/ / Vaşinqtonda Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr edilən ikigünlük konfrans başa çatıb
Vaşinqtonda Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr edilən ikigünlük konfrans başa çatıb
28.04.2012 [09:36]
Aprelin 26-da işini ABŞ paytaxtının tarixi “The Williard” mehmanxanasında “Gələcəyə baxış” devizi altında davam etdirən konfransı Oklahoma ştatının keçmiş dövlət katibi Süzen Savic açaraq, tədbirin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb, ABŞ-Azərbaycan münasibətlərinin inkişaf yolundan söz açıb.
Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov ABŞ ilə Azərbaycanın yalnız tərəfdaş deyil, əsl dostlar olduğunu deyərək qeyd edib ki, konfransın başlıca məqsədlərindən biri mövcud dostluq münasibətlərinin inkişaf etdirilməsindən ibarətdir.
Missisipi ştatından olan senator Rocer Uilker iki ölkə arasında beynəlxalq təhlükəsizlik, o cümlədən enerji təhlükəsizliyi sahəsində yaranmış və möhkəmlənməkdə olan tərəfdaşlıq münasibətlərinin strateji əhəmiyyətini qeyd edib, Azərbaycanın qlobal enerji təhlükəsizliyinə verdiyi töhfələrdən danışıb.
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov konfransda Amerikanın yüksək səviyyəli ictimai və siyasi xadimlərinin iştirak etdiyini bildirib və onlara təşəkkürlərini çatdırıb. ABŞ ilə Azərbaycan arasında bir çox oxşarlıqların olduğunu deyən səfir bu amillər sırasında tolerantlığı xüsusi vurğulayıb. O, ötən 20 ildə böyük əməkdaşlıq yolu keçildiyini qeyd edib, irəlidə daha böyük işlərin olduğunu vurğulayıb.
Tennessi ştatından Konqres üzvü Stiv Koen Azərbaycanın yerləşdiyi bölgənin əhəmiyyətindən danışaraq, bu ölkənin mürəkkəb regionda ABŞ-ın mühüm müttəfiqinə çevrildiyini söyləyib.
Luizianadan olan konqresmen Bill Kassidi beynəlxalq təhlükəsizliyin əsasını təşkil edən enerji təhlükəsizliyi üzərində xüsusi dayanaraq, Azərbaycanın bu baxımdan geostrateji önəm kəsb etdiyini bildirib.
Sonra Azərbaycan-ABŞ diplomatik əlaqələri tarixindən, Azərbaycanın müstəqillik yolunda mübarizəsindən, ölkənin son dövrdə əldə etdiyi uğurlardan bəhs edən film nümayiş olunub.
Konqresmen Ted Po bu tədbirdə iştirakdan məmnunluğunu bildirib və təmsil etdiyi Texas ştatının da Azərbaycan kimi, böyük neft tarixinə malik olduğunu nəzərə çatdırıb. Azərbaycanın XX əsrin əvvəllərində bölgəyə siyasi və iqtisadi azadlıqlar gətirdiyini qeyd edən konqresmen xalqımızın müstəqillik uğrunda mübarizə yolundan danışıb, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyinin bərpa olunduğunu xatırladaraq, həmin dövrdən ABŞ ilə siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələrin inkişaf etdirildiyini diqqətə çatdırıb, Azərbaycanı öz enerji resurslarından düzgün və səmərəli istifadə edən az ölkələrdən biri olduğunu vurğulayıb. O, Azərbaycanın ABŞ ilə dost olduğunu sözdə deyil, əməldə sübut etdiyini vurğulayaraq, bunun özünü beynəlxalq təhlükəsizlik sahəsində əməkdaşlıqda əyani şəkildə göstərdiyini bildirib.
Sonra konfrans işini sessiyalarla davam etdirib.
ABŞ-ın Alman Marşal Fondunun bölgəmiz üzrə mütəxəssisi Coşua Uolkerin moderatorluğu ilə keçən “ABŞ-Azərbaycan tərəfdaşlığının iki onilliyi: 20 illik birgə fəaliyyətin dərsləri” adlanan birinci sessiyada Birləşmiş Ştatların dövlət katibinin Avrasiya məsələləri üzrə müavini Erik Rubin Azərbaycana iqtisadi uğurlarla yanaşı, demokratik islahatlar baxımından böyük önəm verildiyini deyərək ötən 20 ildə ikitərəfli münasibətlərdə əldə olunan uğurlardan danışıb, gələcək əməkdaşlıqla bağlı ABŞ tərəfindən böyük gözləntilərin olduğunu söyləyib.
