Qərbin Ermənistan “oyunu”
14.02.2024 [10:40]
Yeni müharibə İrəvan üçün faciə vəd edir
Fevralın 12-də baş verən təxribat hadisəsi bir sıra güclərin “sülhsüz Qafqaz” planının yeni ştrixlərini ortaya çıxardı. Belə ki, son zamanlarda Azərbaycana qarşı həyata keçirilən, lakin bütövlükdə Cənubi Qafqazda sülhə və təhlükəsizliyə təhdid yaradan “silahlandırma” kampaniyasının miqyasının genişləndirilməsi, Ermənistana bu və ya digər şəkildə “dəstəyin” ifadə olunması Azərbaycanın yeni müharibəyə təhrik edilməsi kimi də anlaşıla bilər. Xüsusilə, Azərbaycanın ötən il suverenliyini təmin etməsi faktının ardından ölkəmizə qarşı aparılan kampaniyalar bir daha göstərdi ki, dünyanın bəzi gücləri Cənubi Qafqazda yaranan yeni reallıqların onların nəzarətində olmaması faktı ilə razılaşa bilmir. Proseslərin inkişafını tam olaraq özünün təsirində saxlamağa çalışan həmin güclər müəyyən təzyiqlər yolu ilə istəyinə nail olmağa çalışsalar da, bunu bacarmadılar. Özünün milli maraqlarına istinad edən və müstəqil xarici siyasət kursunu uğurla davam etdirən Azərbaycan bölgədə yeni, eyni zamanda sabitliyə, əməkdaşlığa və sülhə istiqamətlənmiş siyasi reallıqlar yaratdı.
Yaxın Orta Şərqin ardından Cənubi Qafqaz...
Görünən isə odur ki, Qərb Yaxın Şərqdə vəziyyəti gərginləşdirdiyi kimi, Cənubi Qafqazda da münaqişə ocağı yaratmağa çalışır, burada da oxşar qanlı proseslərin cərəyan etməsinə zəmin hazırlayır. Qərb ayrı-ayrı regionların sülh və təhlükəsizlik şəraitində yaşamasına ən böyük maneə kimi çıxış edir və bunu öz niyyəti uğrunda mübarizəyə çevirir. Qərbin iştirakı və birbaşa rolu əsasında başlanan İraq müharibəsi, Liviya çevrilişi, bütövlükdə “Ərəb baharı”, Əfqanıstan hadisələri və saydıqca bitməyən qarşıdurmalar “virtual patronajlıq” hissinin görünən tərəfidir. Aylardır Qəzzada baş verənlərin ssenari müəllifi də Qərbdir. Rusiya-Ukrayna qarşıdurmasını alovlandıran və bu alovu sönməyə qoymayan da məhz Qərbdir. Qəzzaya yönəlik bəyanatlarında qızışdırıcı mövqedən çıxış edən, tələm-tələsik Qəzzanın bombalanması (niyəsə boşaldılmadan öncə) üçün maliyyə vəsati ayırmaq üçün hərəkətə keçən də Qərbdir. Bu sadalanan faktlar bir daha onu göstərir ki, Qərb öz maraqları uğruna sülh və sabitliyi qurban verməyə hazırdır. Xüsusilə, bu maraq həm də iqtisadi və ticari xarakter daşıyarsa.
Azərbaycan bütün gizli planları yerlə-yeksan edir
Bu gün Azərbaycanın bölgədə formalaşdırdığı yeni münasibətlər sistemi Qərbin Avroasiya coğrafyasının mühüm bir hissəsi üçün hazırladığı planları yerlə-yeksan edir. Uzun illərdir ki, lokal müharibə və münaqişələrlə regiona nəzarət edən Qərb bu gün fərqli mənzərə qarşısındadır. Azərbaycan artıq həmin coğrafiyada yeni münasibətlər sistemi, yeni əməkdaşlıq platformaları hazırlayır. Və beləliklə, Qərb bəlkə də az-az rastlaşdığı bir tablo ilə qarşılaşır: proses Qərbin planı üzrə inkişaf etmir. Belə olan halda isə zəif bənd kimi yenidən Ermənistan qurban seçilir.
