Müxalifət dilənir...
04.04.2012 [00:43]
Xalqdan heç bir dəstəyi olmayan, yalnız maraqlı xarici qüvvələrin əlaltısı qismində “siyasi fəaliyyətini və istiqamətini” müəyyənləşdirən Azərbaycanın radikal müxalifəti yenə də öz ampluasındadır. Belə ki, bu ilin mayında Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsi öncəsi yenidən etiraz “aksiyası” keçirmək arzusunu dilə gətirən radikal düşərgə artıq indidən öz “təlaşını” büruzə verməyə başlayıb. Əslində, deməyə sözü, heç bir konsepsiyası, təklifi olmayan radikal düşərgə, sadəcə hansısa fərqli maraqlar müstəvisində bu “aksiyanı” keçirmək istəyini özü dilə gətirir. Düşərgə təmsilçiləri dəqiq bilirlər ki, xalq onlara heç zaman dəstək verməyib və verməyəcək, bu üzdən də belə bir fikir səsləndirirlər ki, kimin nə şüarı varsa, bunu gəlib həmin “aksiyalarda” ifadə edə bilər. Bunun adı isə siyasi dilənçilikdən başqa bir şey deyil. Deyəsən, hər zaman fərqli-fərqli ünvanlarda, xarici qüvvələrin qapılarında əl açıb gözləyən müxalifət indi də əlacının hər yerdən kəsildiyini görüb xalqın qarşısında əl açır.
Bəs bu nədən irəli gəlir? Təbii ki, istənilən siyasi qüvvə hər hansı bir etiraz aksiyası keçirən zaman onun konsepsiyasını, hansı məqsədə kökləndiyini müəyyənləşdirməli, həmin məqsəd istiqamətində öz elektoratını formalaşdırmalıdır. Amma elektoratı, konsepsiyası olmayan radikal düşərgə xalqa hansı üzlə desin ki, beynəlxalq miqyasda Azərbaycanın daha bir uğuru olan bir tədbirə fərqli don geyindirmək üçün bu oyunlardan çıxır. Bu üzdən də radikal düşərgə sadəcə, vəziyyətdən çıxış yolu, həmçinin, əldə etdiyi maliyyənin hesabatı xatirinə belə bir yola baş vurduğunu açıqlayır.
Hazırda radikal düşərgə təmsilçilərinin arasında ən populyar mövzu həmin “aksiyanın” hansı məkanda keçirilməsi ilə bağlıdır. Belə ki, hələ onlara cavab verilməməsinə baxmayaraq, düşərgə artıq bu mövzu ətrafında kifayət qədər spekulyativ polemika açıb. Yuxarıda da vurğuladığımız kimi, bunun da səbəbləri bəllidir.
Daha doğrusu, müxalifətin artıq ənənə halını alan bu tip aksiyaları şəhərin insanların gur olan yerlərində keçirmə arzusunun səbəbləri heç kəsə sirr deyil. çünki onlara təklif olunan yerlərdə aksiya keçirmək üçün sadəcə potensialı olmayan düşərgə bu yolla öz zəifliyini ört-basdır etməyə çalışır. Məhz yuxarıda qeyd etdiyimiz açıqlamaların da verilməsinin səbəbi bundan irəli gəlir. çünki artıq uzun müddətdir ki, şəhərin mərkəzində icazəsiz aksiyalar keçirməyə cəhd göstərən radikal düşərgə, hətta bu yolla da uğur qazana və öz aksiyasının kütləviliyini təmin edə bilmir. Daha dəqiq desək, xalqın onlara etinasız münasibəti düşərgənin işini əngələ salır. Hətta öz “aksiyalarını” istirahət günlərinə salan, icazəsiz aksiyalarını istirahət məkanlarında həyata keçirməyə çalışan radikal müxalifətə xalq tərəfindən heç bir ciddi reaksiya verilmir. çünki xalq onların hansı məqsədlə bu şouya əl atdıqlarını, hansı məqsədlər naminə özlərini yerə sürtdüklərini bilirlər.
Qeyd etdiyimiz kimi, radikal müxalifət, əslində bu cür ucuz şoularla cəmiyyətin diqqətini özünə cəlb etməyə çalışsa da bu mümkün olmur. Azərbaycan xalqının keçirilən seçkilərdə radikal müxalifəti birmənalı şəkildə rədd etməsi düşərgə təmsilçilərinin bu cəhdlərinin yalnız lokal şəkildə bir neçə qrupu küçəyə çıxarmaqla nəticələnir. Bu isə onların əsl güclərini və dəstəklərini nümayiş etdirir.
