İslamofobiya və neokolonializmə qarşı ön sırada...
20.02.2024 [11:00]
Azərbaycan öz mübarizəsini davam etdirəcək
Hazırda dünyanın mənzərəsi olduqca mürəkkəbdir. Müəyyən beynəlxalq güclər milli dövlətləri özlərindən asılı vəziyyətə salmaq üçün siyasət aparır və bu da qarşıdurmalar, qanlı toqquşmalarla müşayiət olunur. Eyni zamanda, Avropada dini zəmində süni gərginliyin yaradılması - ictimai ziddiyyətlərin dərinləşdirilməsi cəhdləri mövcuddur. Bu da islamofobiyanın aşkar göstəriciləridir. Avropada müsəlmanların təqib və təhqir olunması artıq tendensiyaya çevrilib. Üstəlik, bu hərəkətlər spontan deyil, əvvəlcədən planlaşdırılmış qaydada və müəyyən siyasi dəstək əsasında edilir. Bu, həm də onu göstərir ki, Qərbdə, Avropada təkcə siyasi dəyərlər aşınmaya məruz qalmır, eyni zamanda, ideoloji, mənəvi və dini ayrı-seçkilik artır, sivilizasiyaların toqquşması tezisi təbliğ edilir.
İslamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq
Arzuolunandır ki, Qərb belə qarşıdurma ssenarilərinə son qoysun, islamofobiya, irqçilik, diskriminasiya əvəzinə tolerantlığı, multikulturalizmi seçsin, bəşəri dəyərləri təbliğ və təşviq etsin. Eynilə Azərbaycan kimi. Ölkəmizdə müxtəlif dinlərin və xalqların nümayəndələri sülh, əmin-amanlıq və mehribanlıq şəraitində yaşayırlar. Dünyada multikulturalizm mərkəzlərindən olan və tolerantlıq nümunəsi kimi çıxış edən Azərbaycan bu zəngin tarixi irsi əsasında sivilizasiyalar arasında dialoqun inkişafını təşviq edir, bu yolun qarşılıqlı əməkdaşlığa, inteqrasiyaya, sülh və təhlükəsizliyə xidmət etdiyini göstərir. Bütün bunlarla yanaşı, ölkəmiz dünyanın müxtəlif yerlərində islamofobiya meyllərinə hər zaman etiraz səsini ucaldıb. Bütün dünya ictimiyyəti, xüsusilə müsəlman ölkələri buna qarşı səssiz qalmamalıdır. Prezident İlham Əliyev fevralın 14-də andiçmə mərasimindəki çıxışı zamanı bildirib ki, dünyada islamofobiyaya qarşı mübarizədə ön sıralarda olmalıyıq. Bu, o deməkdir ki, Azərbaycan bundan sonra da Avropada mövcud olan bu zərərli tendensiya ilə bağlı prinsipial mövqeyini davam etdirəcək.
Dövlətimizin başçısı həmçinin neokolonializmə qarşı mübarizə aparan ölkələrin də yanında olmalı olduğumuzu vurğulayıb. Məlumdur ki, kolonializm bir ölkənin suverenliyinin başqa bir dövlət tərəfindən bu və ya digər formada məhdudlaşdırılması və sərvətlərinin talanmasıdır. XX əsrin əvvəllərindən etibarən dünyada müstəmləkəçilik əleyhinə mübarizə başlayıb. Birinci Dünya müharibəsindən sonra bu hərəkat daha da genişlənib, o cümlədən Asiyada, Şimali Afrikada, Yaxın Şərqdə milli-azadlıq hərəkatı geniş miqyas alıb. Lakin ayrı-ayrı güc mərkəzlərinin səyləri ilə müstəmləkəçiliyə qarşı mübarizə cilovlanıb. Düzdür, ənənəvi müstəmləkəçilikdə müəyyən forma dəyişikliklər? edilib, bununla belə, metropoliya dövlətləri tərəfindən mahiyyət saxlanılıb. Hazırda isə “yeni kolonializm” termini meydana çıxıb.
Demokratiyanın beşiyi, yoxsa müstəmləkəçi?
Kolonializm siyasətinin fəsadlarını müxtəlif aspektlərdən dəyərləndirmək mümkündür. Mənfi nəticələr yalnız asılı ölkələrin suverenliyinin məhdudlaşmasında, yeraltı və yerüstü sərvətlərinin talanmasında müşahidə edilmir. Fundamental insan hüquqlarının tapdanması müasir dövr müstəmləkəçiliyinin ən ağır təzahürüdür. Təzad bundan ibarətdir ki, müstəmləkəçi Qərb ölkələri demokratiyanı və insan hüquqlarının qorunmasını özlərinin fundamental prinsipləri kimi bəyan ediblər. Ancaq həmin ölkələr, Afrikada, Yaxın Şərqdə, Latın Amerikasında neokolonializmi davam etdirməklə insan hüquq və azadlıqlarına, ümumiyyətlə, məhəl qoymurlar.
