Parisdən Vaşinqtona qarşı açıq demarş...
28.11.2023 [10:50]
Fransanın Mərkəzi Asiyada hərbi mövcudluğa nail olmaq planı iflasa məhkumdur
Yeni geosiyasi reallıqlar fonunda qlobal miqyasda postsovet məkanına maraq heç vaxt olmadığı qədər artıb. Biz hətta özlərini güc mərkəzləri sanan ayrı-ayrı dövlətlərin Cənubi Qafqazda, Mərkəzi Asiyada öz təsir dairələrini artırmaq uğrunda açıq-aşkar rəqabət apardıqlarını da müşahidə edirik. Bu sırada Fransanın canfəşanlığı da xüsusi nəzərə çarpır. Son vaxtlarda Afrikada mövqeləri əhəmiyyətli dərəcədə zəifləyən Fransa yeni ünvanlarda tərəfdaşlar tapmağa çalışaraq rəqabətdə önə keçmək istəyir. Bunun baş tutacağı isə mümkünsüz görünür.
Fransadan Mərkəzi Asiya dövlətlərinə hərbi əməkdaşlıq təklifi
Fransanın postsovet məkanında Ermənistandan sonra mövqelərini gücləndirmək cəhdlərində bulunduğu məkanlardan biri də Mərkəzi Asiyadır. Xüsusilə də Özbəkistanın və Qazaxıstanın zəngin resursları Fransa üçün çox cəlbedici görünür. Bir qədər bundan əvvəl pre?ident Emanuel Makron Özbəkistanda və Qazaxıstanda səfərdə oldu. Bu səfərlər müxtəlif baxış bucaqlarından dəyərləndirilir. Təbii ki, burada iqtisadi maraqlar mühüm rol oynayır. Xüsusilə də Fransa özünün atom enerjisi sənayesi üçün Afrikada itirdiyi xammal bazasını Mərkəzi Asiyada tapmaq istəyir. Fransa-Özbəkistan Sənaye və Ticarət Palatasının yaradılmasından məmnunluğunu ifadə edən Makron ölkəsinin “Orano” şirkətinin Özbəkistanda uranın istismarı üçün pilot layihəyə başladığını deyib. Qeyd edək ki, “Orano” şirkətinin səhmlərinin 90 faizindən çoxu Fransa dövlətinə məxsusdur. Aparılan danışıqlarda Özbəkistanın açıq və modernləşən iqtisadiyyatın arxasınca getdiyini bildirən Makron buna töhfə vermək istədiklərini bildirib.
E.Makronun Mərkəzi Asiya turnesi çərçivəsində həmçinin Qazaxıstan və Fransa strateji əhəmiyyət kəsb edən mineral ehtiyatlarla bağlı əməkdaşlıq haqqında bəyannamə imzalayıblar. Danışıqlar zamanı tərəflər ticarət, iqtisadiyyat və investisiya sahələrində qarşılıqlı fəaliyyətin əhatə dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetiriblər. Eyni zamanda “Boehringer Ingelheim, “Total Energies” və “Alstom” şirkətləri arasında razılaşmalar əldə olunub.
Fransanın Mərkəzi Asiyada maraqları yalnız xammal mənbələrinə çıxış qazanmaq və iqtisadi maraqlarını təmin etmək deyil. Belə görünür ki, iqtisadi maraqların arxasında siyasi və hərbi məqsədlər də gizlənir. Fransa Qazaxıstan və Özbəkistana həm də öz “Rafale” qırıcılarını və radar sistemlərini təklif edir. Bu barədə “La Tribune” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin yazdığına görə, Fransanın “Dassault Aviation” şirkəti bu istiqamətdə “bir neçə aydır” işləyir, Qazaxıstan və Özbəkistan isə “Rafale” qırıcıları ilə maraqlanmağa başlayıblar.
“La Tribune” Özbəkistanın 24-ə qədər döyüş təyyarəsi ala biləcəyini qeyd edib. Eyni zamanda, ola bilsin ki, Daşkənd başqa ölkələrdə istehsal olunan təyyarələrə də baxsın.
Qazaxıstan da döyüş təyyarələri parkını yeniləmək niyyətindədir, lakin bu ölkəyə “Rafale” qırıcılarının tədarükü perspektivləri “daha uzaq görünür”.
E.Makronun anti-ABŞ planı
Əvvəla onu qeyd edək ki, Fransanın Mərkəzi Asiya dövlətlərinə təklif etdiyi qırıcılar son nəslə aid hərbi texnika deyil. Qabaqcıl ölkələrdə “Rafale” tipli qırıcılar artıq keçmişdir. Xatırlatmaq yerinə düşər ki, Fransanın bu tip qırıcıları indiyədək Hindistana tədarük etməsinə dair xəbərlər var. Verilən məlumatlarda bildirilir ki, Hindistan bir neçə il bundan əvvəl Fransadan yeddi milyard avro dəyərində 36 “Rafale” qırıcısı alıb. İndi isə Fransa illərdir ki, texniki parametrlərini yeniləmədiyi “Rafale” qırıcılarını Mərkəzi Asiyaya satmaq istəyir.