Bir daha vurğulamaq lazımdır ki, radikal düşərgənin Bakıda keçiriləcək “Eurovision-2012” mahnı müsabiqəsinə qarşı tutduğu bu düşmən mövqe xalq tərəfindən birmənalı olaraq dəstəklənmir. Müxalifətin bu mənasız aksiyalarının arxasında isə yalnız bir məqsəd dayanır. Onlar yarışma öncəsi ölkəmizin siyasi imicinə xələl yetirmək üçün növbəti cəhdlərini həyata keçirirlər. Və bu işdə yenidən uğursuzluğa düçar olacaqlarını bilirlər. Onlara (əslində onlara bu əmri verən maraqlı xarici qüvvələrə) lazım olan isə düşərgənin bu mənasız, ucuz şousundan Azərbaycana qarşı öz təxribatçı təzyiqlərində istifadə etməkdir. Demokratik ənənələrə sadiq, söz və insan azadlıqlarının bərqərar olduğu ölkəmiz haqqında mənfi rəy formalaşdırılmasına yönələn bu təxribatçı səhnəcikdə isə ön sıralarda hər zaman olduğu kimi milli maraqlara, dövlət və millət mənafeyinə düşmən mövqedə duran xəyanətkar qüvvələr dayanar. Xarici dairələrin pulunun qarşılığında ölkəsində hər bir qarşıdurmanı yaratmağa müntəzir olanların “icazəsiz aksiya” adlandırdığı bu tamaşalar isə radikal müxalifətin son dərəcə miskin vəziyyətdə olduğunu həm özlərinə, həm də onları maliyyələşdirən xarici qüvvələrin nümayəndələrinə bir daha göstərir...
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSiyasət
01 Sentyabr 12:43
Sosial
01 Sentyabr 11:54
Gündəm
01 Sentyabr 11:48
İqtisadiyyat
01 Sentyabr 11:20
Siyasət
01 Sentyabr 11:17
Gündəm
01 Sentyabr 10:58
Gündəm
01 Sentyabr 10:56
Analitik
01 Sentyabr 10:22
Gündəm
01 Sentyabr 10:06
Siyasət
01 Sentyabr 09:45
Analitik
01 Sentyabr 09:41
Ədəbiyyat
01 Sentyabr 09:17
Ədəbiyyat
01 Sentyabr 08:50
Elm
01 Sentyabr 08:36
Sosial
01 Sentyabr 07:38
Elm
31 Avqust 23:14
İqtisadiyyat
31 Avqust 22:59
İdman
31 Avqust 22:27
İqtisadiyyat
31 Avqust 21:42
İdman
31 Avqust 21:18
İqtisadiyyat
31 Avqust 20:53
Gündəm
31 Avqust 20:32
Hadisə
31 Avqust 20:25
İdman
31 Avqust 19:41
Dünya
31 Avqust 19:16
Gündəm
31 Avqust 18:58
Dünya
31 Avqust 18:34
Elm
31 Avqust 18:19
İqtisadiyyat
31 Avqust 17:23
Gündəm
31 Avqust 17:12
Sosial
31 Avqust 17:07
Sosial
31 Avqust 16:41
Dünya
31 Avqust 16:30
YAP xəbərləri
31 Avqust 16:12
Dünya
31 Avqust 15:23
Elm
31 Avqust 15:21
Siyasət
31 Avqust 15:19
Siyasət
31 Avqust 15:18
Gündəm
31 Avqust 14:58
YAP xəbərləri
31 Avqust 14:35
Dünya
31 Avqust 14:23
Elanlar
31 Avqust 14:10
İqtisadiyyat
31 Avqust 14:02
İdman
31 Avqust 13:58
Sosial
31 Avqust 13:56
Dünya
31 Avqust 13:19
İdman
31 Avqust 12:51
Dünya
31 Avqust 12:26
Gündəm
31 Avqust 11:45
Dünya
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:31
Siyasət
31 Avqust 11:29
Siyasət
31 Avqust 11:26
Sosial
31 Avqust 11:25
Dünya
31 Avqust 11:14
Gündəm
31 Avqust 11:09
Gündəm
31 Avqust 10:58
Dünya
31 Avqust 10:53
Dünya
31 Avqust 10:25
Dünya
31 Avqust 09:49
İdman
31 Avqust 09:41
Gündəm
31 Avqust 09:32
Dünya
31 Avqust 09:16
Hadisə
31 Avqust 08:48
Dünya
31 Avqust 08:22
Dünya
31 Avqust 07:50
Dünya
31 Avqust 07:36
Dünya
30 Avqust 23:20
Sosial
30 Avqust 22:44
İdman
30 Avqust 22:18
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | 5 | ||
| 6 | 7 | 8 | 9 | 10 | 11 | 12 |
| 13 | 14 | 15 | 16 | 17 | 18 | 19 |
| 20 | 21 | 22 | 23 | 24 | 25 | 26 |
| 27 | 28 | 29 | 30 |

