/ / Novruz Məmmədov: Anti-Azərbaycan kampaniyasında Qərbin müəyyən dairələrinin mövqeyi İranla üst-üstə düşür
Novruz Məmmədov: Anti-Azərbaycan kampaniyasında Qərbin müəyyən dairələrinin mövqeyi İranla üst-üstə düşür
25.05.2012 [00:29]
Gün.Az-ın verdiyi xəbərə görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bəyan edib.
“Hesab etmişik ki, Azərbaycan öz sərbəst siyasi kursunu yürüdən müstəqil dövlət kimi, beynəlxalq münasibətlərin bu rəngbərəng məcmusuna öz dəst-xəttini gətirəcək və biz buna nail olmuşuq. Azərbaycan geosiyasi nöqteyi-nəzərdən ən mürəkkəb bölgədə yerləşən dövlət kimi, öz daxili və xarici siyasətini uğurla həyata keçirərək böyük nailiyyətlərə imza atıb.
O, həm Şimal və Cənubla, həm də Qərb və Şərqlə normal və etibarlı münasibətlər qurmağı bacarıb. Və belə bir siyasət həyata keçirməklə, biz ölkəmizin inkişaf etməsinə nail ola bilmişik. Qərbin Azərbaycana gələn bütün sahibkarları bir ağızdan bizim uğurlarımızdan söz açırlar.
Lakin əfsuslar olsun ki, son vaxtlar Qərb KİV-ləri tərəfindən Azərbaycana qarşı tamamilə başqa cür münasibət müşahidə edirik. Mən bunu Qərb diplomatlarına bildirəndə, onlar belə bir qəribə arqumentlə özlərini doğrultmağa çalışırlar ki, guya Qərbdə tərifi sevmirlər, orada ancaq neqativ yazılarla maraqlanırlar, ona görə də jurnalistlər məhz bu işlə məşğul olurlar. Ancaq biz onlara deyirik ki, bizi tərifləmək lazım deyil, siz sadəcə həqiqəti yazın.
Biz belə prosesləri daha əvvəl də hiss etmişik, lakin Azərbaycan duetinin Düsseldorfda keçirilən “Eurovision” mahnı müsabiqəsində qələbə qazanması bəzi dairələrdə müəyyən kin və həsəd oyatdı və onlar sanki komanda şəklində bizə qarşı kampaniyanı gücləndirdilər.
İndi bu kampaniya özünün ən son həddinə yüksəlib, bu isə ondan xəbər verir ki, onlar heç cür özlərinin geosiyasi maraqlarını gizlədə bilmirlər. Lakin bizim bugünkü mövqeyimiz elədir ki, Azərbaycan bu maneələri də aşmağı bacaracaq. ölkəmiz çox keşməkeşli yollardan keçib və hesab edirəm ki, bu maneəni də adlayacaq”, - deyə o qeyd edib.
İsveçin Bakıdakı səfiri Mikael Erikssonun və bu ölkənin “Eurovision” müsabiqəsindəki təmsilçisi Lorinin Azərbaycanda insan hüquqları məsələsinə dair mövqeyinə toxunan N.Məmmədov bəyan edib ki, o, səfirlə görüş keçirib və görüşdə son 20 il ərzində Azərbaycan-İsveç münasibətlərinin inkişafından razılıq ifadə olunub və ölkələr arasında siyasi problemlərin olmadığı qeyd edilib.
“Mən ondan Qərbin Azərbaycana qarşı qərəzli mövqeyinin səbəbinin nədən ibarət olduğunu soruşdum. O, təxminən mənim yuxarıda dediyim kimi cavab verdi ki, Qərbdə müsbət materialları oxumağı xoşlamırlar. Lakin bununla yanaşı, səfir məni dəfələrlə əmin etdi ki, diplomatik etiketə uyğun gəlməyən heç bir şey deməyib və bu barədə XİN-i məlumatlandırıb”, - deyə N.Məmmədov vurğulayıb.
