Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Əli Əhmədov: Müxalifət təxribatçı üsullardan istifadə etmək istəyir

Əli Əhmədov: Müxalifət təxribatçı üsullardan istifadə etmək istəyir

09.05.2012 [17:17]

“Azərbaycanda müxalifətin - İctimai Palata, yaxud digər təşkilat olsun - kütləvi aksiya keçirməsi üçün hər cür imkan yaradılıb, meydan verilib və onlar bir neçə dəfə həmin meydandan istifadə ediblər. Eyni zamanda, o da məlum oldu ki, İctimai Palatanın digər müxalifət partiyaları ilə birləşib keçirdiyi mitinqə az adam gəlir. Yəni, Azərbaycan xalqı bugünkü müxalifətə inamını itirib, onların çağırışını qəbul etmir. Ona görə də müxalifət başqa “taktika” seçib, təxribatçı üsullardan istifadə etmək istəyir. Onlar şəhərin mitinqlərin keçirilməsi mümkün olmayan yerlərində kütləvi aksiyalar keçirmək barədə iddialar irəli sürürlər”. APA-nın xəbərinə görə, bunu hakim Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-İcra katibi, millət vəkili Əli Əhmədov deyib.
Ə.Əhmədov İctimai Palatanın “Eurovision” mahnı müsabiqəsi keçirilən günlərdə paytaxtda razılaşdırılmamış aksiya keçirmək niyyətini pisləyib: “Bir sıra hadisələr kimi, “Eurovision” mahnı yarışmasının da ölkəmizdə keçirilməsi Azərbaycan xalqının milli qürurunu formalaşdıran fakta çevrilib. Müxalifət bu müsabiqə ilə bağlı ortaya qoyduğu mövqe ilə, düşünülməmiş, xalqımızın maraqlarına uyğun gəlməyən hərəkətləri ilə özü-özünü gözdən salır. Bu gün onlar Azərbaycan xalqının gözündən düşüblər. Mən bunu qətiyyətlə pisləyir və yolverilməz sayıram”.
Paylaş:
Baxılıb: 808 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

Siyasət

İqtisadiyyat

Siyasət

Analitik

79 ildən sonra...

14 Noyabr 10:19

Analitik

3 saatlıq görüş...

14 Noyabr 09:58

Analitik

Şatdaun sona çatdı...

14 Noyabr 09:31  

Ədəbiyyat

Maraqlı

Zəhərli şirinlik...

14 Noyabr 08:52  

MEDİA

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30