Analitiklər E.Makronun Mərkəzi Asiyaya dövlətləri ilə iqtisadi və hərbi əməkdaşlığı genişləndirmək istəyini həm də onun Rusiyaya və Amerika Birləşmiş Ştatlarına (ABŞ) qarşı demarşı kimi dəyərləndirirlər. Fransanın Rusiyaya qarşı planları barədə müzakirələr çox aparılıb. Şimal qonşumuzun Şərqi Avropadan, Mərkəzi Asiyadan və Ermənistandan çıxarılması və yaxud ən azından mövqelərinin zəiflədilməsi kollektiv Qərbin ümumi planıdır. Fransanın da yer aldığı bu plan Rusiya ilə Ukrayna arasında sonu görünməyən müharibəyədək uzanıb. Son vaxtlarda Ermənistanda da oxşar proseslər müşahidə edilir. N.Paşinyan iqtidarı Ermənistanın Rusiyadan qoparılması planının fəal icraçısına çevrilib. Bu ölkədən Rusiya əleyhinə Qərbin istəklərinə uyğun sərt mesajlar verilir və davranışlar sərgilənir. Artıq Ermənistanda Qərbin hərbi mövcudluğunun da təməli qoyulub. O cümlədən də Fransa hərbi texnikasının ilk partiyasını Ermənistana tədarük edib.
E.Makronun Mərkəzi Asiya turnesi çərçivəsində Özbəkistana və Qazaxıstana hərbi texnika tədarükünü təklif etməsindən hasil olan ikinci nəticə odur ki, Fransa kollektiv Qərbin ümumi komandasında yer alsa da, öz maraqlarını önə çəkir və koalisiyanın lideri sayılan ABŞ-a qarşı açıq-aşkar demarş edir. Belə düşünmək üçün hər cür əsas var. Deyə bilərik ki, E.Makron Amerika Birləşmiş Ştatlarının Mərkəzi Asiya siyasətinə hansısa bir formada pəl vurmaq və burada üstün mövqeyə çıxmaq istəyir. Bəllidir ki, ABŞ Mərkəzi Asiya siyasətini intensivləşdirib. Təkcə cari ilin əvvəlindən bəri bu ölkənin yüksəksəviyyəli rəsmiləri bir neçə dəfə Özbəkistana və Qazaxıstana səfərlərə gələrək müxtəlif məsələlər ətrafında müzakirələr aparıblar. Sentyabrın 19-da Nyu-Yorkda ABŞ, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın dövlət başçılarının 2015-ci ildə yaradılan, qarşılıqlı fəaliyyət üçün çoxtərəfli əməkdaşlıq mexanizmi sayılan C5+1 formatında ilk sammit? keçirilib. ABŞ pezidenti Cozef Baydenin tarixi görüş adlandırdığı sammit ABŞ-ın Mərkəzi Asiyaya qayıdışının rəsmiləşməsi kimi dəyərləndirilir. Vaşinqton Mərkəzi Asiyaya qayıdışının məqsədini Rusiya, Çin və İranın regiona təsirinə qarşı dayanmaqda, bölgənin faydalı qazıntılarının hasilatında, sərhədlərin təhlükəsizliyinin təmin edilməsində və vətəndaş cəmiyyətinin inkişafında iştirak etməkdə gördüyünü bəyan edib. Sammitdə çıxışı zamanı ABŞ prezidenti Cozef Bayden Mərkəzi Asiya ölkələrinin suverenlik, müstəqillik və ərazi bütövlüyünün qorunmasına yönəlik öhdəliklərinə sadiq olduqlarını bəyan edib. Bundan başqa, terrorizmlə mübarizə, sərhədlərin təhlükəsizliyinin təmin edilməsi, özəl sektorun inkişafı və sərmayələr üçün əlverişli biznes mühitinin yaradılması kimi sahələrdə əməkdaşlığın davam etdirilməsi qarşılıqlı münasibətlərin əsas istiqamətləri kimi qabardılıb.
Bu kimi faktlar ABŞ-ın Mərkəzi Asiya ilə bağlı planlarının nə qədər ciddi olmasından xəbər verir. Belə görünür ki, Mərkəzi Asiyada hərbi mövcudluğuna nail olmaq istəyən Fransa ABŞ-la açıq rəqabətə keçib. Ancaq bəri başdan aydındır ki, bu rəqabət E.Makron iqtidarına yaxşı heç nə vəd etmir.
Mübariz FEYİZLİ
Xəbər lenti
Hamısına baxDünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26

