ABŞ Azərbaycanla münasibətlərə böyük önəm verir
20.02.2024 [10:10]
Görüşə vaxt ayırdığı üçün Antoni Blinken Prezident İlham Əliyevə təşəkkür edib
Bu günlərdə 60-cı Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyanın Münxen şəhərində səfərdə olan Prezident İlham Əliyev burada ayrı-ayrı ölkələrin dövlət başçıları, nüfuzlu beynəlxalq qurumların, eləcə də transmilli şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlər keçirir. Bu görüşlər bir qayda olaraq qarşı tərəflərin istəyi ilə baş tutur ki, bu da öz növbəsində Azərbaycanın və onun Liderinin dünyada artan nüfuzunu bir daha təsdiqləyir. Prezident İlham Əliyevin Münxendə həmçinin qarşı tərəfin müraciətinə əsasən Amerika Birləşmiş Ştatlarının (ABŞ) Dövlət katibi Antoni Blinken və bu ölkənin digər rəsmiləri ilə görüşləri olub. Dövlətimizin başçısının Münxen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ rəsmiləri ilə görüşüb müzakirələr aparması ikitərəfli münasibətlərin möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Əməkdaşlığın böyük tarixi var
Azərbaycanın müstəqillik tarixi cəmi üç onilliyi əhatə edir. Ötən dövrdə respublikamız həm Qərb dünyasının, həm də İslam coğrafiyasının əksər dövlətləri və mötəbər beynəlxalq təşkilatlarla qarşılıqlı maraqlar əsasında sıx münasibətlər qurmağa nail olub. Bu gün Azərbaycan dünyada özünün milli maraqlarını qətiyyətlə qoruyan, eyni zamanda beynəlxalq həmrəyliyin güclənməsinə sanballı töhfələr verən güclü və ləyaqətli dövlət kimi tanınır.
O cümlədən Amerika Birləşmiş Ştatları Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlərin dərinləşməsinə böyük önəm verir. ABŞ ilə Azərbaycan arasında əməkdaşlıq və tərəfdaşlığın böyük tarixi var. Respublikamızın müstəqilliyi illərində Azərbaycanla ABŞ arasında yaxşı münasibətlər formalaşıb. İki ölkə arasında siyasi dialoq yüksələn xətlə inkişaf edib. Eyni zamanda, ötən dövrdə iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsinə adekvat olaraq qarşılıqlı maraqlar əsasında geniş iqtisadi əlaqələr qurulub. Enerji sektoru Azərbaycanla ABŞ arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətini təşkil edir. Bu ölkənin şirkətləri Azərbaycanın Xəzərdəki zəngin karbohidrogen yataqlarının işlənilməsi üzrə imzalanan layihələrdə iştirak edirlər. Prezident İlham Əliyev Azərbaycanın təşəbbüsləri ilə reallaşdırılan enerji layihələrinə, o cümlədən də “Əsrin müqaviləsi”nə, Bakı-Tbilisi-Ceyhana, Cənub Qaz Dəhlizinə ABŞ-ın siyasi və maddi dəstəyini dəfələrlə diqqətə çatdırıb.
Öz növbəsində ABŞ rəsmiləri də ölkələrinin respublikamızla münasibətlərinin dərinləşməsində maraqlı olduğunu diqqətə çatdıraraq Azərbaycanın beynəlxalq miqyasda əməkdaşlığın və təhlükəsizliyin təmin olunmasında vacib rol oynadığını yüksək dəyərləndirirlər. Prezident Cozef Bayden 2023-cü ildə Azərbaycanın Müstəqillik Günü ilə əlaqədar dövlətimizin başçısına ünvanladığı təbrik məktubunda vurğulayıb ki, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib. Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. ABŞ Prezidentinin məktubunda həmçinin qeyd olunub ki, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. “Qarşıdan gələn ildə təhlükəsizlik və iqtisadi əməkdaşlığımızın dərinləşdirilməsi də daxil olmaqla, tərəfdaşlığımızı daha da gücləndirməyi həvəslə gözləyirəm”, - deyə C.Bayden qeyd edib.
