"Azadlıq" qəzetinin ermənilərlə işbirliyi növbəti dəfə ifşa olundu
29.02.2012 [00:38]
Sirr deyil ki, Azərbaycanın ildən-ilə güclənməsi, artıq təkcə Cənubi Qafqaz regionunda deyil, daha böyük coğrafiyada aparıcı dövlətlərdən birinə çevrilməsi ölkəmizi sevənləri sevindirdiyi qədər, ürəyində dövlətimizə, millətimizə qarşı kin bəsləyənləri, düşmən kəsilənləri də narahat edir. Məhz bu narahatlıqdan irəli gələrək həmin dairələr və onların təsiri altında olan insanlar hər fürsət düşdükcə uğurlarımızı qaralamağa çalışır, Azərbaycana qarşı əsassız ittihamlar səsləndirir, dövlətimizin imicinə zərbə vurmağa cəhd göstərirlər.
Təbii ki, dövlətini, millətini sevən hər bir kəs ölkəsinin uğurlarına sevinməlidir. Əks halın müşahidə olunması isə onu deməyə əsas verir ki, həmin şəxslər ya bu xalqın nümayəndəsi deyil, ya da düşmənlə eyni məqsədə xidmət göstərir. Bu gün Azərbaycanın radikal müxalifətinin, bu düşərgənin nəzarətində olan qəzetlərin yürütdüyü siyasət, göstərdiyi fəaliyyət isə onların kimliyini ortaya qoyan ən əsas “faktlardır”.
Əlbəttə ki, siyasi palitrada müxalifət partiyalarının olması, o cümlədən, fərqli fikir daşıyıcısı şəklində qəzetlərin işıq üzü görməsi ölkəmizdə demokratiyanın göstəricisidir. Amma bu gün bundan istifadə edərək erməni dəyirmanına su tökənlər mənfur düşmənlərimizlə eyni yolun yolçusuna çevriliblər. Azərbaycanın iqtisadi-siyasi uğurlarına qara yaxan, ölkəmiz haqqında bir kəlmə xoş sözü belə dilə gətirməyən həmin dairələr hər addımda məhz bizə düşmən olan qüvvələrin “qazanını” qarışdırır. Erməni KİV-nin hər addımda onlara istinad etməsi ilə “fəxr” edən bu qüvvələr, məhz ermənilərlə eyni amala xidmət edənlərdir. Təbii ki, ermənilər onlara istinad etməlidirlər, çünki hər iki tərəf göstərişi bir mənbədən alır və eyni məqsədə xidmət göstərir: Azərbaycanın imicinə beynəlxalq aləmdə qara yaxmaq məqsədinə...
Bu yolda ən əsas “canfəşanlıq” göstərən isə birmənalı şəkildə “Azadlıq” qəzetidir. çünki ermənilərlə eyni zindana çəkic vurmaq, onlarla eyni yolda “tər tökmək” sanki AXCP sədri Əli Kərimlinin nəzarətində olan bu qəzetin missiyasına çevrilib.
Yeri gəlmişkən, “Azadlıq” qəzeti bəlkə də hər nömrəsində qəzetimizdə gedən yazılara münasibət bildirir. Amma nədənsə onların ermənilərlə olan xəyanətkar işbirliyi haqqında dərc edilən və fakta söykənən yazılara cavab yazmırlar. Görəsən, bunun səbəbi nədir?
Əslində, bu suala cavab vermək üçün heç də çox düşünmək lazım deyil. Daha doğrusu, səbəb bəllidir, “Azadlıq”ın sadəcə bu haqlı ittihamlara qarşı deməyə sözü olmur. Axı, hər şey göz önündədir. Ə.Kərimlinin diktəsi ilə işləyən və “Azadlıq” sözünü hörmətdən salan bu qəzet guya siyasi mübarizə apardığını önə çəkmək istəsə də bunu bacarmır. çünki onların saxtakarlığı yazdıqları birinci cümlədən aşkara çıxır. Buna görə də, hər addımda dövlətin və xalqın marağını ayaqlar altına atan, ermənilər üçün “mənbəyə” çevrilən “Azadlıq” qəzeti bir daha vurğulamaq istəyirik ki, ermənipərəstliyinin ifşası qarşısında susur. çünki onların kimlikləri artıq cəmiyyətə bəllidir və onların özünüifşası indidən başlanmır. Başda Əli Kərimli olmaqla “Azadlıq” qəzeti ermənipərəst dairələrə qarşı “simpatiyalarını” Ruslan Bəşirli olaylarında ortaya qoymuşdular...
