Sülhməramlı müzakirəsi...
13.02.2024 [10:34]
Kontingent daha tez də gedə bilər
2020-ci il 10 noyabr üçtərəfli Bəyanatının şərtlərinə əsasən Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin fəaliyyət istiqaməti dəyişib. Belə ki, Qarabağda baş tutan 24 saatlıq antiterror tədbirlərindən sonra kontingentin real fəaliyyət aspektləri demək olar ki, qalmayıb. Bu mənada, hazırda ən aktual mövzulardan biri də Rusiyanın sülhməramlı kontingentinin gələcəyi ilə bağlıdır. Qeyd edək ki, hətta Rusiyanın bəzi siyasətçiləri artıq sülhməramlıların Qarabağda qalmasını mənasız sayır.
Yeri gəlmişkən, Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevd?kimov “İzvestiya” qəzetinə müsahibəsində bu məsələyə toxunub. Səfir bildirib ki, Rusiya və Azərbaycan Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşən Rusiya sülhməramlıları ilə bağlı danışıqların növbəti raundunun tarixlərini razılaşdırırlar. “Bizim sülhməramlı kontingentimizlə bağlı Moskva və Bakı arasında danışıqların növbəti raundunun tarixləri hazırda Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”, - o deyib və Rusiya sülhməramlılarının Qarabağda qalma müddətinin 2025-ci ildə başa çatacağını xatırladıb. Diplomat qeyd edib ki, Bakı bölgənin bütün ərazisinə nəzarəti bərpa etdikdən sonra sülhməramlı kontingentin rolu dəyişib: “Hazırda antiterror tədbirləri başa çatdıqdan sonra Rusiya sülhməramlıları Azərbaycan qüvvələri ilə birlikdə ərazidə patrul edir, binaları və mədəni tikililəri mühafizə edir”.
Göründüyü kimi, son altı ayda dəyişən siyasi reallıqlar yeni mahiyyət formalaşdırır. Bu isə sülhməramlıların gələcəyi üçün də müəyyən yeni istiqamətləri müəyyənləşdirir. Burada hətta sülhməramlıların vaxtından qabaq regionu tərk etməsi halı da nəzərə alına bilər.
Bununla bağlı fikirlərini “Yeni Azərbaycan”a bölüşən politoloq İlqar Vəlizadə bildirib ki, məsələ artıq bir müddətdir ki, müzakirə predmetidir. Politoloq vurğulayıb ki, bir neçə gün bundan öncə region ölkələrindən birinin XİN-in məsul əməkdaşı bununla bağlı açıqlama vermişdi və bildirmişdi ki, aktiv danışıqlar gedir: “Buradan sülhməramlıların 2025-ci ildə regionu tərk edəcəkləri ilə bağlı əminlik ifadə olunur. Əslində, mən də düşünürəm ki, Rusiya sülhməramlıları regionda 2025-ci ildən sonra qalmayacaqlar. Ortadakı bütün amillər ondan xəbər verir. Hətta mən deyərdim ki, sülhməramlı kontingent daha tez, bəlkə də yaxın aylarda və ya günlərdə regionu tərk edə bilər. Ola bilsin ki, səfirin vurğuladığı danışıqlar bu məsələni əhatə edir. Amma düşünürəm ki, kontingent xidməti müddətin sonuna kimi, yəni 2025-ci ilə qədər burada qalacaq. Çünki onlar qarşıdakı bir ildə Azərbaycana qayıtmaq istəyən, reinteqrasiyanı və Azərbaycan dövlətinin şərtlərini qəbul edən erməni əhalisi üçün ölkəmizlə birgə təhlükəsizlik amili kimi də çıxış edə bilərlər. Həmin ermənilər üçün ola bilsin ki, ilkin mərhələdə bir vaxt sınağı müddəti mahiyyəti daşıya bilər. Bu müddətdə də Rusiya sülhməramlıları onlara yardım göstərə bilərlər. Amma bunun da bir müddəti və şərtləri var”.
Politoloq vurğulayıb ki, 2020 -ci il üçtərəfli Bəyanatında bununla bağlı bütün detallar əksini tapıb. “Azərbaycan altı ay qabaq Rusiyaya sülhməramlılarının regionu tərk etməsi ilə bağlı müraciət edə bilər. Hazırda ermənilər üçün müəyyən “vaxt dəhlizi” saxlanılır. Əgər həmin ermənilər Azərbaycan torpaqlarında Azərbaycan qanunları əsasında yaşamaq istəməsələr rus sülhməramlılarına da gərək qalmayacaq. Müvafiq müddətdə onlar regionu tərk edəcəklər”, - deyə İ. Vəlizadə bildirib.
S.İSMAYILZADƏ
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
04 May 12:43
Dünya
04 May 12:31
Gündəm
04 May 12:25
İdman
04 May 12:18
Dünya
04 May 12:02
Hadisə
04 May 11:46
İqtisadiyyat
04 May 11:16
Sosial
04 May 11:12
Dünya
04 May 10:53
YAP xəbərləri
04 May 10:49
Elm
04 May 10:41
YAP xəbərləri
04 May 10:23
Dünya
04 May 10:20
Dünya
04 May 09:42
Dünya
04 May 09:17
Dünya
04 May 08:59
Siyasət
04 May 08:29
Dünya
03 May 23:16
Dünya
03 May 22:41
Dünya
03 May 21:27
Dünya
03 May 20:18
Gündəm
03 May 19:45
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
YAP xəbərləri
02 May 18:39
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31

