Adı “sülh” olan fond silah daşıyır...
15.11.2023 [10:10]
Avropanın Cənubi Qafqaza yönəlik hərbi planları üzə çıxır
Fransanın rəhbərliyi ilə həyata keçirilən anti-Qafqaz planının yeni ştrixləri məlum olub. Belə ki, Azərbaycana qarşı həyata keçirilən, lakin bütövlükdə, Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid yaradan “silahlandırma” kampaniyasının miqyası genişlənə bilər. Artıq Aİ-nin fərqli strukturları Ermənistanın militaristləşdirilməsi prosesinə “fəal dəstək” verməyə başlayıb. Məsələn, Avropa İttifaqı Avropa Sülh Fondu çərçivəsində Ermənistana hərbi yardımın göstərilməsi, eləcə də vətəndaşları üçün viza rejiminin sadələşdirilməsi imkanlarını nəzərdən keçirir. Bu barədə Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Aİ Komissiyasının Vitse-prezidenti Cozep Borrel Aİ Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib. “Biz Avropa Sülh Fondundan Ermənistana yardım göstərilməsi imkanlarını və Ermənistan üçün viza rejiminin sadələşdirilməsi variantını öyrənəcəyik”, - deyə o bildirib.
Fond “sülh” adlandırılsa da, məqsəd “müharibədir”...
Bəli, Fransa və “dəstəkçiləri” birmənalı şəkildə Cənubi Qafqazda sülhün formalaşmasına qarşı mövqe tutmaqdadır. Hətta bu məsələdə adında “sülhü” tərənnüm edən Fondun “xidmətlərindən” yararlanmaqdan da çəkinmirlər.
Qeyd edək ki, 2021-ci ilin martın 22-də yaradılan Fondun 2021-2027-ci illər üçün təxminən 5 milyard avro büdcəsi formalaşdırılıb. Avropa Sülh Fondunun büdcəsi Avropa İttifaqına üzv dövlətlərin ianələri hesabına formalaşır. Fondun təsis məqsədi kimi Aİ-nin münaqişələrin qarşısını almaq, sülhü qorumaq və beynəlxalq sabitliyi və təhlükəsizliyi gücləndirmək qabiliyyətini artırmaq qeyd olunsa da, Fond daha çox təzyiq vasitəsi funksiyası kimi çıxış etməkdədir. Maraqlıdır ki, bəyan edilmiş “məqsədlərə uyğun olaraq” və Avropa Şurasının qərarına əsasən, Avropa ölkələri “tərəfdaşlarının” təhlükəsizlik və müdafiə qabiliyyətinin səviyyəsinin yüksəldilməsi üçün Aİ Fondu vasitəsilə hərbi texnika vermək “hüququna malikdir”. Bu məsələ Fondun yaradılmasının əsl səbəblərini ortaya çıxarır. Məsələn, ötən ilin sonunda Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya silah tədarükünü ödəyən Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılmasını təsdiq etmişdi. Bu barədə Aİ Şurasının dərc olunmuş bəyanatında deyilirdi ki, Aİ ölkələrinin xarici işlər nazirləri Avropa Sülh Fondunun 2023-cü il üçün büdcəsinin 2 milyard avroya qədər artırılması barədə siyasi qərara gəliblər. Beləliklə, maliyyə heç də Fondun adına uyğun olaraq “sülhə” deyil, qarşıdurmaların miqyasının daha da genişlənməsinə xidmət göstərir. Bu ilin mayında Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsi Təhlükəsizlik Şurasının iclasındakı çıxışında qeyd etmişdi ki, kollektiv Qərbin Ukraynadakı məqsədləri göz qabağındadır - bu ölkənin ərazisindən sınaq meydançası kimi istifadə etmək. V.A.Nebenzya “Avropa Sülh Fondunun adının Müharibə Fonduna dəyişdirilməsini” təklif etmişdi...
Qərbin Ermənistan üzərindən “arzuları”...
Göründüyü kimi, Qərb Ermənistan üzərindən özünün çirkin niyyətini daha açıq şəkildə ortaya qoymaqdadır. Bu ilin əvvəlində Aİ “missiyası” adı altında kəşfiyyat qrupunu Ermənistanın daxilində yerləşdirməsi, yarımhərbi -yarımmülki missiyanın tərkibini get-gedə genişləndirməsi istiqamətində addımlar atması, indiki halda isə “Sülh Fondu” vasitəsilə bu missiyanı silahlandırmağa çalışması onun əsl məramını üzə çıxarır. Fransa və “dəstəkçi qrup” Cənubi Qafqazda şəxsi korporativ maraqlarının təmini üçün regionun sülh və təhlükəsizlik müstəvisində inkişafına qarşıdırlar. Ortaya qoyulan mövqe bunu deməyə tam əsas verir.
- Fransanın timsalında “köhnə qitə” Şərq-Qərb tranziti üzərində Ermənistanın sərhədləri hesabına özünün “stansiyasını” formalaşdırmaq istəyir;
- Yeni iqtisadi düzənin ən əsas logistik marşurutunu nəzarət altında saxlamağa çalışır;
- Qərbin ənənəvi siyasi alətinə çevrilmiş “qarşıdurmaları körüklə” metodundan istifadə etməklə Cənubi Qafqazı gərginlik altında saxlamağa niyyətlənir;
- Nəhayət, Türkiyə-Azərbaycan birliyinin fonunda TDT-nin inkişaf perspektivinə, fəal strukturlaşmasına qarşı mübarizə imkanları formalaşdırır.
Rusiya və İran nə deyəcək?
Təbii ki, Fransanın bölgədə yaratmağa çalışdığı mənzərə faktiki olaraq Türkiyə - Azərbaycan birliyinə qarşı yönəlsə də, digər region ölkələri üçün də narahatedici məqamlar formalaşdırır. Məsələn, Ukrayna məsələsində “Qərb sərhəd zolağının Rusiyaya yaxınlaşmasını” qırmızı xətt elan etmiş Kreml özünün hərbi bazasının da yerləşdiyi bir məkanda Avropa hərbi missiyasını görməkdən nə qədər məmnundur? Və ya rəsmi Tehran onu sanksiya və hədələrlə illərdir ki, beynəlxalq sferada təkləyən Qərbin sərhədinin bir addımlığında kəşfiyyat fəaliyyətinə razı olacaqmı? Əlbəttə ki, bu sualların böyük miqyasda cavabları neqativdir. Yəni, nə Rusiya, nə də İranın bu məsələni “susqun” izləməsi mümkün görünmür. Hətta Ermənistanla əlaqələrin hansı müsbət motivlərə əsaslanmasından asılı olmayaraq bu ölkələr regionda “Qərb nəfəsi”nin bu qədər yaxından eşidilməsinin tərəfdarı kimi çıxış etməyəcək. Ermənistanda böyük ehtimalla yaradılması nəzərdə tutulan kəşfiyyat laboratoriyaları, gizli bazalar, radarlar və hərbi qurğular regionda böyük qarşıdurmalara yol açma ehtimalı formalaşdırır. Bir sözlə, Ermənistan regionda böyükmiqyaslı və geniş coğrafiyaya əsaslanacaq qarşıdurmalara rəvac verməkdədir. Rusiya və İran Qərbin Ermənistanda hərbi mövcudluğuna dözməyəcək - Ermənistanı isə ən yaxşı halda Ukrayna aqibəti gözləyir...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
09 Sentyabr 23:18
İqtisadiyyat
09 Sentyabr 22:50
Dünya
09 Sentyabr 22:24
YAP xəbərləri
09 Sentyabr 22:12
Dünya
09 Sentyabr 21:43
İdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41

