Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Müsavat daxilində qruplararası davanın miqyası böyüyür

Müsavat daxilində qruplararası davanın miqyası böyüyür

17.01.2012 [00:16]

AXCP üzvlərindən İsa Qəmbərə təhdid mesajı ünvanlanıb
Müsavat Partiyasının qurultayının vaxtının elan olunması ilə təşkilat daxilindəki çəkişmələr pik həddə çatıb. Kiçik məhəlli savaşı xatırladan bu çəkişmələrin kökündə isə sədr İsa Qəmbərin kürsüsünə kimin yiyələnəcəyi amili dayanır. Xatırladaq ki, müsavatdaxili qruplar biri-birilərini qəti şəkildə qəbul etmirlər. Eyni zamanda, gözlənilən budur ki, martda keçiriləcək qurultaydan sonra məğlub olacaq qruplaşma partiyanı tərk edəcək. Bu səbəbdən də, sədrlik uğrunda gedən mübarizə artıq partiyanı bir neçə parçaya bölərək kəskin qarşıdurma yaradıb.
Məlum olduğu kimi, İ.Qəmbər hələ ötən il partiyanın qurultayının keçirilməsi ilə bağlı mətbuatda bir sıra fikirlər səsləndirmişdi. Lakin həmin dövrdə aktivləşən qruplaşmalar sədri 2012-ci ilə qədər gözləməyə məcbur etmişdi. Bununla belə, görünən odur ki, qruplaşmalar geri çəkilmək fikrində deyil. Məsələn, bu qruplaşmaların birinin başında duran hazırda həbsdə olan Müsavat Məclisinin sədri Arif Hacılı qəti şəkildə sədrlik uğrunda mübarizə aparacağını elan edib. Məhz bu açıqlamanın ardından A.Hacılının qruplaşmasına qarşı olan və S.Əkbərin partiyadan gedişinin ardından kölgəyə çəkilən V.Əyyubun başçılıq etdiyi qruplaşma qarşı tərəfə “müharibə” elan edib.
Birinci mərhələdə A.Hacılının qardaşı Vaqiv Hacıbəylinin İP-in Koordinasiya şurasına seçilməsinin qarşısını almaqla, V.Əyyubun rəhbərlik etdiyi klanın qalibiyyət əldə etməsi deyəsən digər qrupu narahat edib. Məhz bunun səbəbidir ki, artıq həmin qruplaşmaya yaxın mətbu orqan bir müddətdir İ.Qəmbərin yenidən sədr seçilməsi məsələsi ətrafında polemika qurub. Həmin qruplaşma təmsilçiləri öz fikirlərini belə arqumentləşdirməyə çalışırlar ki, güya 2013-cü il prezident seçkilərinə qədər İ.Qəmbərin sədrlikdən getməsi onun namizəd olmasına mane olacaq. Xalq arasında heç bir nüfuza, elektorata malik olmayan İ.Qəmbərin belə bir narahatlıqla üzləşməsi təbiidir. çünki İ.Qəmbəri elə ətrafında olan beş-üç nəfərdən başqa bir kimsənin dəstəkləmədiyi ortadadır. İkinci bir tərəfədən, məğlub olacağını əvvəlcədən “proqnozlaşdıran” İ.Qəmbər 2008-ci il prezident seçkilərində iştirakdan imtina etdi. Bu məntiqlə, 2013-cü ildə güya İ.Qəmbərin hansısa bir “şansa” malik olması məsələsində təkid etmək gülüncdür. Bu mənada, İ.Qəmbərin sədr kimi qalmasını israr edən qruplaşmanın istəyi aydın olur. Yəni, onların yalnız qruplaşma savaşında məğlub olmaqdan çəkindiyi ortadadır.
Qeyd edək ki, əslində, bu faktı Müsavat Partiyası Mərkəzi Nəzarət Təftiş Komissiyasının sədri İbrahim İbrahimli də təsdiqləyib. KİV-ə açıqlamasında o, bu addımın Müsavatın bütövlüyünün qorunması üçün zəruri olduğunu bildirib. Hətta, sədrlik müddətinin artırılması məsələsini də gündəmə gətirənlər artıq başa düşürlər ki, onların korporativ və şəxsi müstəvidə apardıqları mübarizənin əsl konturları ifşa olunub. Onlar dərk edirlər ki, bu insanların güya hansısa əqidə və ya ideya ətrafında birləşməsi haqqındakı nağıllarına artıq özlərinin də inanmadığı bəlli olub. Bundan sonra nə desələr belə fərq etməz...
Bu arada, radikal düşərgə daxilində Müsavat-AXCP qarşıdurması günü-gündən “alovlanır”. İP Koordinasiya Şurasına keçirilən seçkidən sonra “Yeni Azərbaycan” qəzeti olaraq bildirmişdik ki, artıq hər iki partiyanın funksionerlərinə qarşı tərəfə hücum etmək haqqında göstərişlər verilib. Bu gün həmin əmrlər qəzet səhifələrində “uğurla” həyata keçirilir. Məsələn, artıq AXCP sədrinin müavini Fuad Qəhrəmanlı açıq şəkildə bildirib ki, Müsavatdakı qruplaşma AXCP sədri Ə.Kərimlinin İP-in Koordinasiya Şurasına düşməməsi üçün ona səs verməyiblər. F.Qəhrəmanlı etiraf edib ki, Müsavat daxilində AXCP-yə qarşı aqressiv hislər bəsləyən qruplaşma mövcuddur...
Əslində, AXCP-nin Müsavata qarşı münasibəti, hər zaman olduğu kimi, analojidir. Yəni, dəyişən bir şey yoxdur və bu gün AXCP-nin üzvləri də Müsavatı qəbul etmirlər. Hətta Müsavat sədri İ.Qəmbərin xahişindən sonra belə İP Koordinasiya Şurasına seçilə bilməyən V.Hacıbəyli bildirib ki, seçki formal xarakter daşıyıb və bu, onu deməyə əsas verir ki, orada demokratiyadan əsər-əlamət olmayıb. V.Hacıbəyli iddia edir ki, bütün şəxslərlə bağlı konsensus əvvəlcədən aparılıb. V.Hacıbəyli AXCP üzvlərinin İ.Qəmbərə münasibətini bir cümlə ilə ifadə edib: “AXCP üzvləri sosial şəbəkələrdə öz imzaları ilə yazırlar ki, İ.Qəmbəri də V.Hacıbəylinin gününə salarıq”.
Qeyd olunuduğu kimi, artıq qarşılıqlı ittihamlarla, təhqirlərlə müşayiət olunan bu polemika radikal düşərgənin reallığını çılpaqlığı ilə bir daha nümayiş etdirir. Radikal düşərgədə yaranan birliklərin, partiyalar arasındakı müttəfiqlərin maddi maraqdan başqa bir şey kəsb etməməsi, aparılan “müzakirələrin” isə yalnız xarici əmi-dayılardan alınası ianələrə yiyələnməkdən başqa bir məna daşımaması bu düşərgə təmsilçilərinin hansı mənəviyyata malik olduqlarını bir daha ortaya çıxarır. özünə “demokrat” adı verən belələrinin hərdən güzgü qarşısında oturub kimlikləri ilə bağlı özlərinə arayış verməsi isə özləri üçün günün tələbinə çevrilir...
Pərviz SADAYOÄžLU
Paylaş:
Baxılıb: 838 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30