Müştərək fransız-alman təxribatı
05.12.2023 [10:50]
Məqsəd erməni revanşizmini gücləndirmək olsa da...
NARDAR
Azərbaycan Cənubi Qafqaz regionunda tezliklə sülhün və sabitliyin təmin olunmasında maraqlıdır. Bu səbəbdən də, dövlətimiz Ermənistanla yaxın zamanlarda sülh sazişinin imzalanmasına tərəfdardır. Məlumdur ki, ölkəmiz sülh sazişi imzalamaq üçün qarşı tərəfə beş bənddən ibarət təkliflərini təqdim edib. Bu baza prinsiplərində ilk olaraq dövlətlərin bir-birinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əks olunub. İkincisi, dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsidir. Üçüncüsü, dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dördüncüsü, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulmasıdır. Beşinci bənd isə nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulmasından ibarətdir. İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər.
Lakin Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi Ermənistana havadarlıq edən beynəlxalq dairələri ciddi narahat edir. Həmin dairələr beynəlxalq müstəvidə ölkəmizin imicinə zərbə vurmaq üçün böhtan kampaniyasını davam etdirirlər. Bu hallar sentyabrda Qarabağda keçirilən lokal antiterror tədbirlərindən sonra xüsusilə artıb. Daha çox Qərb ölkələri prosesdə Ermənistana “vəkillik” etməyə çalışırlar. Məqsəd isə bölgədə yenidən gərginliyin yaradılmasıdır. Bu prosesdə rəsmi şəxslər və parlamentarilərlə yanaşı, erməni lobbisinə xidmət edən kütləvi informasiya vasitələri də var.
Belə ki, bugünlərdə fransız-alman “Arte” kanalının hazırladığı reportajda Qarabağdan olan ermənilərin Ermənistanın güclənib “Qarabağı geri alacağı” və “bütün türkləri öldürəcəkləri” barədə məqamlar yer alıb. Məsələ ilə bağlı bəyanat verən Qərbi Azərbaycan İcması hesab edir ki, bu, bir daha ermənilərin məhz Azərbaycana qarşı etnik nifrətə, Azərbaycan bayrağı altında yaşamaq istəmədiklərinə görə Qarabağdan getdiklərini sübut edir. Qeyd olunub ki, bu yaxınlarda Ermənistan cəmiyyətində azərbaycanlıların qayıdışının qəbuledilməz olması barədə verilən bəyanatlar, son illərdə Ermənistan müxalifətinin “Türksüz Ermənistan” şüarı altında minlərlə insanın iştirakı ilə paytaxt İrəvanda keçirdiyi aksiyalar erməni cəmiyyətinin Azərbaycanofobiya mərəzindən nəinki qurtula bilmədiyini, əksinə bu tendensiyanın daha da gücləndiyini göstərir. Özlərini hamıya beynəlxalq ictimaiyyət kimi sırımağa çalışan bəzi dövlətlər və təşkilatlar tərəfindən belə irqçi əməllərə reaksiya verilməməsi suallar doğurur. Fransa, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, “Freedom House”, “Amnesty International” niyə bu halları pisləmir? “Əgər Ermənistan hakimiyyəti həqiqətən də Azərbaycanla davamlı sülhə nail olmaq istəyirsə, onda Ermənistan cəmiyyətində tüğyan edən təhlükəli Azərbaycanofobiyaya qarşı ciddi mübarizə aparmalıdır”, - deyə bəyanatda vurğulanıb.
Məlumdur ki, Cənubi Qafqazda vəziyyəti gərginləşdirməyə çalışan əsas ölkələrdən biri Fransadır. Fransa bu prosesə bütövlükdə Avropa İttifaqını cəlb etməyə çalışır. Bu yaxınlarda İrəvanda Avropa İttifaqının monitorinq missiyasının hüquqi statusuna dair sazişin imzalanması da buna xidmət edir. Aİ missiyasının Ermənistanda gücləndirilməsi Fransanın və Avropadakı digər ermənipərəst qüvvələrin növbəti siyasi oyunudur. Görünən odur ki, dünyada baş verən proseslər fonunda Ermənistan “manevrlər” etməyə çalışır. Paşinyan hakimiyyəti Aİ-yə sığınmaqla Fransanın regionda tam yerləşdirilməsinə cəhd edir. Çünki missiyanın statusuna dair sazişin imzalanması göstərir ki, əslində bu, mülki deyil, hərbi yönümlü missiyadır. Fransanın Ermənistanı silahlandırması da bunu təsdiqləyir. Aİ-nin missiyasının Ermənistana göndərilməsində Fransanın birbaşa rol oynaması buna dəlalət edir. Missiyanın bu ölkəyə göndərilməsinin ardından, Parisin silahlandırma siyasəti gerçək məqsədləri ortaya qoymuş oldu.
Almaniya da bu prosesə “töhfələrini” verir. Bir müddət öncə Almaniya xarici işlər nazirinin Ermənistana səfəri zamanı Arazdəyən kəndinə gedib sərhəd ərazilərimizi müşahidə etməsi, Qarabağ erməniləri ilə görüşərək ölkəmizin əleyhinə bəyanatlar səsləndirməsi də bunu təsdiqləyir.
Burada məqsəd Ermənistana hərbi dəstəyi davam etdirmək və İrəvanı yeni təxribatlara sövq etməkdir. Bütün bunların fonunda müştərək fransız-alman Arte kanalının hazırladığı reportajda Qarabağdan olan ermənilərin Ermənistanın güclənib “Qarabağı geri alacağı”, yəni revanşizmi qızışdırmaq cəhdləri təəccüblü görünməməlidir. Amma unutmamalıdırlar ki, Azərbaycanın “Dəmir yumruğu” hər zaman erməni revanşistərinin başının üzərində olacaq.
Xəbər lenti
Hamısına baxİdman
09 Sentyabr 21:16
İqtisadiyyat
09 Sentyabr 20:59
Elm
09 Sentyabr 20:25
İqtisadiyyat
09 Sentyabr 19:42
Elm
09 Sentyabr 19:17
Maraqlı
09 Sentyabr 18:16
Dünya
09 Sentyabr 17:23
YAP xəbərləri
09 Sentyabr 16:53
Dünya
09 Sentyabr 16:38
YAP xəbərləri
09 Sentyabr 16:11
YAP xəbərləri
09 Sentyabr 16:08
YAP xəbərləri
09 Sentyabr 16:03
YAP xəbərləri
09 Sentyabr 16:01
YAP xəbərləri
09 Sentyabr 15:47
YAP xəbərləri
09 Sentyabr 15:43
İdman
09 Sentyabr 15:19
Dünya
09 Sentyabr 14:26
Dünya
09 Sentyabr 13:31
İqtisadiyyat
09 Sentyabr 13:19
Xəbər lenti
09 Sentyabr 13:10
Dünya
09 Sentyabr 13:09
Dünya
09 Sentyabr 12:50
Elanlar
09 Sentyabr 12:49
Sosial
09 Sentyabr 12:42
Dünya
09 Sentyabr 12:23
Siyasət
09 Sentyabr 12:13
Gündəm
09 Sentyabr 12:12
Mədəniyyət
09 Sentyabr 11:49
Elm
09 Sentyabr 11:45
İqtisadiyyat
09 Sentyabr 11:43
Hadisə
09 Sentyabr 11:42
İqtisadiyyat
09 Sentyabr 11:41
Dünya
09 Sentyabr 11:34
Elm
09 Sentyabr 11:32
Dünya
09 Sentyabr 11:19
Gündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01

