Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mehriban xanım Əliyeva "İlin birinci xanımı" seçilib

Mehriban xanım Əliyeva "İlin birinci xanımı" seçilib

28.04.2012 [09:37]

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Türkiyənin nüfuzlu “Ekovitrin” jurnalı tərəfindən keçirilmiş rəy sorğusunun nəticəsinə əsasən “İlin birinci xanımı” (First lady) seçilib. AzərTAc xəbər verir ki, bu barədə jurnalda yer almış yazıda 34 kateqoriyada səsverməyə çıxarılan 102 namizəddən ən çox səs alan şəxs “İlin ulduzu” seçilib. Jurnalın “Şərəf mükafatı” kateqoriyasında bu il üç nüfuzlu şəxs qalib elan olunub. Həmin kateqoriyada “İlin birinci xanımı” mükafatına Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva layiq görülüb. Mükafatlar sahiblərinə iyunda İstanbulda keçiriləcək təntənəli mərasimdə təqdim olunacaq. Jurnalda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti, indiyədək layiq görüldüyü mükafatlar, ölkəmizlə bağlı həqiqətlərin təbliği sahəsindəki xidmətləri barədə yazı da verilib.
Paylaş:
Baxılıb: 805 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30