İranla münasibətlərə toxunan Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, bu ölkə ilə bağlı son proseslər rəsmi Bakıda təəssüf hissi doğurur.
“Ona görə ki, ümummilli lider Heydər Əliyev də, hazırkı Prezident İlham Əliyev də daim İranla münasibətlərə xüsusi diqqət ayırıb. Yəni, biz həmişə İranla dost və mehriban qonşuluq siyasətinin lehinə çıxış etmişik və imkan olduqca bu ölkəyə hətta onun nüvə proqramı məsələlərində belə dəstək göstərmişik.
Buna görə də, bizim münasibətlərimiz daim konstruktiv və etibarlı xarakter daşıyıb. Lakin təəssüf ki, son vaxtlar “Eurovision” müsabiqəsində qələbəmizdən sonra İranın bizə qarşı münasibəti dəyişdi. Müxtəlif bəyanatlar səslənməyə, müxtəlif aksiyalar və s. keçirilməyə başladı.
Və bu bir gün deyil, bir ay deyil ki, davam edir - bizə qarşı belə münasibət artıq daimi xarakter almaqdadır.
Başqa bir faktı diqqətinizə çatdırım - son vaxtlar İran Azərbaycana qarşı yayım aparan üç radio kanalı yaradıb. Bunlar “Təbriz Radiosu”, “Tehran Radiosu” və “Aran Radiosu”dur. Yəni, biz Azərbaycan əleyhinə məqsədyönlü kampaniyanın şahidi oluruq.
İran tərəfinin öz bəyanatlarında bizi nədəsə ittiham etməyə çalışması, lakin özünün son aylarda bizə qarşı apardığı antiazərbaycan kampaniyasına heç bir şəkildə reaksiya göstərmək istəməməsi bizdə heyrət doğurur.
Məgər onların öz problemləri belə azdır ki, indi də Azərbaycanın işlərinə qarışırlar? Axı Azərbaycan heç vaxt qonşu İranın işlərinə müdaxilə etməyib və həmişə onunla dost münasibətdə olmaq istəyib. Yaxşı olardı ki, İran öz çoxmilyonlu azərbaycanlı əhalisinin problemləri, onların doğma dillərində təhsil alması, Urmiya gölünün qurudulması ilə əlaqədar yaranan ekoloji problemlər və bir çox başqa məsələlərlə məşğul olsun.
Bir daha bildirim ki, dinlə qarışdırılan geosiyasi iddialar hələ heç bir ölkəyə xeyir gətirməyib. Biz ki, öz növbəmizdə, bütün qonşularımızla dost münasibətdə olmaq və onlarla sülh şəraitində yaşamaq istəyirik. Lakin bununla yanaşı, heç kimin bizim işlərimizə qarışmasına imkan vermərik. İran tərəfi bizi nədəsə ittiham etmək əvəzinə, qoy öz hərəkətlərinə diqqət yetirsin.
Dindən siyasi silah kimi istifadə etməyə də gərək yoxdur. Biz İranın siyasi, hərbi və dini xadimlərinin dilindən rəhbərliyimizin ünvanına dəfələrlə təhqiramiz ifadələr eşitmişik.
Məgər onlar bunun cavabını alacaqlarını düşünmürdülər? Hansısa işi görməzdən əvvəl fikirləşmək və nə ilə nəticələnəcəyini nəzərə almaq lazımdır. Bu gün Azərbaycan çiçəklənən və inkişaf edən, öz mənəvi və dini dəyərlərinə hörmət edən bir ölkədir.
ölkəmiz bu gün sədrlik etdiyi BTM Təhlükəsizlik Şurası kimi mühüm təşkilatda bütün bölgəni təmsil edir. Eyni zamanda, onun uğurlarına sevinmək əvəzinə, biz tamamilə başqa bir münasibət görürük. Azərbaycana qarşı düşmən mövqedə duran bu dairələr əvvəllər də bizə qarşı yalnış qənaətdə idilər, lakin biz onlara fikir vermirdik.
