Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Erməni faşizmi bəşəriyyət üçün ən böyük təhlükədir

Erməni faşizmi bəşəriyyət üçün ən böyük təhlükədir

18.04.2012 [00:27]

Və ya nə qədər ki, Ermənistan torpaqlarımızın işğalına son qoymayıb, nə qədər ki, şəhidlərimizin, Xocalıda xüsusi amansızlıqla qətlə yetirilən günahsız soydaşlarımızın qisası alınmayıb ermənilər bizim üçün düşmən olaraq qalacaq
   İkinci yazı
Tarix boyu xalqımıza, ümumilikdə isə Türk dünyasına qarşı xüsusi amansızlıqları ilə ad çıxaran, törətdikləri vəhşilikləri gizlətmək üçün xarici havadarlarından yetərincə yardım alan, ən nəhayət, özləri terrorçu, faşist olduqları halda hər il aprelin 24-ü ərəfəsində uydurma “erməni soyqırımı” iddiaları ilə Türkiyəyə qarşı kampaniya aparan ermənilər yenə hərəkətə keçiblər. Lakin ötən yazımızda da vurğuladığımız kimi, artıq dünya əvvəlki tək erməni yalanlarına inanmır. çünki Azərbaycan tərəfinin erməni yalanlarının ifşa edilməsi və erməni faşizminin iç üzünün açılması istiqamətində apardığı məqsədyönlü fəaliyyət öz müsbət təsirini göstərməkdədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu xarici siyasət nəticəsində düşmən ölkə tamamilə ifşa edilib. Məhz buna görə də, dünya erməniliyi var gücü ilə ölkəmizə qarşı yeni-yeni təxribatlar həyata keçirməyə çalışır.
Elə aprelin əvvəlində Bakıda keçirilən Avronest PA-nın ikinci sessiyası çərçivəsində ermənilərin min bir oyundan çıxması da həmin planın tərkib hissəsi idi. Məlum olduğu kimi, düşmən ölkəni Avronestdə təmsil edənlər Azərbaycan Prezidenti İlham Əliyevin çıxışından narazı qalıblar. Buna səbəb isə dövlət başçısının çıxışında Ermənistanın işğalçı mövqeyini kəskin tənqid etməsi olub. Daha doğrusu, düşmən ölkənin təmsilçiləri erməni faşizminin növbəti dəfə ifşa olunmasından qəzəblənərək, ənənəvi hay-küy metodundan istifadə etməyə çalışıblar. Görünür, onlar bu yolla Azərbaycana təzyiq edə biləcəklərini düşünürlər. Lakin həmişə olduğu kimi, düşmənlərimiz yenə də yanılırlar.
Əvvəla, bugünkü Azərbaycan ötən əsrin doxsanıncı illərinin əvvəlindəki Azərbaycanı deyil. Bu gün qüdrətli orduya, yüksək inkişafa və güclü iqtisadiyyata malik olan, Avropanın enerji təhlükəsizliyinin təminatında mühüm rol oynayan, regionda həyata keçirilən qlobal layihələrin reallaşması istiqamətində aparıcı mövqeyə malik Azərbaycan Respublikası BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvüdür. Və ölkəmizlə şərtlə, hədə-qoxu dili ilə danışmaq cəhdi uğursuzluğa düçar olur.
