/ / ABŞ-Azərbaycan münasibətləri regional təhlükəsizlik və terrorizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir
ABŞ-Azərbaycan münasibətləri regional təhlükəsizlik və terrorizmə qarşı mübarizədə böyük əhəmiyyət kəsb edir
16.05.2012 [01:50]
O demişdir: “Dostluğunuza, dəstəyinizə görə təşəkkür edirəm. Bu dəstək heç vaxt unudulmayacaq. Regional təhlükəsizliyin təmin edilməsi və terrorizmə qarşı mübarizənin gücləndirilməsi baxımından bu tərəfdaşlıq dünya təhlükəsizliyi üçün çox vacibdir. Bu gün haqqında danışacağım mövzu ştatımız və Azərbaycan üçün mühüm məsələdir. Enerji sənayesi barədə danışmaq istəyirəm. Azərbaycan kimi Luizianada da neft və qaz istehsalatın əsas hissəsidir. Amerikanın neft və qaz ehtiyatlarının 30 faizi Luizianada istehsal olunur və ya bu şatatın sahillərindən ölkənin digər yerlərinə ötürülür.
Əlbəttə, hər ikimizin iqtisadiyyatımızı şaxələndirməyə ehtiyacı var və biz bunu edirik. Lakin dünyanın sizin ölkənizin və bizim ştatımızın neft və qaz ehtiyatlarına ehtiyacı var. Onlar bizim nəqliyyat vasitələrimizi yanacaqla, evlərimizi istiliklə təmin edir. Mən həqiqətən də inanıram ki, biz dünyamızı enerji ilə təmin edirik. Buna nüvə enerjisi, külək və günəş enerjisi, bioyanacaqlar, bərpa olunan enerji və kömür daxildir. Həqiqət ondan ibarətdir ki, bu gün neft və qaz dünya iqtisadiyyatının əsasını təşkil edir və bu, gələcək onillikdə də belə olacaq. Artıq sabahın texnologiyasına sərmayə qoymağın vaxtı gəlib çatıb.
Luizianada bu istiqamətdə görülən işlər barədə sizə məlumat vermək istərdim. Biz enerji istehsalatına qoyulan sərmayənin və bunun nəticəsində on minlərlə iş yerinin açılmasının nəticələrini gördük. Amerikanın daxili neftinin 33 faizi Meksika körfəzindən gəlir. Siz neft istehsalında texnoloji çətinlikləri düşünən vaxtlarda biz ölkənin qalan hissəsi üçün 10 il idi ki, enerji istehsal edirdik. Neft-qazın 80 faizi və təbii qazın 45 faizi əməliyyatlardan və dərin sulardan əldə olunur. Bu gün biz qazma proseslərində müasir texnologiyalardan istifadə edirik. 7 il bundan öncə bunu təsəvvür etmək belə mümkün deyildi.
Luiziananın neft və qaz sənayesi təkcə bizim xalqı enerji ilə təmin etmək üçün deyil, eyni zamanda, yüksək ödənişli yeni iş yerlərinin açılmasına da şərait yaradır. Bəzi cəmiyyətlərdə hər üç işdən biri neft və qaz sənayesi ilə bağlıdır. Bizim neft və qaz sahələrində çalışan işçilərimiz 1 ilə 12,7 milyard dollar əməkhaqqı qazanırlar. Neft sənayesi Azərbaycan üçün önəmli olduğuna görə biz bu sahə üzrə birgə çalışmalıyıq. Bu yolla sənayedə uğur əldə etmək olar. Məsələn, biz hökumətimizin daha səmərəli, daha faydalı və daha az xərclə fəaliyyət göstərməsi üçün bir sıra işlər görmüşük. Biz dövlət xərclərini 26 faizə kimi, tam iş günü çalışan dövlət işçilərinin sayını isə 10 mindən çox azaltmışıq. Hazırda dövlət dairələrində son 25 ildə qeydə alınan ən az sayda dövlət işçisi çalışır. Xərcləri azaltmaq iqtisadiyyatımızı inkişaf etdirmək üçün həyata keçirdiyimiz yeganə tədbir deyildir. Xüsusi sessiyada mən qanunvericiləri biznes vergilərini də azaltmağa səslədim. Biz emal, avadanlıq və ləvazimat satışları üzrə dövlət vergisini, təbii qazın satışı üzrə vergini aradan qaldırdıq. İşçi qüvvəsi üçün treninq proqramlarını inkişaf etdirdik.
