Sərhədləri aşan “reportyorlar”
01.12.2023 [10:45]
N.BAYRAMLI
Azərbaycan hüquqi və demokratik dövlətdir. Ölkəmizdə hər kəs qanun qarşısında bərabərdir. Lakin müəyyən dairələr demokratik mühitdən, söz azadlığındna istifadə edərək ölkə qanunlarını pozmağa çalışırlar. Təəssüf ki, söz və mətbuat azadlığından istifadə etməyə çalışaraq qanunsuz əməllər törədənlər hələ də var. “Abzas Media” saytının rəhbər şəxslərinin əməlləri buna nümunədir. Belə ki, “Abzas Media” saytının direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Abbasova barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb və onlar haqqında həbs qətimkan tədbiri seçilib.
Lakin müəyyən xarici dairələr əsasız bəyanatlar verərək məsələni siyasiləşdirməyə çalışır. Bunlardan biri “Sərhədsiz reportyorlar” təşkilatıdır. “Sərhədsiz reportyorlar” təşkilatı məsələni “müstəqil mediaya qarşı təzyiq” kimi qiymətləndirib. Təşkilatın bəyanatında iddia olunur ki, guya, “Abzas Media” müstəqil və peşəkar olduğu, ölkədəki korrupsiya hallarını araşdırdığı üçün susdurulub”. Bu təşkilatın hər zaman Azərbaycana qarşı qərəzli mövqedə olduğu məlum məsələdir. Mərkəzi ofisinin Fransanın paytaxtı Parisdə yerləşən və erməni lobbisinin aləti olan təşkilatdan bundan artıq gözləmək sadəlövhlük olardı. Diqqətçəkən məqamlardan biri təşkilatın hadisəyə çox “operativ” reaksiya verməsidir. Bu fakt göstərir ki, tərəflər eyni mərkəzdən idarə edilir.
Amma nədənsə “Sərhədsiz reportyorlar” Ermənistanda mediaya təzyiq hadisələri ilə bağlı susur. Məsələn, 2020-ci il noyabrın 11-də İrəvanda “Azadlıq Radiosu”nun redaksiyasına basqın olub. Üzərindən 3 il 12 gün keçib, amma hələ də qeyd edilən xəbər “Sərhədsiz reportyorlar”ın saytında yerləşdirilməyib. Yaxud, TF-1 kanalının əməkdaşı 2020-ci ilin oktyabrında Parisdə erməni icması tərəfindən ölümlə hədələnib. Üzərindən 3 il 2 ay vaxt keçsə də, həmin hadisə barədə xəbər hələ də “Sərhədsiz reportyorlar”ın lentinə yerləşdirilməyib. Bütün bunlar təşkilatın mahiyyətindən və “vəzifələrindən” xəbər verir.
Ümumiyyətlə, istintaq qurumları əldə etdikləri faktları artıq ictimailəşdirməyə başlayıb. İlkin məlumat budur ki, “Abzas Media”nın rəhbərləri ABŞ Beynəlxalq Inkisaf Agentliyi (USAID), Milli Demokratiya Fondu (NED), “Avropa Demokratiyaya Yardım Fondu (EED), “FreedomNow”, Qlobal Araşdırmacı Jurnalistika şəbəkəsi, Amerika Beynəlxalq Təhsil şurası, “People in Need” (P?N), NorveçHelsinki Komitəsi və digər təşkilatlardan qrant alıblar. Bu vəsaitlərin ümumi məbləği 500 min avroya yaxındır. Problem ondadır ki, bu vəsaitlərin heç biri qeydiyyatdan keçirilməyib. İstintaq orqanlarının açıqlamalarından belə görünür ki, bütün bu vəsaitlər qeyri-leqal formada realizə olunub. Vəsaitin hara xərcləndiyi də bəlli deyil. “Qrant haqqında qanun”a əsasən, istənilən qurum aldığı qrant layihəsini Ədliyyə Nazirliyində qeydiyyatdan keçirməli, onun icrasında şəffaflığı təmin etməlidir. “Abzas Media” adına sadalanan qrant vəsaitlərinin isə qeydiyyatı yoxdur.
Yeri gəlmişkən, noyabrın 28-də Amerika Birləşmiş Ştatlarının və Almaniyanın müvəqqəti işlər vəkilləri, habelə Fransanın fövqəladə və səlahiyyətli səfiri ayrı-ayrılıqda Xarici İşlər Nazirliyinə çağırılıblar. Görüşlərdə, bu ölkələrdə qeydiyyatda olan təşkilatların iştirakı ilə “AbzasMedia” xəbər portalının qeyri-qanuni maliyyə əməliyyatları həyata keçirdiyi, eləcə də sözügedən ölkələrin səfirliklərinin də bu fəaliyyətə cəlb olunduğu diqqətə çatdırılıb və bu fəaliyyətə ciddi etiraz bildirilib. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin, “FreedomNow”, “New Democracy Fund” və digər təşkilatların qrant verilməsi qaydalarını pozaraq maliyyə resurslarının Azərbaycan ərazisinə qanunsuz yolla transferini həyata keçirdikləri, “AbzasMedia”nın fəaliyyətinə qanundan kənar töhfələr verdikləri qeyd olunub.
