Anklavlar yenidən gündəmdə
13.10.2023 [11:16]
İrəvan torpaqlarımızı niyə qaytarmaq istəmir?
Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesi yeni mərhələyə qədəm qoyub. 24 saatlıq antiterror tədbirləri bu prosesə yeni nəfəs qazandırıb, yeni zəmin formalaşdırıb. Hazırkı mərhələdə sərhədlərin demarkasiyası və delimitasiyası əsas məsələlərdən biri kimi ön plana çıxır - burada isə anklavlarla bağlı problemin öz həllini tapması zərurətə çevrilib. Qeyd edək ki, Azərbaycan Vətən müharibəsindən sonra aparılan danışıqlar prosesinin bütün mərhələlərində anklavlarla bağlı məsələnin aktuallığını təmin edib. Hətta oktyabrın 7-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı da Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev anklavlar məsələsinə toxunub və xatırladıb ki, Azərbaycanın 8 kəndi hələ də Ermənistanın işğalı altındadır. Prezident İlham Əliyev bu kəndlərin işğaldan azad olunmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, ötən əsrin 90-cı illərində Qazax rayonunun 7 kəndi - Sofulu, Barxudarlı, Bağanis Ayrım, Qızıl Hacılı, Yuxarı Əskipara, Aşağı Əskipara və Xeyrimli kəndləri Ermənistan tərəfindən işğal edilib. Kərki kəndi isə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun inzibati-ərazi vahidindədir. 1990-cı ilin yanvarında ermənilər tərəfindən işğal edilib. Hal-hazırda Ermənistanın işğalı altındadır. Kəndin ərazisindən Ermənistanın cənubu ilə şimalını birləşdirən M-2 magistral yolu keçir.
İrəvan isə bütün məsələlərdə olduğu kimi, anklavlar məsələsində də qeyri-konstruktiv mövqe tutmaqdadır. Ermənistan KİV-nin məlumatına görə, baş nazir Nikol Paşinyan televiziya kanalına müsahibəsində anklavlar məsələsinə toxunaraq “özünəməxsus” dəyərləndirmə aparıb. Məsələyə yenə də erməni xisləti ilə yanaşma sərgiləyən Paşinyan demarkasiya və delimitasiya ilə bağlı xəritələr məsələsini ortaya atıb.
Məsələ ilə bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə də anklavlar məsələsinin artıq neçə ildir ki, gündəmdə olduğunu dilə gətirib. O bildirib ki, Ermənistan yenidən destruktiv mövqeyini ortaya qoyur: “Paşinyanın açıqlamalarına diqqət yetirdikdə görmək olur ki, onlar ortaya müxtəlif bəhanələr atmaq fikrindədirlər. Və bu bəhanələrin altında gizlənərək də işğal altında olan həmin ərazilərin Azərbaycana qaytarılmasına mane olmaq istəyirlər. Paşinyanın xüsusilə son açıqlaması onu göstərir ki, erməni baş nazir konstruktiv yanaşma sərgiləmək fikrində deyil. Onun iddiaları məntiqsiz və əsassızdır - necə yəni, gəlin xəritəni stolun üzərinə qoyun sonra baxaq ki, anklavların taleyi necə olacaq? Birincisi, xəritələr divarlarda asılıb və hər kəsə də məlumdur ki, bu ərazilər Azərbaycan torpaqlarıdır, işğal olunub. Paşinyan 1975-ci il xəritəsi üzərində demarkasiya, delimitasiya aparmaq niyyətini ortaya qoyur - zəhmət çəkib həmin xəritəyə də baxa bilər və orada da görər ki, həmin ərazilər Azərbaycan torpaqlarıdır. Bu cür qeyri-ciddi açıqlamalar onu göstərir ki, Ermənistan tərəfi doğurdan da məsələnin konstruktiv həllində maraqlı deyil”.
Politoloqun sözlərinə görə, Ermənistanın anklavlarla bağlı məsələdə “çətinə düşməsinin” səbəbləri var. Bu ərazilərin strateji əhəmiyyəti Ermənistan üçün böyükdür. “Həmin anklavların əksəriyyətində mühüm yol infrastrukturu mövcuddur. Hətta bəziləri magistral yollardır ki, Ermənistanın xarici dövlətlərlə rabitəsini reallaşdırır. Bu ərazilərimizin qaytarılması təqdirində Ermənistan anklavlar üzərindən keçən yol infrastrukturuna nəzarəti itirmiş olur. Qeyd etdiyim kimi, bu ərazilər çox vacib yol kommunikasiyalarının, nəqliyyat magistrallarının üzərində yerləşirlər. Bu yolların bəziləri hətta Ermənistanı qonşu ölkələrlə bağlayır. Onlar dərk edirlər ki, Azərbaycan özünün bu tarixi və haqqı olan torpaqları qaytarsa, qonşu ölkələrlə rabitələri məhdudlaşacaq. Amma bu tip məsələlər istəklə və ya arzu ilə tənzimlənmir. Onlar həmin əraziləri işğal ediblər və boşaltmağa məcburdurlar. Bu, beynəlxalq hüququn, beynəlxalq konvensiyaların tələbidir. Yəqin ki, qarşıdakı mərhələdə Ermənistanın bu torpaqları qeyd-şərtsiz Azərbaycana qaytarılması üçün mühüm addımlar atılacaq”, - deyə İ.Vəlizadə əlavə edib.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00
Elm
10 Sentyabr 10:57
Dünya
10 Sentyabr 10:56
Hadisə
10 Sentyabr 10:55
İqtisadiyyat
10 Sentyabr 10:43
İqtisadiyyat
10 Sentyabr 10:25
Analitik
10 Sentyabr 09:52
İqtisadiyyat
10 Sentyabr 09:17
Sosial
10 Sentyabr 08:50
MEDİA
10 Sentyabr 08:38
Sosial
10 Sentyabr 07:05
Dünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16