İkinci bir tərəfdən, Azərbaycan Prezidentinin məlum sessiyadakı çıxışında səslənən ittihamlar heç də yeni deyil. çünki istər dövlət başçısı, istərsə də ölkəmizin digər rəsmiləri iştirak etdikləri bütün beynəlxalq tədbirlərdə ermənilərin işğalçılıq əməllərini, erməni faşizminin iç üzünü ortaya çıxaran faktları beynəlxalq birliyin diqqətinə çatdırırlar. Yeri gəlmişkən, aprelin 16-da Prezident İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2012-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında da bu məsələyə toxunulub. İclasda çıxış edən Prezident İlham Əliyev ilin birinci rübü ərzində ölkəmizin dünyanın iki ən böyük tədbirində - Davos Dünya İqtisadi Forumunda və Münhen Təhlükəsizlik Konfransında təmsil olunduğunu deyib: “Deyə bilərəm ki, Avropada və bəlkə də dünyada bu hər iki tədbir çox böyük əhəmiyyət daşıyır. Biri iqtisadi, ikincisi isə təhlükəsizlik və siyasi məsələləri əhatə edir. Hər ikisində Azərbaycan təmsil olunmuşdur. Hər ikisində mən ölkəmizin baxışlarını, mövqeyini və siyasi xəttini ifadə etmişəm. Xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər, torpaqlarımızın işğal altında qalması və bir milyon soydaşımızın əziyyət çəkməsi məsələlərinə toxunmuşdum, dünya birliyinin diqqətini bu məsələlərə cəlb etmişdim”.
Dövlət başçısı Bakıda keçirilən Avronest Parlament Assambleyasının ikinci sessiyası barədə də danışıb: “Deyə bilərəm ki, bu sessiya Avropa İttifaqının xaricində ilk dəfədir ki, keçirilir. Təsadüfi deyildir ki, sessiyanın birinci ünvanı Bakı seçilmişdir. Sessiya çox yüksək səviyyədə keçirildi və yenə də bu, bizə imkan verdi ki, Avropa Parlamenti deputatlarına birbaşa müraciət edərək Azərbaycanın həm gördüyü işlər, həm mövqeyi haqqında məlumatı verək, xüsusilə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi və həqiqətləri, azərbaycanlılara qarşı törədilən soyqırımı, erməni faşizmi haqqında mövqeyimizi bildirək. Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir, bunun başqa adı ola bilməz. Mən bu imkanlardan istifadə edərək həm həqiqətləri, həm Azərbaycanın mövqeyi və gələcəyə ümumi baxışları haqqında fikirlərimi bildirmişdim”.
Beləliklə, dövlət başçısının da qeyd etdiyi kimi, Xocalıda o qanlı faciəni, soyqırımını törədənlər faşistlərdir. Bunun başqa adı yoxdur və ola da bilməz. Bundan guya narahat olduqlarını iddia edən və hay-küy salmağa çalışan erməni deputatları isə anlamalıdırlar ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri qanlı olaylar məhz faşizm üsullarına uyğundur. özü də bunun belə olduğunu təkcə biz demirik. Ermənilərin faşist, erməni faşizminin isə bəşəriyyət üçün ən böyük təhlükə olduğunu həm əcnəbilərin fikirləri, həm də ermənilərin “başının tacı” sayılan, erməni ziyalısı Zori Balayanın Xocalıda ermənilərin törətdikləri vəhşiliklərə dair etirafları da təsdiqləyir.
Məlumat üçün deyək ki, əslində, insanlığa qarşı ən qanlı cinayətlərdən biri olan Xocalı soyqırımını törətməklə ermənilər əsl kimliklərini ortaya qoydular. ümumiyyətlə, bütün tarixi dönəmlərdə ermənilər türklərə və azərbaycanlılara qarşı həmişə son dərəcə amansız, qəddar olublar. Yəni, onların əməlləri türk toplumuna qarşı yönəlmiş bir faşizmdir! Xocalıda isə bu qəddarlıq özünü bir daha göstərdi. Həmin hadisələri öz gözləri ilə görmüş Xeyriyan adlı Livan ermənisi xatirələrində yazıb ki, Xocalıda bir gündən sonra belə ölmüş insanların cəsədləri üzərində vandalizm aktı törədilib. Ermənilər meyitlərin başının dərisini soymaq, gözünü çıxarmaq, qulaq-burnunu kəsmək, bir-birinin üstünə yığaraq yandırmaqdan belə çəkinməyiblər. Yaralılara ölənə qədər olmazın zülm veriblər, çaydan keçmək üçün meyitlərdən “körpü” düzəldiblər. Hələ ölməmiş uşağı meyitlərin üstünə ataraq od vurub yandırıblar.