Qrant fəaliyyəti və qrant müqavilələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyə əsasən qrant müqavilələrinin müvafiq prosedura uyğun olaraq dövlət qeydiyyatına alınmasının tələb olunduğu, qeydiyyatı həyata keçirilməyən layihələrə maliyyə ayrılmasının ölkə qanunvericiliyinin ciddi pozuntusu olduğu vurğulanıb. Bununla yanaşı, beynəlxalq təcrübəyə uyğun olaraq, “Media haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən yerli media subyektinin xarici ölkələrin fiziki və ya hüquqi şəxsləri, habelə xarici ölkələrin dövlət qurumları tərəfindən maliyyələşdirilməsinə yol verilmədiyi xatırlanıb.
Sözügedən ölkələrin səfirliklərinin və onlara məxsus təşkilatların ölkəmizin ərazisində qeyd edilən qanunvericiliyə zidd hərəkətləri Diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının da pozuntusu olduğu qeyd edilib. Azərbaycan tərəfi ölkəmizin qanunvericiliyinə zidd olan və ölkənin daxili işlərinə qarışmaq məqsədi daşıyan bu fəaliyyəti şiddətlə qınayıb və sözügedən faktlarla əlaqədar milli qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görmək hüququnu özündə saxladığı diqqətə çatdırılıb.
Bütün bunlar “Abzas Media” saytının əməkdaşlarının həbsində heç bir siyasi movitin olmadığı göstərir. Əksinə, onların qanunsuz əməlləri ilə bağlı faktlar kifayət qədər əsaslıdır. İş burasındadır ki, sayta qanunsuz maliyyə dəstəyi verməkdə adı hallanan təşkilatlar da bu faktı təkzib etmir. Ona görə də, “Sərhədsiz reportyorlar” təşkilatı sərhədləri aşan mövqe sərgiləməməli, ölkələrin daxili işlərinə qarışmamalı və qanunsuz əməllərdən çəkinməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
23 İyun 23:22
Dünya
23 İyun 23:10
İdman
23 İyun 22:42
Dünya
23 İyun 22:17
Dünya
23 İyun 21:50
Dünya
23 İyun 21:24
Müsahibə
23 İyun 20:43
Dünya
23 İyun 20:19
Dünya
23 İyun 19:55
Dünya
23 İyun 19:21
Dünya
23 İyun 19:03
Gündəm
23 İyun 17:48
YAP xəbərləri
23 İyun 17:38
Elanlar
23 İyun 17:26
Sosial
23 İyun 16:50
YAP xəbərləri
23 İyun 16:49
YAP xəbərləri
23 İyun 16:46
YAP xəbərləri
23 İyun 16:05
Sosial
23 İyun 16:01
Sosial
23 İyun 15:27
Gündəm
23 İyun 15:21
Gündəm
23 İyun 15:20
Gündəm
23 İyun 15:18
Gündəm
23 İyun 15:07
YAP xəbərləri
23 İyun 15:00
Dünya
23 İyun 14:37
Siyasət
23 İyun 14:23
Gündəm
23 İyun 14:20
İqtisadiyyat
23 İyun 13:53
Gündəm
23 İyun 13:51
Gündəm
23 İyun 13:28
Müsahibə
23 İyun 13:25
Gündəm
23 İyun 12:56
Sosial
23 İyun 12:50
İqtisadiyyat
23 İyun 12:50
Hadisə
23 İyun 12:49
Siyasət
23 İyun 11:52
Gündəm
23 İyun 11:37
Gündəm
23 İyun 11:25
Gündəm
23 İyun 11:25
Siyasət
23 İyun 11:14
Siyasət
23 İyun 10:58
Gündəm
23 İyun 10:54
Gündəm
23 İyun 10:39
Siyasət
23 İyun 10:36
Analitik
23 İyun 10:15
İqtisadiyyat
23 İyun 09:50
Ədəbiyyat
23 İyun 09:32
Analitik
23 İyun 09:14
Sosial
23 İyun 08:51
Sosial
23 İyun 08:37
Dünya
22 İyun 23:20
Dünya
22 İyun 22:47
İdman
22 İyun 22:24
Dünya
22 İyun 21:52
Elm
22 İyun 21:36
Dünya
22 İyun 21:19
Dünya
22 İyun 20:43
Elm
22 İyun 20:32
İqtisadiyyat
22 İyun 20:17
Dünya
22 İyun 19:50
Gündəm
22 İyun 19:38
Dünya
22 İyun 19:22
Dünya
22 İyun 19:10
Dünya
22 İyun 18:30
Elm
22 İyun 18:11
YAP xəbərləri
22 İyun 17:08
İdman
22 İyun 16:50
Gündəm
22 İyun 16:31
YAP xəbərləri
22 İyun 16:07