Bu islahatların nəticəsində iqtisadiyyatımız digər iqtisadiyyatları üstələyir. Biz investisiya yatırmaq və yeni iş yerləri açmaq üçün ən yaxşı biznes mühitinə malik yerlər axtarırıq. Geriləməyə baxmayaraq, Luizianada əvvəlki dövrlərlə müqayisədə daha çox insan çalışır. Biz Luizianada enerji istehsalı, emalı və çatdırılma sahələrində hər gün müsbət irəliləyişlər müşahidə edirik. Vacib bir məsələyə toxunmaq istərdim. Mən idarədə çalışdığım birinci il ərzində təbii qaz qiymətləri 13-14 dollar arasında dəyişirdi, indi isə bu rəqəm 2 dollara düşmüşdür. 2010-cu ildə satışımız 1994-cü ildən bəri ilk dəfə olaraq 2 trilyon kubfut qaz istehsal etmişdir. 2011-ci ildə isə biz 2,9 trilyon kubfut təbii qaz istehsal etmişik.
ölkəmizin nəhəng dəmir şirkətləri ştatımıza təxminən 3,4 milyard dollar sərmayə yatıracaqlarını bəyan edirlər. Bu da ştatımızın tarixində ən iri iqtisadi inkişaf layihəsinin həyata keçirilməsi çərçivəsində minlərlə yeni iş yerlərinin açılması deməkdir. “Union Pacific Railroad” da daxil olmaqla neft-kimya sənayesinin genişləndirilməsinə dəstək olmaq üçün digər şirkətlər də sərmayə yatırırlar. Sizin ölkəniz kimi biz də iqtisadiyyatımızı şaxələndirmək, digər sektorlara sərmayə yatırmaq və insanlarımız üçün daha faydalı iş yerləri açmaq məqsədilə neft və qaz ehtiyatlarından istifadə edirik. Marağımızda olan məsələ odur ki, hökumət insanları iş yerlərinə qaytarmaq üçün faydalı tərəfdaş olmalıdır.
Fikrimi yekunlaşdırmazdan öncə, sizi Luizianaya səfərə və ştatımızı öyrənməyə dəvət edirəm. Sizin neft və qaz şirkətlərinizlə çox yaxşı münasibətlərimiz oldu. Sizin də neft-kimya sənayesinə investisiya yatırmaq sahəsində bizim gördüyümüz bir çox işləri həyata keçirdiyinizi görmək sevindirici amildir. Biz birgə işləmək, texnologiyaları, təcrübələri bölüşmək istiqamətində müzakirələr apardıq”.
Bobbi Cindal,
ABŞ-ın Luiziana ştatının qubernatoru
Xəbər lenti
Hamısına baxGündəm
09 Sentyabr 10:42
Gündəm
09 Sentyabr 10:37
Mədəniyyət
09 Sentyabr 10:36
YAP xəbərləri
09 Sentyabr 10:34
İqtisadiyyat
09 Sentyabr 10:24
Gündəm
09 Sentyabr 09:52
Analitik
09 Sentyabr 09:17
Sosial
09 Sentyabr 08:53
Elm
09 Sentyabr 08:31
İdman
09 Sentyabr 07:59
Dünya
09 Sentyabr 07:58
Dünya
09 Sentyabr 07:56
Hadisə
09 Sentyabr 07:41
Dünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15

