/ / Milli Aviasiya Akademiyası "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə İATA-nın regional tədris mərkəzi statusunu alıb
Milli Aviasiya Akademiyası "Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması" üzrə İATA-nın regional tədris mərkəzi statusunu alıb
31.05.2012 [22:44]
AzərTAc xəbər verir ki, bu münasibətlə dünən “Sheraton Baku” otelində tədbir keçirilib. Tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, İATA-nın Avropa, Rusiya və MDB üzrə baş təmsilçisi Şemi Daniel və İATA-nın Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və Azərbaycan üzrə baş təmsilçisi Cordan Karamalakov iştirak ediblər.
Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov çıxış edərək bildirib ki, Azərbaycan 1998-ci ildən İATA-nın tamhüquqlu üzvüdür: “ötən müddətdə bizim bir çox mütəxəssislərimiz İATA-nın kurslarında oxuyaraq sertifikatlar alıblar. Ancaq indi Azərbaycanın Milli Aviasiya Akademiyası bu statusu əldə edir. Milli Aviasiya Akademiyasının İATA-nın regional tədris mərkəzi statusuna layiq görülməsi uzun müddət aparılan işlərin nəticəsidir. Yanvar ayında Milli Aviasiya Akademiyası Avropanın Mülki Aviasiya Konfransının qərarı ilə Avropanın Mülki Aviasiya Tədris Mərkəzləri siyahısına daxil edilib. İndi isə İATA Milli Aviasiya Akademiyasını özünün tədris mərkəzləri sırasına qəbul edir. Bu, çox önəmlidir və böyük nailiyyətdir. Biz inanırıq ki, Milli Aviasiya Akademiyası digər istiqamətlər üzrə də İATA-nın standartlarına tam uyğunlaşacaq və bu bölgədə qurumun ən güclü regional tədris mərkəzlərindən biri olacaq”.
Azərbaycanın iqtisadi qüdrətinin gündən-günə artdığını vurğulayan İATA-nın Avropa, Rusiya və MDB ölkələri üzrə baş təmsilçisi Şemi Daniel qeyd edib ki, qurumun regional tədris mərkəzi statusunun Azərbaycanın Milli Aviasiya Akademiyasına verilməsi önəmli hadisədir: “çünki Azərbaycan Şərqlə Qərbin qovuşuğunda yerləşən bir məkandır. Həmçinin biz, “Azərbaycan Hava Yolları”nın beynəlxalq yük daşımalarında böyük rolunu da qeyd etmək istərdik. Sizin ölkəniz aviasiya sahəsində böyük nailiyyətlərə imza atır. Azərbaycanın sürətli iqtisadi artım tempi ilə yanaşı, milli aviasiyanızın da perspektivi bizə ümid verir ki, siz bu sahədə böyük nailiyyətlər əldə edəcəksiniz. Bu sahənin inkişafı üçün isə bizə yüksək hazırlıqlı kadrlar lazımdır. İATA-nın 80 ölkədə 400 tədris mərkəzi fəaliyyət göstərir. Əminəm ki, bu gün Milli Aviasiya Akademiyasına regional tədris mərkəzi statusu verən sertifikatın təqdim olunması da gələcəkdə qarşıya qoyduğumuz məqsədlərə çatmaqda bir təkan olacaq və Azərbaycanın iqtisadi inkişafına öz töhfəsini verəcək. Mən, həmçinin bu günlərdə Bakıda keçirilən “Eurovision-2012” mahnı müsabiqəsinin yüksək səviyyədə təşkil edilməsi münasibətilə də sizləri təbrik edirəm. Mənim ölkəm İspaniya müsabiqədə qalib gəlməsə də, sizin dünyaya nümayiş etdirdiyiniz möhtəşəm şounu böyük coşqu ilə izlədim”.
Sonra Milli Aviasiya Akademiyasına “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması” üzrə İATA-nın regional tədris mərkəzi statusunun verilməsi münasibətilə müqavilə imzalanıb. Müqaviləni “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Cahangir Əsgərov, Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev və İATA-nın Avropa, Rusiya və MDB üzrə baş təmsilçisi Şemi Daniel imzalayıblar.
İATA-nın Bolqarıstan, Qazaxıstan, Qırğızıstan və Azərbaycan üzrə baş təmsilçisi Cordan Karamalakov uçuşların təhlükəsiz şəraitdə yerinə yetiriləcəyinə əminliyini bildirərək, qurumun regional tədris mərkəzi statusunu təsdiqləyən sertifikatı Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayevə təqdim edib.
Milli Aviasiya Akademiyasının rektoru, akademik Arif Paşayev göstərilən etimada görə təşəkkür edərək, Akademiyanın qarşıya qoyulan məqsədlərin öhdəsindən layiqincə gələcəyini bildirib. Tədbirdə İATA-nın regional tədris mərkəzlərindən bəhs edən videoçarx nümayiş olunub.
İATA dünyanın bir çox inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrində “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması” üzrə özünün regional mərkəzlərini yaradıb. MDB ölkələri içərisində isə yalnız Rusiya və Ukraynada belə regional mərkəzlər fəaliyyət göstərir. “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasının da “Təhlükəli yüklərin hava nəqliyyatı ilə daşınması” üzrə İATA-nın tədris mərkəzi statusunu alması xüsusi önəm daşıyır. Bundan sonra Azərbaycan Mülki Aviasiyası kadrlarının təhlükəli yüklərin daşınması sahəsində beynəlxalq sertifikatlar əldə etməsi üçün imkan yaranıb.
Bundan başqa, xarici ölkələrin mülki aviasiya təşkilatları da öz kadrlarını sertifikatlaşdırmaq məqsədi ilə “Azərbaycan Hava Yolları” QSC-nin Milli Aviasiya Akademiyasına istiqamətləndirə biləcəklər ki, bu da ölkəmiz üçün böyük nailiyyətdir.
Milli Aviasiya Akademiyasının İATA-nın sertifikatını alması, həmçinin “Baku Karqo Terminal”ının bu sahədə tələb edilən kadrların bilik səviyyəsinin zəruri səviyyədə saxlanılması və təkmilləşdirilməsi məqsədi ilə tam spektri əhatə etməyə və müvafiq prosedurları xarici tədris mərkəzlərinə müraciət etmədən həyata keçirməyə geniş imkanlar açır. Bu status nəinki “Baku Karqo Terminal” üçün, eyni zamanda, yük aviadaşımalarında iştirak edən digər mülki aviasiya subyektlərinin, ekspeditorların və yük göndərən təşkilatların kadr hazırlığına olan ehtiyaclarının təmin edilməsinə də dəstək verəcək.
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35
Siyasət
01 Sentyabr 15:27
Siyasət
01 Sentyabr 15:03
Sosial
01 Sentyabr 14:58
Siyasət
01 Sentyabr 14:55
Gündəm
01 Sentyabr 14:53
Siyasət
01 Sentyabr 14:46

