İki bədbəxt birlikdə xoşbəxtdirmi?
07.10.2023 [11:00]
İspaniyanın Qranada şəhərində oktyabrın 5-də keçirilən Avropa Siyasi Birliyinin Sammiti çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin hələ xeyli müddət bundan əvvəl anonsu verilən görüşü baş tutmadı. Bunun səbəbi ilk növbədə formatla bağlı idi. Məlum oldu ki, liderlərin görüşünün Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin, eləcə də Almaniya kansleri Olaf Şoltsun və Fransa prezidenti Emmanuel Makronun iştirakı ilə keçirilməsi nəzərdə tutulur. Azərbaycan Brüssel formatında tərəf saxlayan Fransanın qatılmasına etiraz edir. Lakin ölkəmizin haqlı etirazına rəğmən, Emmanuel Makronun görüşə qatılması planlaşdırılıb. Belə olan halda Azərbaycan qardaş Türkiyənin də masada yer almasını istəyib. Bu təklif qəbul olunmadıqda isə Prezident İlham Əliyev qardaş Türkiyəyə növbəti dəfə həmrəylik jesti edərək Qranadaya getməyib. Beləliklə də, ilk növbədə Fransanın günahı ucbatından liderlərin növbəti görüşü pozulub.
Fransa və Ermənistanı birləşdirən “dəyərlər”...
Fransa ilə Ermənistanın iqtisadi və siyasi çəkisi müqayisəyəgəlməz dərəcədə fərqlidir. Fransa iqtisadiyyatının həcminə görə Avropa İttifaqının (Aİ) ikinci ən böyük dövlətidir. Ermənistan isə Cənubi Qafqazın forpost dövlətidir. Bununla belə, Fransa və Ermənistan bütün parametrlər baxımından bir-birindən kəskin fərqlənmələrinə rəğmən, necə deyərlər, “siam əkizləri” kimi çıxış edirlər. “Ermənistan kimi bir dövlət Fransanın nəyinə lazımdır” sualının cavabı yoxdur. Ancaq biz Fransanın Ermənistanı daim himayə etdiyinin şahidi oluruq. Prezident Emmanuel Makron həmişə “kiçik bacı” Ermənistanın arxasında və yanında dayanacağını bəyan edib. Bu ölkənin parlamentində 44 günlük müharibə dövründə və postmüharibə mərhələsində bir necə dəfə Azərbaycan əleyhinə qərəzli qətnamələr qəbul olunub. Emmanuel Makronun BMT Təhlükəsizlik Şurası rəzaləti hər kəsə bəllidir. Fransa indiyədək Ermənistanın Azərbaycana qarşı əsassız iddialarını BMT TŞ-də müzakirələrə çıxarıb və hər dəfə də istədiyi sənədi qəbul etdirməyə nail olmayıb. Sual olunur: Belə tərəf saxlayan Fransanın Azərbaycan və Ermənistan liderlərinin görüşündə, ümumiyyətlə iki ölkə arasında başlayan sülhyaratma prosesində iştirak etməyə haqqı çatırmı? Əsla! Bəs onda Emmanuel Makron nə üçün yerini bilmir və yuyulmamış çömçə kimi özünü ortalığa atır?
Fransa və Ermənistanı “iki bacıdan” daha çox iki bədbəxtə bənzətmək daha doğru olardı. Onları bir araya gətirən ən mühüm amil isə Türkiyə xofu və nifrətidir. Ermənistan qardaş ölkəyə qarşı soyqırımı və ərazi iddiaları sərgiləyir. Belə iddiaların heç bir əsası yoxdur. Türkiyə dəfələrlə bəyan edib ki, qoy tarixlə tarixçilər məşğul olsunlar. Arxivlər açılsın, sənədlər araşdırılsın. Ancaq öz siyasətini daim feyklər üzərində quran Ermənistan arxivlərin açılmasına bir növ tabu kimi yanaşır. Çünki bu ölkədə yaxşı bilirlər ki, tarixdə “erməni soyqırımı” baş verməyib, bu, uydurmadır, erməni mifidir. Əksinə, ermənilər zamanında onlara sığınacaq verən və himayə edən Türkiyə dövlətinə qarşı xəyanətkarlıq və satqınlıq ediblər, qardaş ölkənin düşmənlərinin sıralarında yer alıblar. Bu, artıq bir erməni xislətidir və biz bunu hazırda Ermənistanın Rusiyaya arxa çevirməsinin timsalında bir daha izləyirik.
