Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / YAP-ın Sədr müavini Əli Əhmədov Çinin ölkəmizə yeni təyin olunmuş səfiri Xun Tsyuini qəbul edib

YAP-ın Sədr müavini Əli Əhmədov Çinin ölkəmizə yeni təyin olunmuş səfiri Xun Tsyuini qəbul edib

17.02.2012 [23:49]

Dünən Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi Əli Əhmədov çin Xalq Respublikasının ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Xun Tsyuini partiyanın mənzil qərargahında qəbul edib. Görüşdə çin Xalq Respublikası ilə Azərbaycan Respublikası arasında qarşılıqlı dostluq və əməkdaşlıq münasibətlərinin mövcud durumu və inkişaf perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb, ölkələrimiz, eləcə də, Yeni Azərbaycan Partiyası ilə çin Kommunist Partiyası arasındakı əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi qeyd edilib. YAP Sədrinin müavini Əli Əhmədov səfirə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi və bu münaqişənin sülh yolu ilə həll edilməsi istiqamətində Azərbaycan tərəfinin həyata keçirdiyi siyasət barədə ətraflı məlumat verib və münaqişənin başlanğıcından çin Xalq Respublikasının Azərbaycanın ədalətli mövqeyini müdafiə etməsini bir daha vurğulayıb. Səfir Xun Tsyuin də öz növbəsində Azərbaycanda fəaliyyəti müddətində iki ölkə arasındakı əlaqələrin daha da inkişaf etməsi, qarşılıqlı səfərlərin həyata keçirilməsi və təcrübə mübadiləsinin aparılması istiqamətində əlindən gələni əsirgəməyəcəyini bildirib. Bundan əlavə, o, son illər ölkədə aparılan quruculuq abadlıq işlərinin ürəkaçan olduğunu qeyd edib, Azərbaycanın beynəlxalq arenada rolunun və gücünün artığını vurğulayıb. Görüşdə YAP-ın İcra katibinin müavini Mübariz Qurbanlı iştirak edib.
Paylaş:
Baxılıb: 867 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30