Faciə baş verən gün Xankəndidə ezamiyyətdə olmuş Fransanın “Libardion” qəzetinin əməkdaşı Jül Gen Vaynerin qeydləri də erməni vəhşiliyinə güzgü tutur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin getdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalıdakı kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazıb. O, “Libardion” qəzetində çap etdirdiyi “Erməni terrorizminin canlı şahidi oldum” sərlövhəli yazıda bildirib ki, Xocalıda baş verənlərdə məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı məhz bu yolla “ram etməyə” çalışıb.
Erməni millətçiliyinin ideoloqlarından biri olan yazıçı Zori Balayan da özünün Xocalı faciəsində birbaşa iştirakı haqqında xatirələrini 1996-cı ildə nəşr olunan “Ruhumuzun canlanması” adlı əsərində geniş əks etdirib. Xocalıda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı faktlarını bir-bir xatırladan Z.Balayan hər bir erməninin bu hərəkətdən fəxr duymalı olduğunu deyib: “Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra bu uşağın başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum xalqımın bir faizinin belə qisasını aldığı üçün sevincindən qürurlanırdı. Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini hissə-hissə doğradı və bu şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni vətənsevər kimi öz vəzifəmi yerinə yetirdim”.
ümumiyyətlə, bu bir aksiomadır ki, ziyalı mənsub olduğu xalqın sifəti, həmçinin, humanizm nümunəsi sayılır. Hətta ən qanlı münaqişələr zamanı belə ortaq məxrəcə gəlmək üçün ziyalıların gücündən, nüfuzundan istifadə edilir. çünki ziyalılıq, həm də sülhpərvərlik, sabitlik, əmin-amanlıq, insanpərvərlik deməkdir. Lakin bunu erməni ziyalıları haqqında demək mümkün deyil. Daha doğrusu, yaxın tarixdə baş verən Xocalı soyqırımı və erməni ziyalılarının “atası” sayılan Z.Balayanın bu faciəyə yanaşma tərzi, həmçinin, onun həmin qanlı olaylar zamanı azərbaycanlılara, xüsusilə də körpə uşaqlara qarşı ən ağır işgəncələr verməsinə, qəddarlıq həyata keçirməsinə görə fəxr etdiyini bildirməsi gerçək erməni kimliyini ortaya qoyur. Yəni, əgər erməni ziyalısı belə faşist təfəkkürünə, faşizm istəklərinə malikdirsə və günahsız insanların, xüsusilə də uşaqların qanını tökməkdən həzz alırsa o zaman bu hər bir ermənidə vəhşi təfəkkürün formalaşmasının onların daxilindən gəldiyini, daha doğrusu, faşizmin və erməniliyin bir pulun iki üzü olduğunu deməyə əsas yaradır.
Bir sözlə, hər şey gün kimi aydındır. Yuxarıda da qeyd etdiyimiz kimi, ermənilərin faşist, qaniçən, erməni faşizminin isə nəinki azərbaycanlılara, ümumilikdə dünyaya qarşı başlıca təhlükə olduğu bütün çılpaqlığı ilə ortadadır. Xocalı faciəsi Ermənistanın vizit kartı, ermənilərin, erməni ziyalılarının üzərindən heç vaxt silinməyəcək bir qanlı ləkədir. Və deməli, nə qədər ki, bu ləkə ermənilərin üzərindən silinməyib, nə qədər ki, Ermənistan torpaqlarımızın işğalına son qoymayıb, nə qədər ki, şəhidlərimizin, Xocalıda xüsusi amansızlıqla qətlə yetirilən günahsız soydaşlarımızın qisası alınmayıb ermənilər bizim üçün düşmən olaraq qalacaq.
Nadir AZƏRİ
Paylaş:
Baxılıb: 878 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30