Ermənistanın əsassız iddiaları Türkiyəyə əbədi nifrət bəsləyən Fransanın işinə yarayır. Fransa Ermənistanın Türkiyəyə və Azərbaycana olan əsassız iddialarının arxa plana keçmisini istəmir. Bəllidir ki, Türkiyə Ermənistanın iddialarına rəğmən, bu ölkə ilə siyasi dialoqa başlamağa hazır olduğunu dəfələrlə publik şəkildə bəyan edib. Yetər ki, Ermənistan özünün əsassız mövqeyindən geri çəkilsin, Azərbaycanla sülh prosesində səmimilik ortaya qoysun. Əslində, Ermənistanın öz əbədi qonşuları olan Azərbaycan və Türkiyə ilə münasibətlərini normallaşdırmaqdan başqa çıxış yolu yoxdur. Təcrid siyasəti bu ölkəyə yaxşı heç nə gətirməyib. Türkiyə və Azərbaycanın birlikdə reallaşdırdıqları bütün nəqliyyat və enerji layihələrindən kənarda qalan Ermənistan investisiya cəlbediciliyini tam şəkildə itirib və dalan ölkəyə çevrilib. Ermənistanı Azərbaycana və Türkiyəyə qarşı aqressiv davranışlara sövq edən isə Fransadır. Sonuncu yanan odun üstünə yağ tökür və ehtirasları qızışdırır.
Bunu təsdiqləyəcək çoxsaylı faktlar sadalamaq mümkündür. Bunlardan yalnız sonuncusuna diqqət çəkmək istərdik. Xəbər verildiyi kimi, bu günlərdə Fransanın xarici işlər naziri Katrin Kolonna Ermənistana səfər edib. Bununla bağlı fransalı nazir “X” hesabında etdiyi paylaşımda belə yazıb: “İlk səfərimdən 5 ay sonra yenidən Ermənistandayam. Dostluq, dəstək və həmrəylik”. Xanım nazirin bu paylaşımına əhəmiyyət verməmək olardı. Ancaq o, İrəvana səfəri ilə bağlı paylaşımında Türkiyənin ərazisi olan Ağrı dağının şəklini verməyi də məqsədəuyğun sanıb. Bu paylaşımdan o nəticə hasil olur ki, Katrin Kolonna və təmsil etdiyi ölkə Ağrı dağını Ermənistan sayır. Şübhəsiz ki, Fransa XİN-in rəhbəri coğrafiyanı bu dərəcədə zəif bilən birisi deyil. Bəs o, İrəvana səfərindən bəhs etdiyi halda niyə paylaşımında Ağrı dağının şəklini yerləşdirir? Deməli, fransız nazirin qərəzi sağlam məntiqin, diplomatik etiketin, tarixi həqiqətlərin fövqündə dayanır. Əslində, K. Kolonnanın qərəzi başda Prezident Emmanuel Makron olmaqla bütün Fransa elitasının Türkiyəyə qəzəb və nifrətinin ifadəsidir. Türkiyə son 20 ildə Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə böyük uğurlara imza atıb. Təkcə cari ilin əvvəlindən bəri qardaş ölkənin dövlət başçısı Türkiyənin innovativ sənayesinin, o cümlədən də müdafiə sənayesinin bir neçə möhtəşəm uğurunu - yeni məhsullarını təqdim edib. Bunlar Türkiyəni quruda, havada, suda möhkəmləndirir, qlobal önəmini daha da atırır. Fransa kimi ölkələr isə Türkiyənin uğurlarını həzm edə bilmirlər. Qardaş ölkə inkişaf etdikcə, möhkəmləndikcə Fransanın qəzəbi və nifrəti daha da artır.
