təsirilə sürətlə irəliləməkdədir. Mətbuatın rolunun artması, öz növbəsində, bu sahədə çalışanların üzərinə düşən məsuliyyəti də artırır. Bu, o deməkdir ki, müasir dövr jurnalistlərdən daha yüksək peşəkarlıq səviyyəsi, obyektivlik, dəqiqlik tələb edir. Jurnalistlik fəaliyyətinin qeyd olunan bir sıra obyektiv prinsipləri məsələnin bir tərəfidirsə, digər bir məsələ isə bir vətəndaş kimi jurnalistin milli-mənəvi keyfiyyətləri, vətənpərvərliyi, xidmət göstərdiyi cəmiyyətə münasibətidir. Bütün bu amillər KİV nümayəndəsinin, mətbuat işçisinin fəaliyyətində özünü göstərir.
Təəssüflə qeyd etməliyik ki, ölkəmizdə fəaliyyət göstərən, özünü Azərbaycan mətbuatının brendi, etalonu hesab edən bir sıra qəzetlər yalan informasiya yayımını, anti-Azərbaycan xarakterli təbliğatı özlərinin fəaliyyətinin başlıca prinsipinə çeviriblər. Belə qəzetlər bilmədən, yaxud məqsədli şəkildə heç bir fakta söykənməyən, şayiə xarakterli məlumatları ciddi informasiya kimi cəmiyyətə təqdim edir, insanlarda çaşqınlıq yaratmağa çalışır. Belə media orqanları çox zaman ölkənin, xalqın uğurlarını, qələbələrini hədəfə alır və onları qara tonda təqdim etməyə çalışır. Son bir ilə yaxın müddətdə Azərbaycanın uğurlarını həzm edə bilməyən qüvvələr “Eurovision” mahnı müsabiqəsindəki qalibiyyətimizi və ölkəmizin builki yarışa ev sahibliyini başlıca qəzəb obyektinə çeviriblər. Xüsusən də son dövrlərdə bəzi radikal müxalifət mətbuatında, o cümlədən, “Azadlıq” qəzetində “Eurovision-2012” ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması, bu incəsənət yarışmasının siyasiləşdirilməsi, yaxud da yalan informasiyanın siyasi məqsədlər naminə manipulyasiyası, ölkədə baş verən hər bir hadisənin müsabiqəyə hazırlıqla əlaqələndirilməsi peşəkar jurnalistikadan uzaq, qərəzli mahiyyət daşıyan fəaliyyət kimi qiymətləndirilə bilər.
Qeyd etdiyimiz kimi, bəzi mətbuat orqanları tərəfindən qərəzli informasiyanın yayılması etik jurnalistikanın tələblərini pozmaqla yanaşı, belə qəzetlərin ölkənin uğurlarına nə qədər laqeyd yanaşdığını, hətta narahatlıq duyduğunu açıq şəkildə nümayiş etdirir. Bu isə birbaşa olaraq, Azərbaycana düşmən münasibət bəsləyən bir sıra xarici qüvvələrin maraqlarına uyğundur. Xarici havadarlarına qulluğu xalqına xidmətdən üstün tutan bəzi qəzetlər obyektivlikdən, ədalətdən uzaq olduqları kimi, millilik, vətənsevərlik, oxucuya hörmət hisslərinin də onlara yad olduğunu göstərir. öz şəxsi maraq və mənafeləri naminə xalqı aldatmağa çalışan bəzi radikal müxalifət qəzetləri öz fəaliyyətlərini bir sıra xarici dairələrlə Azərbaycana qarşı əməkdaşlıq üzərində qurublar. Heç şübhəsiz, təxribat xarakterli fəaliyyətləri ilə belə media orqanları asılı olduqları xarici qüvvələrə olan sədaqətini sübuta yetirməyə çalışırlar.
Eyni zamanda, Azərbaycanın nüfuzuna, uğurlarına kölgə salmağa yönələn dezinformasiya xarakterli fəaliyyəti ilə bir sıra mətbuat orqanları Ermənistanın bütün dünyada apardığı anti-Azərbaycançı təbliğat kampaniyasına da töhfələr vermiş olur. Belə ki, bir çox erməni saytlarının Azərbaycanda keçiriləcək “Eurovision-2012” müsabiqəsi ilə bağlı təxribat xarakterli məlumatları “Azadlıq” qəzetinə istinadən yayması bu mətbuat orqanının fəaliyyətinin hansı maraqlara xidmət etdiyini açıq şəkildə ortaya qoyur. Eyni zamanda, bu tipli mətbuat orqanlarının “Eurovision-2012”yə münasibətinin “BBC” kimi bəzi transmilli media qurumlarının müsabiqə ilə bağlı qərəzli mövqeyi ilə üst-üstə düşməsi də burada təsadüflərdən çox məqsədli, planlaşdırılmış fəaliyyətin mövcudluğundan xəbər verir. İstənilən halda, Azərbaycana qarşı aparılan məkrli kampaniyaların ölkəmizin artan nüfuzu qarşısında heç bir gücü ola bilməz. Bu cür əməlləri ilə sözügedən mətbuat orqanları yalnız Azərbaycan xalqı qarşısında özlərini ifşa edirlər.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxSiyasət
14 Noyabr 11:49
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09
Siyasət
13 Noyabr 14:05
Sosial
13 Noyabr 12:49
İqtisadiyyat
13 Noyabr 12:48
İqtisadiyyat
13 Noyabr 12:47
Hadisə
13 Noyabr 12:46
Sosial
13 Noyabr 12:41
Siyasət
13 Noyabr 12:40
MEDİA
13 Noyabr 12:39
Dünya
13 Noyabr 12:17
Siyasət
13 Noyabr 11:52
Siyasət
13 Noyabr 11:26
İqtisadiyyat
13 Noyabr 10:55
Mədəniyyət
13 Noyabr 10:55
Siyasət
13 Noyabr 10:32
MEDİA
13 Noyabr 10:15
Gündəm
13 Noyabr 10:13
Analitik
13 Noyabr 09:58
Ədəbiyyat
13 Noyabr 09:30
Analitik
13 Noyabr 09:14
Siyasət
13 Noyabr 09:05
Sosial
13 Noyabr 08:51
Sosial
13 Noyabr 08:23
YAP xəbərləri
12 Noyabr 23:15
Xəbər lenti
12 Noyabr 23:01
YAP xəbərləri
12 Noyabr 22:55
İqtisadiyyat
12 Noyabr 22:51
YAP xəbərləri
12 Noyabr 22:50