Atlantik Şurasının Dini Patrisiu Avrasiya Mərkəzinin direktoru Ros Uilson Azərbaycanda ABŞ-ın səfiri vəzifəsində çalışdığı dövrdə Birləşmiş Ştatların ölkəmizlə bağlı həyata keçirdiyi humanitar proqramları xatırladıb, eyni zamanda, 11 sentyabr hadisələrindən sonra Azərbaycanın ABŞ-a verdiyi dəstəkdən geniş söz açmış, bu dəstəyin mürəkkəb beynəlxalq münasibətlər dövründə əhəmiyyətini vurğulayıb.
Azərbaycanın xarici işlər nazirinin müavini, respublikamızın ABŞ-dakı sabiq səfiri Hafiz Paşayev iki ölkə arasında diplomatik münasibətlərin ilkin dövrlərdə çətinliklərlə müşayiət olunduğundan danışıb, lakin ikitərəfli əlaqələrin bugünkü yüksək səviyyəyə çatacağına daim inandığını dilə gətirib. Respublikamızın iqtisadi uğurlarından söz açan Hafiz Paşayev Azərbaycanın artıq xarici ölkələrdə sərmayə proqramları həyata keçirən dövlətə çevrildiyini məmnunluqla qeyd edib. İraq və Əfqanıstandakı əməliyyatlar zamanı Azərbaycanın ABŞ-a böyük dəstək verdiyini söyləyən H.Paşayev təhlükəsizlik sahəsində iki dövlət arasında əlaqələri yüksək qiymətləndirib. ölkənin beynəlxalq münasibətlərdə əldə etdiyi uğurlardan bəhs edən diplomat Azərbaycanın BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsini beynəlxalq birlik tərəfindən dövlətimizin əhəmiyyətinin təsdiqlənməsi kimi qiymətləndirib. ABŞ-la Azərbaycan arasında münasibətlərin müttəfiqlik səviyyəsinə qalxdığını deyən H.Paşayev bunun ABŞ-dakı erməni lobbisinin təsirini xeyli azaltdığını da diqqətə çatdırıb. Rektoru olduğu Azərbaycan Diplomatik Akademiyasının fəaliyyəti haqqında məlumat verən H.Paşayev bu ali təhsil ocağının ABŞ-dan olan çox sayda professor və müəllimlərlə əməkdaşlıq etdiyini söyləyib.
Milli Təhlükəsizlik Şurasının Avropa və Asiya məsələləri üzrə direktoru və dövlət katibinin sabiq müavini Devid Merkel ABŞ ilə Azərbaycan arasındakı əlaqələrə kölgə salan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəliş barədə söz açaraq həmin layihənin qəbul edildiyi dövrdə konqresmenlərin Azərbaycanın yerləşdiyi bölgə haqqında məlumatlarının “utancverici” olduğunu deyib. çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan D.Merkel ATƏT-in Minsk qrupunun fəaliyyətinin səmərəliliyin artırılmasının və münaqişənin həllinin sürətləndirilməsinin vacibliyini söyləyib.
“Heritage” Fondunun baş tədqiqatçısı Ariel Koen Azərbaycanın ötən 20 ildə möhtəşəm uğurlar əldə etdiyini söyləyib, son illərdə ümumi daxili məhsulun 3 dəfə artmasını xüsusi qeyd edərək bunu inanılmaz nailiyyət adlandırıb. Azərbaycan hərbçilərinin İraq və Əfqanıstanda aparılan əməliyyatlarda iştirakını vurğulayan A.Koen Dağlıq Qarabağ münaqişəsinin həllində ABŞ-ın ölkəmizə dəstəyinin vacibliyini qeyd edib. Cənubi Qafqaz bölgəsinə fövqəldövlətlərin ciddi maraq göstərdiyini deyən A.Koen regionun ən vacib dövləti olan Azərbaycana ABŞ-ın dəstəyinin artırılmasının zəruriliyini vurğulayıb. Enerji nəqli layihələrinin uğurla həyata keçirildiyini deyən A.Koen həmin layihələrin davamı olaraq “Transanadolu” və Mərkəzi Asiya enerji resurslarının Qərbə nəqli layihələrinin əhəmiyyətindən söz açıb. Eyni zamanda, əmin olduğunu bildirib ki, Azərbaycanın iqtisadi nailiyyətləri yaxın gələcəkdə onun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına üzv olmasını mümkün edir.