64 il Türkiyənin üzünə bağlı qalan Aİ qapıları
Avropa İttifaqının qapılarının 64 il ərzində Türkiyənin üzünə qapalı qalması Qərbin riyakarlığının və qardaş ölkəyə qəzəbinin ən bariz ifadəsidir. Türkiyə 1958-ci ildə yaradılmış Avropa İqtisadi İttifaqına (hazırda sıralarında 27 dövləti birləşdirən Avropa İttifaqı -Aİ) 31 iyul 1959-cu ildə tərəfdaşlıq üçün müraciət ünvanlayıb. Bu, qardaş ölkənin Aİ-yə uzatdığı ilk əməkdaşlıq əli idi. Aİİ-nin Nazirlər Şurası Türkiyənin müraciətini qəbul edib və üzvlük şərtləri yerinə yetirilənə qədər etibarlı olacaq assosiasiya sazişinin imzalanmasını təklif edib. Sözügedən saziş 12 sentyabr 1963-cü ildə imzalanıb və 1 dekabr 1964-cü ildə qüvvəyə minib. Türkiyə-Aİ əlaqələrinin dönüş nöqtəsi 10-11 dekabr 1999-cu ildə Helsinkidə keçirilən dövlət və hökumət başçılarının Zirvə görüşü olub. Helsinki sammitində Türkiyənin namizədliyi rəsmən təsdiqlənib və digər namizəd ölkələrlə bərabər mövqedə olacağı açıq şəkildə ifadə edilib. 3 oktyabr 2005-ci ildə Lüksemburqda keçirilən hökumətlərarası konfransla Türkiyə rəsmi olaraq Aİ-yə üzvlük danışıqlarına başlayıb.
Aradan onilliklər ötüb. İndiyədək Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı çoxsaylı görüşlər keçirilib, razılaşmalar əldə olunub. Öz tərəfindən qardaş ölkə üzərinə götürdüyü bütün öhdəliklərə əməl edib. Hətta Türkiyədə Avropa Birliyi Nazirliyi də təsis olunub. Lakin hər dəfə Türkiyənin Aİ-yə üzvlüyünə müxtəlif maneələr törədilib. Qardaş ölkənin Avropa İttifaqına gedən yolunu bəhanələrlə bağlayan ölkələr sırasında Fransa xüsusi canfəşanlıq göstərir. Türkiyənin Aİ-yə gedən yolunu bağlamaq məqsədilə bu ölkənin yüksəksəviyyəli rəsmiləri zaman-zaman absurd bəhanələr ortaya atıblar. İradlardan biri guya Türkiyənin demokratik ölkə olmaması ilə bağlıdır. Bu iddianın heç bir əsası yoxdur. Türkiyə iki turda yekunlaşan və Rəcəb Tayyib Ərdoğanın növbəti qələbəsi ilə başa çatan son prezident seçkiləri ilə bütün dünyaya demokratiya dərsi keçdi. Halbuki Fransada prezident seçkilərinin rüşvətlə maliyyələşdirildiyinə dair məlumatlar transmilli mediada tez-tez tirajlanır.
Türkiyəni Aİ sıralarında arzulamaq istəməyənlər həmçinin qardaş ölkənin müdafiə qabiliyyətini möhkəmləndirməsini, hərbi sənayesini “hədsiz inkişaf etdirməsini” irad tuturlar. Burada da qərəz, gözügötürməzlik açıq-aşkar ortadadır. Bəli, Türkiyə son illərdə hərbi sənaye sahəsində çox irəli gedib. Bu gün Türkiyə NATO-da ikinci ən böyük orduya malik olan bir dövlətdir. Lakin qardaş ölkə heç vaxt özünün hərbi qüdrətindən müstəmləkəçilik siyasəti üçün istifadə etmir və belə bir niyyəti də yoxdur. Aİ-də təmsil olunan Fransa isə açıq-aşkar neokolonializm siyasəti aparır və Afrika ölkələrini iqtisadi təzyiq altında saxlamaqda davam edir.