Lakin onlar inkişafımızı görərək son vaxtlar bizə qarşı genişmiqyaslı kampaniyaya başlayıblar. Bu kampaniyada Qərbin müəyyən dairələrinin mövqelərinin İranın mövqeyi ilə üst-üstə düşməsi Dağlıq Qarabağ probleminin həlli məsələsində də olduğu kimi təzadlıdır.
Onların hamısı artıq 20 ildən artıqdır ki, ərazilərimizin 20 faizini işğal edən ölkəni dəstəkləyirlər. Nə deyə bilərəm, bax bu qüvvələr həsəd içində boğulacaqlar. Və heç bir qüvvə bizim inkişafımıza mane ola bilməz”, - deyə N.Məmmədov bildirib.
Xəbər lenti
Hamısına baxDünya
26 Aprel 17:25
Dünya
26 Aprel 16:41
Gündəm
26 Aprel 16:37
Elm
26 Aprel 15:26
Hadisə
26 Aprel 14:50
Sosial
26 Aprel 14:29
İdman
26 Aprel 13:37
Sosial
26 Aprel 12:28
Sosial
26 Aprel 12:19
Dünya
26 Aprel 11:34
Gündəm
26 Aprel 11:29
Dünya
26 Aprel 10:22
Dünya
26 Aprel 09:41
Dünya
26 Aprel 08:38
Elm
26 Aprel 07:07
Maraqlı
25 Aprel 23:18
Maraqlı
25 Aprel 22:40
Dünya
25 Aprel 21:24
Sosial
25 Aprel 20:17
Dünya
25 Aprel 19:32
Siyasət
25 Aprel 19:25
Dünya
25 Aprel 18:56
Dünya
25 Aprel 18:20
Maraqlı
25 Aprel 17:45
Dünya
25 Aprel 17:28
Siyasət
25 Aprel 17:22
Dünya
25 Aprel 16:30
Mədəniyyət
25 Aprel 16:04
Gündəm
25 Aprel 15:52
Dünya
25 Aprel 15:46
Siyasət
25 Aprel 15:38
Dünya
25 Aprel 15:22
Siyasət
25 Aprel 15:17
Siyasət
25 Aprel 15:16
Siyasət
25 Aprel 15:15
YAP xəbərləri
25 Aprel 15:08
Dünya
25 Aprel 14:49
Dünya
25 Aprel 14:17
Sosial
25 Aprel 13:53
Gündəm
25 Aprel 13:38
Diaspor
25 Aprel 13:25
Gündəm
25 Aprel 12:49
Gündəm
25 Aprel 12:20
Gündəm
25 Aprel 11:53
İqtisadiyyat
25 Aprel 11:37
Gündəm
25 Aprel 11:13
Gündəm
25 Aprel 10:59
Gündəm
25 Aprel 10:35
Ədəbiyyat
25 Aprel 10:12
Analitik
25 Aprel 09:54
İqtisadiyyat
25 Aprel 09:32
Sosial
25 Aprel 09:16
Ədəbiyyat
25 Aprel 08:50
Ədəbiyyat
25 Aprel 08:38
Dünya
25 Aprel 07:48
Dünya
25 Aprel 07:25
İdman
25 Aprel 07:24
Siyasət
25 Aprel 07:16
Dünya
25 Aprel 07:14
Dünya
24 Aprel 23:42
Dünya
24 Aprel 23:35
Dünya
24 Aprel 23:17
Dünya
24 Aprel 22:41
Dünya
24 Aprel 22:30
Dünya
24 Aprel 22:19
YAP xəbərləri
24 Aprel 22:07
YAP xəbərləri
24 Aprel 21:54
Dünya
24 Aprel 21:50
YAP xəbərləri
24 Aprel 21:50
İdman
24 Aprel 21:37