Nyu-York ştatından konqresmen Qreqori Miks Azərbaycanın uğurlarının səbəblərini anlamaq üçün bu ölkəyə səfər etməyin vacibliyini bildirib.
Arizonalı konqresmen Trent Franks da təhlükəsizlik sahəsində ABŞ-Azərbaycan əməkdaşlığından geniş bəhs edib.
Konqresmen Qreq Harper təmsil etdiyi Missisipi ştatı ilə Azərbaycan arasında olan oxşarlıqlardan bəhs edərək enerji layihələri üzərində xüsusi olaraq dayanıb. Bu layihələrin yeni iş yerləri açdığını və qlobal enerji təhlükəsizliyinə töhfələr verdiyini bildirən konqresmen Azərbaycanın təkcə regionun deyil, bütün dünyanın iqtisadiyyatına müsbət təsir göstərdiyini deyib.
Sonra məruzəçilər konfrans iştirakçılarının suallarını cavablandırıblar.
Konfransın “ABŞ-Azərbaycan tərəfdaşlığının əsas aspektləri: Xəzər hövzəsində enerji təhlükəsizliyi” adlı ikinci sessiyanı açan moderator Ceymstaun Fondunun Avrasiya Proqramının baş tədqiqatçısı Vladimir Sokor Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işləyib hazırladığı yeni neft strategiyasının ölkəyə qazandırdığı nailiyyətlərdən danışıb.
bp şirkətinin beynəlxalq məsələlər üzrə baş direktoru Qreq Senders Azərbaycanın enerji siyasətindən danışaraq qeyd edib ki, əgər bir neçə il öncə bu siyasətin əsasında neft amili dayanırdısa, bu gün söhbət artıq təbii qazın hasilatı və ixracından gedir. O, hazırkı mürəkkəb beynəlxalq siyasi şəraitdə yeni qaz yataqlarının kəşf edilməsi, işlənilməsi, hasil olunması və ixracı istiqamətində Azərbaycanın mühüm rol oynadığını söyləmiş, bu prosesləri daim nəzarətində saxlayan Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyətini vurğulayıb.
ABŞ Ordusu Kollecində Strateji Araşdırmalar İnstitutunun professoru, milli təhlükəsizlik sahəsində tanınmış mütəxəssis Stefen Blank Azərbaycanın mürəkkəb geosiyasi məkanda yerləşdiyini nəzərə çatdıraraq ölkənin təhlükəsizliyinə böyük önəm verilməli olduğunu söyləyib. O, Qafqazda təhlükəsizlik yaradılmadan Avropanın təhlükəsizliyindən danışmağın mümkünsüz olduğunu söyləyib. S.Blank deyib: “Azərbaycan ABŞ-ın vacib müttəfiqidir. ABŞ-ın enerji təhlükəsizliyi məsələsində Azərbaycana ehtiyacı nə qədərdirsə, Azərbaycanın da təhlükəsizliyinin qorunmasında ABŞ-ın dəstəyinə ehtiyacı o qədərdir”.
ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov Azərbaycanın neft-qaz sənayesinin zəngin tarixə malik olduğunu söyləyib, qeyd edib ki, dünya neft sənayesinin mühüm mərhələləri ölkəmizlə bağlı olub. Daha sonra o, Azərbaycanın müasir enerji təhlükəsizliyi sistemində mühüm yer tutduğunu söyləyib, son dövrdə həyata keçirilən uğurlu enerji ixracı layihələrindən danışaraq Avropa İttifaqı ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığın perspektivlərindən söz açıb. ABŞ və Azərbaycanın bir çox sahələrdə tərəfdaşlığından danışan E.Nəsirov bu dostluq və əməkdaşlığın uzunmüddətli olacağına inandığını deyib.
Sessiya çərçivəsində müzakirələrə yekun vuran moderator V.Sokor Azərbaycanın bugünkü nailiyyətlərinin Prezident İlham Əliyevin sabitlik və qərbyönümlü siyasəti ilə sıx bağlı olduğunu vurğulayıb.
Sonda dinləyicilərin sualları cavablandırılıb.
Konfransın üçüncü sessiyası “Tolerantlığın və mədəniyyətlərarası dialoqun inkişafı: Azərbaycan modeli” mövzusuna həsr edilib.
Sessiyanı açan çikaqonun Katolik İlahiyyat Universitetinin professoru Skot Aleksandr Azərbaycan xalqına xas olan etnik və dini tolerantlıq ənənələrindən danışıb. O, Azərbaycanın əsas dini icmalarının rəhbərlərinin konfransda iştirak etdiyini müsbət hal kimi qiymətləndirərək, onlara toplantıya qatıldıqlarına görə minnətdarlığını bildirib.