Azərbaycanın Qranada görüşündən imtina etməsi təqdirəlayiqdir
Türkiyə Azərbaycan Prezidenti İlham Əliyevin İspaniyanın Qranada şəhərindəki görüşdən imtina etməsini təqdir edir. Bunu Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik deyib. O qeyd edib ki, Avropa liderlərinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beşli formatda (Ermənistan-Azərbaycan-Fransa-Almaniya-Avropa İttifaqı) görüşə qatılmasına etirazları qəbuledilməzdir.
AKP rəsmisi vurğulayıb ki, Fransa uzun müddət Ermənistanı müdafiə edib. Fransanın beştərəfli görüşdə iştirak etməsi, Türkiyənin iştirak etməməsi yolverilməzdir. Azərbaycan Prezidenti də bununla bağlı mövqeyini ortaya qoydu. AKP rəsmisinin sözlərinə görə, Fransa hələ də Ermənistanın işğalçı olduğunu demir: “Azərbaycan isə öz işini çoxdan həll edib. Artıq Qarabağ məsələsi həllini tapıb”, - deyə Ömər Çelik vurğulayıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
05 May 15:19
YAP xəbərləri
05 May 15:13
Dünya
05 May 15:04
Dünya
05 May 14:57
Sosial
05 May 14:49
MEDİA
05 May 14:37
Maraqlı
05 May 14:22
Dünya
05 May 14:21
Mədəniyyət
05 May 14:20
Siyasət
05 May 14:18
Gündəm
05 May 14:06
Elanlar
05 May 13:50
Xəbər lenti
05 May 13:45
Dünya
05 May 13:18
Dünya
05 May 12:51
Dünya
05 May 12:25
Dünya
05 May 12:10
Dünya
05 May 11:42
Dünya
05 May 11:19
İqtisadiyyat
05 May 10:57
Gündəm
05 May 10:23
Sosial
05 May 10:21
Sosial
05 May 10:21
Gündəm
05 May 09:58
Gündəm
05 May 09:32
Sosial
05 May 09:14
Mədəniyyət
05 May 08:50
Ədəbiyyat
05 May 08:36
Sosial
05 May 07:50
Dünya
05 May 07:35
Dünya
05 May 07:35
Hadisə
05 May 07:03
Dünya
04 May 23:35
Dünya
04 May 23:18
Dünya
04 May 22:49
Dünya
04 May 22:34
Siyasət
04 May 22:33
Dünya
04 May 22:31
Dünya
04 May 22:16
Gündəm
04 May 22:11
Gündəm
04 May 22:05
Dünya
04 May 21:58
Dünya
04 May 21:44
Gündəm
04 May 21:39
Dünya
04 May 21:25
Analitik
04 May 21:21
Dünya
04 May 21:06
Siyasət
04 May 20:44
Dünya
04 May 20:43
Sosial
04 May 20:32
Siyasət
04 May 20:32
Dünya
04 May 20:17
Siyasət
04 May 20:11
Dünya
04 May 19:50
Siyasət
04 May 19:50
Dünya
04 May 19:22
Gündəm
04 May 19:08
Dünya
04 May 19:05
YAP xəbərləri
04 May 18:58
Siyasət
04 May 18:35
Siyasət
04 May 18:13
YAP xəbərləri
04 May 18:05
Dünya
04 May 17:27
Gündəm
04 May 17:15
Analitik
04 May 16:57
Siyasət
04 May 16:49
Siyasət
04 May 16:49
İdman
04 May 16:48
Elm
04 May 16:47
Sosial
04 May 16:35

