AŞPA səhvini düzəltməlidir!
28.02.2024 [10:30]
Macarıstan parlamentinin nümayəndə heyətinin rəhbəri Jolt Nemet və QDİƏT PA-nın Beynəlxalq Katibliyi təşkilatın rəhbəri Teodoros Rusopulosa məktub ünvanlayıb
Avropa Şurası Parlament Assambleyası (AŞPA) tərəfindən yanvar ayında Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin qəbul edilməməsi və onun ratifikasiya olunmaması müxtəlif ölkələr tərəfindən də etirazla qarşılanır. Məlumdur ki, bir müddət əvvəl Türkiyə Xarici İşlər Nazirliyi bəyanat yayaraq bu qərarı pisləyib. Bəyanatda Türkiyənin təşkilatın qərarından təəssüfləndiyi bildirilib. Qeyd olunub ki, bu qərar demokratik dəyərlərə uyğun gəlmir və təmsilçilik hüququna ziddir: “Aydındır ki, əməkdaşlıq və dialoq kanallarının bağlanması mənasını verən bu addım regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etməyəcək. Türkiyə AŞPA-nı bu səhvi tez bir zamanda düzəltməyə və Cənubi Qafqazda sülh səylərinə diqqət yetirməyə çağırır”.
Serbiyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyəti də AŞPA-nın Azərbaycan nümayəndə heyəti ilə bağlı qəbul etdiyi qətnaməyə görə Assambleyanın sədri Teodoros Rousopoulosa etiraz müraciəti ünvanlayıb. Eləcə də, Ərəb Parlamentinin sədri Adel bin Abdul Rahman Əl-Asumi, Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Mehmet Süreyya Er, Gürcüstan parlamentinin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Givi Mikanadze də ayrı ayrılıqda AŞPA sədri Teodoros Rusopulosa məktub ünvanlayıb. Məktublarda AŞPA-nın məlum qərarından narahatlıq ifadə edilir və təşkilata bu səhvini düzəltmək çağırışı olunur.
Fevralın 22-də isə Macarıstan Milli Assambleyasının Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA-nın sədri Teodoros Rusopulosa qurumun qış sessiyası zamanı Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiya olunmamasına dair qəbul etdiyi 2527 (2004) saylı qətnamə ilə əlaqədar məktub ünvanlayıb. Məktubda deyilir ki, Reykyavik Sammitində yenidən sadiqliyimizi bəyan etdiyimiz Avropa Şurasının Nizamnaməsinə uyğun olaraq, biz hamılıqla paylaşdığımız idealları, prinsipləri qorumaq və həyata keçirmək məqsədilə üzv dövlətlər arasında daha böyük birliyə nail olmağa çalışmalıyıq: “Bu birlik və onun gələcək perspektivləri üzv dövlətlərlə, onlar arasında həyata keçirilən dialoq vasitəsilə güclənir. Təəssüf ki, bu gün nümayəndə heyətlərinin qurumdan xaric edilməsi, həmçinin onlarla dialoqun dayandırılması halları bizim birgə səylərimizə zərbə vurduğundan Macarıstan nümayəndə heyəti adıçəkilən qətnamənin qəbulunda iştirak etməmək qərarına gəlib. Fikrimizcə, bu üsula yalnız bütün mövcud vasitələr tükəndikdə və heç bir nəticə əldə olunmadıqda, son çarə kimi müraciət edilməlidir”.
Qeyd olunur ki, bu qərarın qəbul olunması ilə son bir neçə ildə təşkilatla Nazirlər Komitəsi arasında yaradılmış konstruktiv qurumlararası dialoq və ümumi maraq doğuran mövzularda davamlı məsləhətləşmələrin aparılması təcrübəsi də sarsılıb, qurumun iki orqanı arasında inamsızlığın yaranmasına gətirib çıxarıb. Bu mənada, hesab edirik ki, Azərbaycan nümayəndə heyətinin qurumda iştirakı məsələsi təcili qaydada həll olunmalıdır.
“Biz əminik ki, aparılan son müzakirələr və Nazirlər Komitəsinin müvafiq qərarı da bu zərurəti əks etdirməkdədir”-deyən Macarıstan nümayəndə heyətinin rəhbəri Jolt Nemet AŞPA sədrini siyasi qruplarla birgə qətiyyətli addımlar atmağa və Azərbaycan parlament nümayəndə heyətinin təcili surətdə Parlament Assambleyasının işinə geri qayıtmasına icazə verməyə çağırıb. Bunun artıq qurumun aprel ayında keçiriləcək sessiyasında baş verməsi arzuolunan hesab edilib. Nemet əminliyini bildirib ki, belə bir addımın atılması Azərbaycana Avropa Şurasının məruzəçilərini ölkəyə dəvətə və onların səfərinin təşkilinə şərait yaratmaqla yanaşı, Parlament Assambleyasına ölkədə keçiriləcək növbəti parlament seçkilərini müşahidə etmək üçün dəvət göndərməyə də imkan verəcək. “Qeyd olunanların fonunda qış sessiyasında qəbul olunmuş 2527 (2024) saylı qətnaməyə bir daha etirazımızı bildirir, Azərbaycan nümayəndə heyətinin Parlament Assambleyasına geri qaytarılması istiqamətində davamlı səylər göstərmək məqsədilə şəxsən özümün və həmkarlarımın dəstəyini təklif edirəm”, - deyə o əlavə edib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) Beynəlxalq Katibliyi adından da Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) prezidenti Teodoros Rusopulosa məktub ünvanlanıb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məktub QDİƏT PA-nın vitse-prezidenti və qurumdakı Türkiyə nümayəndə heyətinin rəhbəri Fatih Dönmez, vitse-prezident və Albaniya nümayəndə heyətinin rəhbəri Petro Koçi, vitse-prezident və Gürcüstan nümayəndə heyətinin rəhbəri Ramaz Nikolaşvili, həmçinin Ukrayna nümayəndə heyətinin rəhbəri Anna Purtova, Serbiya nümayəndə heyətinin rəhbəri İqor Beçiç və Yunanıstan nümayəndə heyətinin rəhbəri Konstantinos Vlasisin adından göndərilib. Məktubda Teodoros Rusopulosa AŞPA-nın prezidenti seçilməsi münasibətilə təbrik ifadə olunur, həmçinin QDİƏTPA və AŞPA arasında əməkdaşlığın mövcud vəziyyətinə və perspektivlərinə toxunulur.
Qeyd olunur ki, ötən müddət ərzində QDİƏT PA demokratiya və qanunun aliliyinə hörmət edən Avropa institutları ilə faydalı əməkdaşlıq edib. Lakin təəssüf ki, həm QDİƏT PA-nın, həm də AŞPA-nın üzvü Azərbaycan AŞPA-da səsvermə hüququndan məhrum olunub. Məktub müəllifləri Cənubi Qafqazın aparıcı dövlətlərindən biri olan Azərbaycanın insan hüquqlarına hörmətlə yanaşdığını vurğulayaraq, yaxın gələcəkdə Azərbaycan nümayəndə heyətinin AŞPA-da səsvermə hüququnun bərpa olunacağına ümidlərini ifadə ediblər.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
03 May 15:22
Analitik
03 May 14:54
Elm
03 May 14:31
Dünya
03 May 13:40
Dünya
03 May 12:17
Dünya
03 May 11:49
Dünya
03 May 11:20
İdman
03 May 10:58
Dünya
03 May 10:36
Dünya
03 May 09:43
İqtisadiyyat
03 May 09:14
İdman
03 May 08:50
Elm
03 May 08:22
İdman
03 May 07:30
Elm
03 May 07:24
İdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18