Azərbaycan katolik icmasının rəhbəri Vladimir Fekete, Azərbaycan dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Azərbaycan Pravoslav Yeparxiyasının rəhbəri İşeyn Aleksandr çıxış edərək respublikamızda hökm sürən dini tolerantlıqdan söz açıb, insanların burada yüz illərlə dözümlülük şəraitində yaşayaraq milli və dini mədəniyyətlərini inkişaf etdiklərini, bunun dünya dövlətləri üçün nümunə olduğunu qeyd ediblər. Dini icmaların rəhbərləri bunu Azərbaycanın ən böyük nailiyyətlərindən biri kimi qiymətləndiriblər.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə müstəqil Azərbaycanın bütün dinlərə eyni şəkildə diqqət göstərdiyini qeyd etməklə belə münasibətdən fəxr hissi duyduğunu söyləyib. Şeyxülislam Sovet İttifaqının süqutundan sonra Azərbaycanda müxtəlif etiqadlara aid məbədlərin sayının artdığını deyərək bunun ölkədə həyata keçirilən humanitar siyasətin uğurlarının bariz nümunəsi olduğunu bildirib. A.Paşazadə deyib ki, dünya dini liderləri forumunun Azərbaycanda keçirilməsi beynəlxalq birlik tərəfindən dövlətimizin bütün etiqadlara olan ehtiramının göstəricisidir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinin vacibliyindən danışan şeyxülislam problem aradan qalxandan sonra işğal edilmiş torpaqlarda yerləşən və dağıdılmış bütün dini məbədlərin bərpa olunacağını söyləyib.
Daha sonra sessiyada çıxış edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçmiş oğul və qızlarımızın xatirəsini yad edib, onların arasında ölkədə yaşayan müxtəlif xalqların təmsilçilərinin olduğunu nəzərə çatdırıb. S.Seyidov Azərbaycanda hökm sürən milli və dini tolerantlığın dövlət siyasətinin ayrılmaz tərkib hissəsi olduğunu bildirib.
Con Hopkins Universiteti Mərkəzi Asiya və Qafqaz Araşdırmaları İnstitutunun tədqiqatçı direktoru Svante Kornell də Azərbaycana xas olan etnik dözümlülükdən söz açaraq, ölkədə etnik mənsubiyyət anlayışından daha çox vətəndaş anlayışının inkişaf etdiyini məmnunluq hissi ilə vurğulayıb.
Hayfa Universitetinin siyasi elmlər üzrə professoru Brenda Şaffer Azərbaycanın orada yaşayan xalqların hər birinin Vətəni olduğunu qeyd edərək, ölkəmizin üzləşdiyi müharibə ilə bağlı bütün itkilərə baxmayaraq, zor və terror yoluna əl atılmadığını vurğulayıb. Xanım Şaffer ABŞ və Azərbaycan arasında dostluq münasibətlərini məmnuniyyətlə qeyd edərək Konqresi bu dostluq müqabilində erməni lobbisinin təzyiqi altında Azərbaycan və ABŞ maraqlarına zidd olan addımlar atmamağa çağırıb. Professor Şaffer, həmçinin ABŞ hakimiyyətini tezliklə Azərbaycana səfir göndərməyə çağırıb.
Milli Məclisin deputatı Asim Mollazadə Azərbaycanın bir çox sahələrdə “ilk”lərə imza atdığını deyərək bunun səbəblərinin tolerantlıqla da bağlı olduğunu söyləyib. Onun sözlərinə görə, Azərbaycanda böyük nailiyyətlər əldə edən müxtəlif etnik mənşələrə aid istedadlı insanlar digər ölkələrdən məhz oradakı etnik dözümsüzlük şəraitinə görə Azərbaycana gəliblər. Dünyəvi dövlətimizin dəyərlərinin köklərindən danışan A.Mollazadə bunun əsasının XX əsrin əvvəllərində Avropa və Rusiyanın ali təhsil ocaqlarına oxumağa göndərilmiş gənc azərbaycanlılar tərəfindən qoyulduğunu bildirib. ölkədəki qadın azadlıqlarına diqqəti cəlb edən deputat Azərbaycan və ABŞ icmalarına məxsus “çoxmədəniyyətlilik” anlayışının yaranma tarixinə nəzər salıb.