Əlbəttə, əlaqələrin bütün dövrlərdə rəvan inkişaf etdiyini söyləmək mümkün deyil. Xüsusilə də müstəqilliyimizin ilk illərində ABŞ-da erməni lobbisinin təsiri altında qəbul olunan “Azadlığa dəstək Aktına 907-ci düzəliş” adlı sənəd Vaşinqton-Bakı münasibətlərinin inkişafında mənfi rol oynayıb. Eləcə də Azərbaycan Qarabağda antiterror tədbirləri keçirdikdən sonra ABŞ-ın ayrı-ayrı rəsmilərindən ikitərəfli münasibətlərin ruhuna zidd olan bəyanatlar səsləndirilib. Azərbaycan ABŞ-ın postmüharibə mərhələsində sülhyaratma prosesinə töhfə vermək səylərini yüksək dəyərləndirərək Vaşinqton platformasında danışıqlarda fəal iştirak edib. Bununla belə, yenə də ölkəmizin günahı olmadan Vaşinqton platformasında da nəticə əldə etmək mümkün olmayıb.
Ancaq artıq ABŞ tərəfdən də müəyyən müsbət siqnallar gəlir. Həmin siqnallara istinadən münasibətlərdə müəyyən anlaşılmazlıqlar yaradan məsələlərin artıq keçmişdə qaldığını deyə bilərik. Xoş olmayan səhifələri bağlamaq və gələcəyə baxmaq lazımdır. Hər iki tərəfdə başa düşülür ki, ölkələr arasında münasibətlərin irəliyə aparılması, siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivlər mövcuddur.
Münxendə üç pozitiv görüş
Prezident İlham Əliyevin Münxen Təhlükəsizlik Konfransında ABŞ-ın Dövlət katibi Antoni Blinken ilə bir araya gəlməsi dövlətimizin başçısının bu ölkənin yüksəksəviyyəli rəsmiləri ilə yeganə görüşü olmadı. Qeyd edək ki, Münxen səfəri çərçivəsində Prezident İlham Əliyevin ABŞ-ın 3 rəsmisi ilə görüşü baş tutub. Prezident İlham Əliyevin dövlət katibi A.Blinkenlə yanaşı, ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsi Con Kerri və Cozef Baydenin qlobal infrastruktur və enerji təhlükəsizliyi üzrə xüsusi koordinatoru Amos Hoxşteynlə də görüşləri olub. Bir daha vurğulamaq istərdik ki, bu görüşlər məhz qarşı tərəfin müraciətləri əsasında baş tutub. Dövlət katibi Antoni Blinken görüşə vaxt ayırdığına görə Prezident İlham Əliyevə xüsusilə təşəkkür edib.
Bu, ABŞ tərəfinin də Azərbaycanla münasibətlərin dərinləməsinə böyük önəm verdiyini bir daha təsdiqləyir. Dövlət katibi və digər rəsmilərlə görüşlərin pozitiv keçməsi ikitərəfli əlaqələrin inkişaf perspektivlərinin yüksək olduğunu nümayiş etdirir. Cari ilin ikinci yarısında ölkəmizin ev sahibliyi edəcəyi COP29 iki ölkə arasında əməkdaşlıq üçün daha böyük imkanlar yaradır. Bu, BMT-nin ən genişmiqyaslı dövlətlərarası tədbirlərindəndir. Azərbaycan COP29-a ev sahibliyi hüququnu ötən il dekabrın əvvəlində Dubayda təxminən 100 min qonağın iştirakı ilə baş tutan COP28 çərçivəsində qazanıb. Beynəlxalq birlik bu hüququ Azərbaycana verməklə ölkəmizə və onun Liderinə olan böyük inamını növbəti dəfə nümayiş etdirib.
Eyni zamanda, hazırda Azərbaycanla Ermənistan arasında normallaşma prosesi öz axarı ilə davam edir. Müharibə başa çatıb. Qarabağ problemi artıq yoxdur. Mövcud vəziyyət Azərbaycan-Ermənistan əlaqələrinin tam potensialının üzə çıxarılması baxımından əhəmiyyətlidir. Azərbaycan da dəfələrlə bildirib ki, başqa niyyəti yoxdur. Biz regionda sülhün və sabitliyin tərəfdarıyıq. ABŞ da bu məsələni dəstəkləyirsə, ölkəmiz bunu yalnız alqışlayır.
Münxendə həmçinin ABŞ-Azərbaycan əlaqələrinin ikitərəfli mahiyyəti üzrə inkişaf etdirilməsi də müzakirə olunan əsas mövzulardan olub. Bu əlaqələr Ermənistan ilə Azərbaycan arasında prosesin əsirinə və ya hədəfinə çevrilməməlidir. Azərbaycan Prezidenti ilə ABŞ-ın dövlət katibi arasında baş tutan və pozitiv keçən görüş çərçivəsində qarşlılıqlı şəkildə belə bir niyyət və iradə ifadə olunub ki, əməkdaşlıq keyfiyyətcə yeni bir səviyyəyə qaldırılsın.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