Bəli, Fransa və “dəstəkçiləri” birmənalı şəkildə Cənubi Qafqazda sülhün formalaşmasına qarşı mövqe tutmaqdadır. Ötən ilin əvvəlində Aİ “missiyası” adı altında kəşfiyyat qrupunun Ermənistanın daxilində yerləşdirilməsi, yarımhərbi -yarımmülki missiyanın tərkibinin get-gedə genişləndirilməsi onların əsl məramını üzə çıxarır. Qərb Cənubi Qafqazda şəxsi korporativ maraqlarının təmini üçün regionun sülh və təhlükəsizlik müstəvisində inkişafına qarşıdır. Ortaya qoyulan mövqe bunu deməyə tam əsas verir.
- Qərb dünyası Şərq-Qərb tranziti üzərində Ermənistanın sərhədləri hesabına özünün “stansiyasını” formalaşdırmaq istəyir;
- Yeni iqtisadi düzənin ən əsas logistik marşrutunu nəzarət altında saxlamağa çalışır;
- Qərbin ənənəvi siyasi alətinə çevrilmiş “qarşıdurmaları körüklə” metodundan istifadə etməklə Cənubi Qafqazı gərginlik altında saxlamağa niyyətlənir.
Beləliklə, ştrixlər tam şəkildə ortaya çıxır. Bu gün Azərbaycana qarşı müharibəni körükləyənlərin alt məqsədləri bəlli olur.
Rusiya və İran sakit qarşılamayacaq...
Eyni zamanda, bu münaqişə ocağının Rusiya və İran sərhədlərində alovlanması gərginlik arealının miqyasının daha da genişlənməsinə gətirib çıxara bilər. Görünən odur ki, Qərb artıq Ermənistanı açıq şəkildə təxibatlara sövq etməyə başlayır. Amma nə Rusiya, nə də İranın bu məsələni “susqun” izləməsi mümkün görünmür. Hətta Ermənistanla əlaqələrin hansı müsbət motivlərə əsaslanmasından asılı olmayaraq bu ölkələr regionda “Qərb nəfəsi”nin bu qədər yaxından eşidilməsinin tərəfdarı kimi çıxış etməyəcək. Ermənistanda böyük ehtimalla yaradılması nəzərdə tutulan kəşfiyyat laboratoriyaları, gizli bazalar, radarlar və hərbi qurğular regionda böyük qarşıdurmalara yol açma ehtimalı formalaşdırır. Bir sözlə, Ermənistan regionda böyükmiqyaslı qarşıdurmalara rəvac verməkdədir. Rusiya və İran Qərbin Ermənistanda hərbi mövcudluğuna dözməyəcək - Ermənistanı isə ən yaxşı halda ən pis aqibət gözləyəcək.
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxDünya
23 Avqust 23:15
Gündəm
23 Avqust 22:50
Dünya
23 Avqust 22:47
Gündəm
23 Avqust 22:35
Dünya
23 Avqust 21:57
Gündəm
23 Avqust 21:35
Dünya
23 Avqust 21:35
Ədəbiyyat
23 Avqust 21:05
Gündəm
23 Avqust 20:54
Dünya
23 Avqust 20:53
Gündəm
23 Avqust 20:35
Dünya
23 Avqust 20:32
Gündəm
23 Avqust 20:18
Dünya
23 Avqust 19:59
Dünya
23 Avqust 19:38
Gündəm
23 Avqust 19:22
Gündəm
23 Avqust 19:05
İqtisadiyyat
23 Avqust 18:57
Elm
23 Avqust 18:26
Gündəm
23 Avqust 18:15
Elm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Gündəm
23 Avqust 15:59
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:39
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37