ABŞ Nümayəndələr Palatasının sabiq üzvü Maykl MakMahon isə Azərbaycanı “dini harmoniya ölkəsi” adlandırıb, ölkəmizlə yüksək səviyyəli əlaqələrin ABŞ-ın milli maraqlarına cavab verdiyini deyib.
Konfrans çərçivəsində ziyafət təşkil edilib. İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının sədri, maliyyə naziri Samir Şərifov çıxış edərək, ötən 20 il ərzində ölkələrimiz arasında münasibətlərin inkişafından, əldə olunmuş uğurlardan və qarşıda duran vəzifələrdən danışıb. İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyasının aprelin 18-də Vaşinqtonda keçirilmiş 3-cü iclası çərçivəsində geniş müzakirələr aparıldığını və yekunda aviasiya sahəsində qrant razılaşması imzalandığını diqqətə çatdıran nazir ABŞ ilə Azərbaycan arasında münasibətlərin inkişaf etdirilməsi üçün imkanların genişləndirilməsinin vacib olduğunu, bu baxımdan “Azadlığa dəstək Aktı”na edilmiş 907-ci düzəlişin strateji münasibətlərin ruhunu əks etdirmədiyini və əməkdaşlığa əngəl törətdiyini bildirib. S.Şərifov, eyni zamanda, ABŞ Konqresi tərəfindən Dağlıq Qarabağa humanitar yardım ayrılmasının Birləşmiş Ştatların rəsmi mövqeyi ilə uzlaşmadığını vurğulayıb, humanitar məqsədlə ayrılan yardımda birtərəfli qaydada deyil, Dağlıq Qarabağın azərbaycanlı icmasının da nəzərə alınmasının vacibliyini bildirib.
Nyu-Yorku təmsil edən senator Kristen Gillibrand Azərbaycanla münasibətlərin əhəmiyyətindən bəhs edərək, enerji sahəsində əməkdaşlığı xüsusi vurğulayıb, ölkəmizin ABŞ-ın antiterror əməliyyatlarında uğurla iştirak etdiyini nəzərə çatdırıb. O, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini mühüm nailiyyət olduğunu söyləyib və bu vəzifənin öhdəsindən layiqincə gələcəyinə, dünyada sülh və əmin-amanlığa yeni töhfələr verəcəyinə əminliyini ifadə edib.
Konqresin Nümayəndələr Palatasının Xarici Məsələlər üzrə Komitəsinin sədri xanım İleana Ros-Lehtinen Azərbaycanın müsəlman Şərqində ilk demokratik respublika quran, insan hüquqları və demokratik prinsiplərin dərin kök saldığı, ABŞ ilə eyni dəyərləri paylaşan bir ölkə olduğunu vurğulayıb. Xanım Ros-Lehtinen Azərbaycanın ABŞ üçün çox vacib tərəfdaş olduğunu və bu tərəfdaşlığın dərinləşdirilməsinin Birləşmiş Ştatların milli maraqlarına uyğun olduğunu qeyd edib. Komitə sədri Azərbaycanın həssas coğrafi məkanda yerləşdiyini, onun qlobal enerji təhlükəsizliyinə töhfələrini və ABŞ ilə ortaq dəyərləri paylaşdığını nəzərə alaraq, ikitərəfli əməkdaşlığın böyük perspektivlərinin olduğunu söyləyib. O, Konqresdə ABŞ-Azərbaycan tərəfdaşlığının inkişaf etdirilməsi üçün əlindən gələni edəcəyini bildirib. Missisipi ştatının sabiq qubernatoru Heyli Barbur isə bu ştatın enerji təcrübəsindən söhbət açıb, Azərbaycanın beynəlxalq enerji təhlükəsizliyində mühüm yeri olduğunu söyləyib, bu yaxınlarda Azərbaycan nümayəndə heyətinin Missisipiyə səfər etdiyini və bunun tərəflər arasında anlaşmanın genişləndirilməsində rolundan danışıb.
Ziyafət iştirakçıları Azərbaycan aşpazları tərəfindən hazırlanmış ləziz milli mətbəx nümunələrimizdən dadıb, Emil Əfrasiyabın başçılığı ilə etno-caz musiqi qrupunun ifasını dinləyiblər. Bununla da, Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 20 illiyinə həsr edilən konfrans başa çatıb.
Xəbər lenti
Hamısına baxDünya
14 Noyabr 23:40
YAP xəbərləri
14 Noyabr 23:10
Hadisə
14 Noyabr 22:52
YAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
İqtisadiyyat
14 Noyabr 12:05
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04