Neokolonializm siyasətində Fransa ən pis nümunə ortaya qoyur. Hazırda 13 dənizaşırı ərazini müstəmləkəsi kimi idarə edən, həmçinin dünyanın müxtəlif qitələrində yerləşən keçmiş müstəmləkələrinin daxili işlərinə qarışan Fransa beynəlxalq təşkilatların və müstəqillik uğrunda mübarizə aparan xalqların uzun illərdir tələblərinə baxmayaraq, neokolonializm siyasətini davam etdirir. Bəşəriyyətin kolonializm tarixinin qanlı cinayətlərinin çoxu məhz Fransa tərəfindən törədilib. Fransanın fəal surətdə məşğul olduğu qul ticarəti insanlığın ən utancverici səhifələrindən biridir. Milyonlarla afrikalı bu ölkənin qul siyasətinin qurbanı olub.
Bir sözlə, özünü demokratiyanın beşiyi hesab etməsinə baxmayaraq, neokolonializm siyasəti həyata keçirən Fransa kimi ölkələr uzun illərdir beynəlxalq hüququn hamılıqla qəbul edilmiş ümumbəşəri prinsiplərinə hörmətsizlik nümayiş etdirərək insan hüquqlarını kobud şəkildə pozmaqda, xalqlar arasında barışın əldə olunmasına, sülh və əmin-amanlıq mühitinin yaranmasına mane olmaqda davam edir. BMT Baş Assambleyası tərəfindən 75 il əvvəl qəbul edilmiş və mütərəqqi müddəaların əhəmiyyətinə görə hələ də təməl sənədi hesab olunan Ümumdünya İnsan Hüquqları Bəyannaməsi irqindən, cinsindən, dilindən, dinindən, mənşəyindən və siyasi əqidəsindən asılı olmayaraq, bütün insanların bərabərliyinin təminini özündə ehtiva edir. Ümumbəşəri xarakterə malik olan həmin sənədin 4-cü maddəsinə əsasən heç kəs kölə və ya asılı vəziyyətdə saxlanıla bilməz, quldarlıq və qul ticarəti bütün formalarda qadağan edilir. Amma müasir dövrdə hələ də dünyada müstəmləkə siyasəti ilə məşğul olan ölkələrin mövcud olması təəssüf doğurur.
Azərbaycanın mövqeyi birmənalıdır
Bu məsələdə Azərbaycanın mövqeyi birmənalıdır. Ölkəmiz kolonializimin bütün təzahürlərini pisləyir və insan hüquq və azadlıqlarının qorunmasına böyük önəm verir. Neokolonializmi və o eybəcər tarixdən qalan amili tamamilə Yer üzündən silmək üçün öz dəstəyimizi göstərdiyimizi və göstərəcəyimizi bildirən dövlətimizin başçısı İlham Əliyev andiçmə mərasimində vurğulayıb: “Bunu neokolonializmin başında duranlar da bilsinlər ki, onlar əbəs yerə bizimlə soyuq savaşa çıxıblar. ...Bizə qarşı atılan addımlara adekvat addım atacağıq və bizə qarşı məkrli planlar hazırlayanlar əminəm ki, peşman olacaqlar”.
Bəli, ölkəmiz Fransanın müstəmləkəçi siyasətinə qarşı mübarizə aparan xalqların yanındadır və onlara dəstək verir. Qeyd edək ki, Fransa müstəmləkəçiliyinə qarşı yaradılan Bakı Təşəbbüs Qrupu qısa zaman kəsiyində mühüm işləri ilə seçilib. Ötən dövrdə hətta BMT müstəvisində bir sıra sənədləri yayan, Fransanın neokolonialist simasını ifşa edən Qrupun təşkilatçılığı ilə həm ölkəmizdə, həm də xaricdə bir sıra tədbirlər keçirilir. Bu istiqamətdəki tədbirlər bundan sonra da davam etdiriləcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 20:18
Maraqlı
03 May 19:25
Dünya
03 May 18:40
Sosial
03 May 18:16
İdman
03 May 18:14
Dünya
03 May 17:15
İdman
03 May 16:52
Maraqlı
03 May 16:39
Dünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
İqtisadiyyat
03 May 12:45
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
İdman
03 May 10:20
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50

