Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından qeyd şərtsiz çıxmalıdır
05.04.2012 [00:19]
Məlum olduğu kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi uzun illərdir ki, həll edilməmiş qalır. Problemin həlli istiqamətində aparılan danışıqlar prosesində hər zaman konstruktivlik nümayiş etdirən Azərbaycanın mövqeyi dəyişməzdir. Belə ki, münaqişənin ədalətli həll edilməsi üçün aparılan danışıqlarda beynəxalq sənədlərə və konvensiyalara əsaslanan ölkəmiz haqlı olaraq problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Bunun qarşılığında isə işğalçı Ermənistan hər zaman problemin həlli prosesində qeyri-konstruktiv mövqe nümayiş etdirərək münaqişənin sülh yolu ilə həll edilməsinə maneçilik törədir. Onu da xatırladaq ki, artıq uzun illərdir ATƏT-in Minsk qrupu problemin həllində vasitəçilik missiyasını yerinə yetirir.
Yeri gəlmişkən, ATƏT-in münaqişənin həlli istiqamətində vasitəçilik missiyasını həyata keçirən Minsk qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkəmizə səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında bildirib ki, Rusiya Azərbaycan və Ermənistanın bu məsələnin həllini tapmasında maraqlıdır. S.Lavrovun sözlərinə görə, Soçi bəyanatında vurğulandığı kimi, tərəflər münaqişənin tənzimlənməsinin ümumi prinsiplərinin razılaşdırılmasını sürətləndirməkdə maraqlıdırlar. Rusiyalı nazir deyib ki, onun ölkəsinin vasitəçiliyi tərəflər arasında razılığa nail olmağa imkan verəcək şəraitin yaradılmasına yönəlib.
Yuxarıda da vurğuladığımız kimi, Azərbaycan hər zaman münaqişənin həlli ilə bağlı konstruktiv mövqe tutduğunu nümayiş etdirib. Bunun əksinə olaraq isə, düşmən ölkə hər zaman qeyri-konstruktiv mövqeyi ilə tənzimləmə prosesinə maneçilik törədib. Bu mənada münaqişənin hələ də sülh yolu ilə tənzimlənməməsinin məsuliyyəti hər vəchlə danışıqları pozmağa çalışan, irəli sürülən təkliflərə qeyri-səmimi yanaşan, istər beynəlxalq çağırışları, istərsə də, həmin təşkilatların qəbul etdikləri qətnamələri yerinə yetirməkdən boyun qaçıran işğalçı Ermənistanın boynundadır. Bu gün düşmən ölkənin rəhbərliyi münaqişəni uzatmaqla həm beynəlxalq hüquqa, həm də beynəlxalq ictimaiyyətə qarşı etinasız münasibətini ortaya qoyur.
Qeyd olunduğu kimi, işğalçı Ermənistan bu gün dünyanın aparıcı beynəlxalq təşkilatlarının tələblərini, qəbul etdikləri qətnamələri pozur. Məlum olduğu kimi, BMT TŞ münaqişə ilə bağlı 4 qətnaməsində, həmçinin, NATO, ATƏT, Avropa Şurası və digər təşkilatlar öz sənədlərində dəfələrlə Ermənistan qoşunlarının Azərbaycanın işğal altında olan torpaqlarından çıxarılması tələblərini səsləndiriblər. ölkəmiz isə münaqişənin həllində sülhün yaranması üçün Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxmasını tələb edir. Bakıda keçirilən Avronest Parlament Assambleyasının ikinci sessiyasının rəsmi açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev təxminən 20 ildir ki, bizim beynəlxalq səviyyədə tanınmış ərazilərimizin ermənilərin işğalı altında olduğunu bəyan edib. Dövlət başçısı bildirib ki, bu təcavüz və etnik təmizləmə siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal altındadır: “Qeyd etdiyim kimi, bir milyondan artıq vətəndaşımız qaçqın və məcburi köçkündür. Beynəlxalq təşkilatlar Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çoxsaylı qərarlar qəbul etmişlər. BMT Təhlükəsizlik Şurası Ermənistanın işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etmişdir. Avropa Parlamenti və Avropa Şurası da bu cür qətnamələr qəbul etmişdir. ATƏT-in zirvə görüşlərində və digər beynəlxalq təşkilatlarda oxşar qərarlar qəbul edilmişdir. Lakin əfsuslar olsun ki, Ermənistan rəhbərliyi həmin qərarlara məhəl qoymur və bu qətnamələri yerinə yetirmir, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərini işğal altında saxlamaqda davam edir”.
ölkə Prezidenti çıxışında bir daha vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həlli çox aydın görünür. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü bərpa olunmalıdır: “Ermənistanın işğalçı qüvvələri işğal olunmuş ərazilərdən çıxmalıdır. BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə yerinə yetirilməlidir. Bu gün Dağlıq Qarabağdakı insanlar və Dağlıq Qarabağdan qovulmuş şəxslər öz yerlərinə qayıtmalı, sülh, dostluq və əməkdaşlıq şəraitində yaşamalıdırlar. Azərbaycanda çoxmillətli və çoxkonfessiyalı cəmiyyət mövcuddur. Bizim tariximizdə heç vaxt milli və dini zəmində toqquşma və münaqişə olmayıb. Biz müxtəlifliyimizdən fərəhlənirik və fərəh hissi ilə qeyd edirik ki, bir çox millətlərin nümayəndələri ölkəmizdə bir ailə kimi yaşayırlar. Əslində, bu, çox vacibdir və Azərbaycanın vacib dəyəridir”.
Pərviz SADAYOÄžLU
Xəbər lenti
Hamısına baxSosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03