Ermənilər “Azadlıq” qəzetini oxumaqdan həzz alırlar
Bunun da səbəbi bəllidir. Ermənilər bu qəzetin səhifələrində yer alan yalanları və iftiraları beynəlxalq aləmdə ölkəmizə qarşı apardıqları mənfur təbliğatın bir parçasına çevirirlər. Belə olan halda ermənilər niyə “Azadlıq”ı qoyub hansısa qəzeti oxumalıdırlar. çünki onlara lazım olan məhz “Azadlıq” qəzetində yazılıb. Rahim Hacıyevin ermənilərin “Yeni Azərbaycan” qəzetinə olan münasibətilə bağlı fikirlərinə gəldikdə isə deyə bilərik ki, əlbəttə, ermənilər “Yeni Azərbaycan” qəzetini oxuduqca Azərbaycanda gedən inkişafla tanış ola bilərlər, ölkəmizin ildən-ilə varlandığının şahidi ola bilərlər ki, bunu da istəmirlər. Bu üzdən də onların “Yeni Azərbaycan”ı deyil, “Azadlıq”ı sevə-sevə oxumaları, həzz almaları qədər də təbii bir şey yoxdur. çünki onlar “Azadlıq”ın hər səhifəsində özlərinə lazım olanları tapırlar. Bu onu göstərir ki, hərə öz düşüncəsinə uyğun qəzeti oxuyur və ermənilərin düşüncəsi, həmçinin, Azərbaycan dövlətinə, xalqına qarşı olan münasibəti ilə “Azadlıq” qəzetinin analoji münasibəti üst-üstə düşür. Bu üst-üstə düşmələr isə ermənilərin əlindən “Azadlıq” qəzetini düşməyə imkan vermir...
Azərbaycana düşmən olan iki qüvvənin bir “mənbəsi”...
Yuxarıda vurğuladığımız kimi, ermənilər artıq birtərəfli şəkildə ölkəmizə şər ata bilmirlər, çünki onların bizə düşmən olduqlarını bütün dünya bilir. Bir sözlə, onlar artıq təkləndiklərini görürlər və anlayırlar. Azərbaycan dövləti bütün dünyada erməni yalanlarını ifşa edir, onların təbliğatını alt-üst edir. Bu gün dünya artıq Xocalı soyqırımını tanıyır, Azərbaycanın haqq səsi BMT TŞ-dən eşidilir, böyük dövlətlər ölkəmizlə hesablaşır, Azərbaycan öz milli maraqlarını qəti şəkildə qoruyur, regionda ən böyükmiqyaslı layihələr ölkəmizin söz sahibliyi ilə həyata keçirilir. Ermənilər bu uğurları görürlər və bu uğurların da onların məğlubiyyətini şərtləndirdiyini başa düşürlər. Bununla yanaşı, çıxış yolu tapa bilmirlər. çünki Azərbaycan dünya üçün daha böyük maraq kəsb edir, tərəfdaş sayılır. Dalana dirənən ermənilərin xilaskarı rolunda isə bu dəfə “Azadlıq” qəzeti çıxış etməyə başlayır. Onlar üçün “Azadlıq” qəzetində yer alan və Azərbaycan dövlətinin və xalqının mənafeyinin əksinə olan yazılar “göydəndüşmə” olur və bir növ “nəfəslik” açır. Bu isə onu deməyə əsas verir ki, “Azadlıq” qəzetində Azərbaycanın maraqlarına qarşı yazıları yazan antimilli qüvvələr ya birmənalı şəkildə ermənipərəst qüvvələrdir, ya da ermənipərəst qüvvələrlə “Azadlıq” qəzeti eyni “mənbədən” qidalanır. Əks təqdirdə, bu qədər təsadüflər ola bilməz.
çünki Azərbaycanın hər dəfə açıq üstünlük əldə etdiyi, mühüm bir uğura imza atdığı məqamda ermənilərin “Azadlıq”la işbirliyinə getməsi artıq birinci dəfə deyil. Bu baxımdan dünyada Xocalı soyqırımı ilə bağlı aparılan geniş təbliğat tədbirləri dövründə ermənilərin “Azadlıq” qəzetinin yalanlarına istinad edərək ölkəmizə qarşı hücuma keçməsi də nələrdənsə xəbər verir. Təbii ki, hər zaman olduğu kimi bu dəfə də zaman özü bütün həqiqətlərin üstünə işıq salır və xəyanətlər üstündən qırx gün keçməmiş belə ortaya çıxır...
Siyasət şöbəsi
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58
YAP xəbərləri
13 Noyabr 20:31
İqtisadiyyat
13 Noyabr 20:12
Dünya
13 Noyabr 19:51
Dünya
13 Noyabr 19:32
İqtisadiyyat
13 Noyabr 19:16
YAP xəbərləri
13 Noyabr 18:30
YAP xəbərləri
13 Noyabr 17:34
Dünya
13 Noyabr 17:20
YAP xəbərləri
13 Noyabr 17:14
YAP xəbərləri
13 Noyabr 16:44
YAP xəbərləri
13 Noyabr 16:16
Gündəm
13 Noyabr 16:11
Sosial
13 Noyabr 15:35
Elanlar
13 Noyabr 15:28
YAP xəbərləri
13 Noyabr 15:27
YAP xəbərləri
13 Noyabr 14:15
Siyasət
13 Noyabr 14:09

