ABŞ-ın “U” dönüşü...
13.03.2024 [11:10]
Ukraynanı müharibəyə sövq edənlər indi başqa “hava çalır”...
Son dövrlərdə Ukrayna-Rusiya müharibəsinin “siyasi platformasında” mühüm dəyişikliklər diqqəti çəkir. Məsələn, 2022-ci ildə, müharibə təzə başladığı dövrlərdə “anti-Rusiya koalisiyası” daha çox ABŞ-ın “patronajlığında” görünürdüsə, artıq rollar dəyişir. NATO-nun aktiv fəallığı gözə dəymir, daha çox Avropanın mərkəz ölkələrinin epizodik “yardım bəyanatları” səslənməkdədir. Bu “bəyanatlar” isə Fransa kimi siyasi ciddiliyini itirmiş dövlətlər tərəfindən istismar edilir ki, nəticədə ortaya hər hansı bir real fəaliyyət çıxmır. Məsələn, Makron özünün maraqları müstəvisində “Avropanın söz sahibi” kimi Ukraynaya qoşun yeridilməsi fikrini ortaya atır, cəmisi 24 saat sonra təkzib olunur. Və ya anti-Rusiya koalisiyasının “sərhədlərinin” genişləndirilməsi ilə bağlı “ müzakirəyə başladılır, cəmisi bir neçə gün sonra geri addım atılır. Bu isə, nəticə etibarı ilə Avropanın Ukraynaya hər hansı real köməyini istisna edir. Ən əsas məqam isə ondan ibarətdir ki, Avropanın hərbi gücü Rusiya ilə müqayisəolunmaz dərəcədədir - yəni, Avropa kontingentinin yardımları hətta intensiv xarakter daşısa belə, onlar Rusiya texnikasına bu və ya digər şəkildə uduzur.
Yardım gündəmdən çıxır...
Konkret olaraq, ABŞ-ın son mövqeyi mücərrəd xarakter daşıyır. Ötən ilin sonlarında təkəm-seyrək halda yardımlar edilirdisə, daha çox sözdə də olsa “silah yardımı” göstəriləcəyi ilə bağlı vədlər verilirdisə, 2024-cü ildən artıq bu da dayandarılıb. Konqresin Ukraynaya 60 milyardlıq yardımı təsdiqləməməsi və bu məsələnin üzərinə gedilməməsi onu göstərir ki, ABŞ Ukrayna məsələsini özü üçün qapatmaq üzrədir. Situasiya bəllidir: Prezident Bayden anlayır ki, Konqresdə Respublikaçılar tərəfindən bloklanmış yardımın açılması üçün israr edəcəyi təqdirdə, noyabrda keçiriləcək seçkilərdə məğlubiyyəti ilə razılaşmalıdır. Çünki Respublikaçıların yardımın blokalanması ilə bağlı arqumentlərinin əsasında “amerikalıların sosial problemlərinin önə çıxarılması” məsələsi dayanır. Bu mənada, Baydenin yardım paketinin reallaşması uğrunda “mübarizəsi” təxminən Amerika xalqının maraqlarına əks mövqe tutmaq kimi anlaşıla biləcək. Hətta bunu Vaşinqtonun “uzunmüddətli siyasi məqsədi” kimi izah etsələr belə, heç nə dəyişməyəcək. Onsuz da seçkilərlə bağlı durumu ürəkaçan olmayan Demokratların bu kimi avantüraya gedəcəyi inandırıcı görünmür. Bu baxımdan da, bəzi siyasi mütəxəssislər ABŞ-ın Ukraynaya aktiv yardımlarının bu il ərzində reallaşacağına inanmır.
ABŞ vədinə əməl etmir - Əfqanıstan nümunəsi...
ABŞ-ın xarici siyasət kursu adətən “uzunperspektivli siyasi planlar” ilə xarakterizə olunsa da, həqiqət tamam fərqli rakurslardan xəbər verir. Diqqət yetirsək, XX əsrin sonu XXI əsrin əvvəlindən etibarən dünyanın əksər regionlarında “demokratiya”, “söz azadlığı”, “insan hüquqları” və bu kimi şüarlar üzərindən “külək əsdirməyə” çalışan Vaşinqton müəyyən bir müddətdən sonra “U” dönüşü edir, “yardıma gəldiyi” kontingenti real durumla üz-üzə qoyaraq planlarında dəyişikliklər edir. Bu cür radikal qərarlar və ya addımlar isə Ağ Evin korporativ maraqlarından asılı olur - bəzi hallarda, hakimiyyətdə olan qrup özünü qorumaq üçün bu kimi manevrlər edir. Real misal isə ABŞ-ın Əfqanıstana münasibətdə tutduğu mövqedir.
ABŞ tarixindəki ən uzun müharibə 2001-ci ildəki 11 sentyabr hücumlarından sonra ovaxtkı ABŞ Prezidenti Corc Buşun “terrorizmlə müharibə” şüarı ilə başlamışdı. Əfqanıstanda yerləşdiyini irəli sürən “Əl-Qaidə” və Usamə bin Ladenə fokuslanan Buş “Taliban” rejimini “torpaqlarında gizlənən bütün “Əl-Qaidə” liderlərini ABŞ rəsmilərinə təslim etməyə”, ya da onların taleyini bölüşməyə çağırmışdı. Qısa zamanda - cəmisi 7 günə, sentyabrın 18-də “11 sentyabr” hücumuna məsuliyyət daşıyanlara qarşı güc tətbiqinə icazə verən birgə qərarı qanun halına saldıran prezident Buş oktyabrın 7-də hərbi əməliyyata başlamışdı. İldırım sürəti ilə başlanan “terrorizmlə mübarizə” isə hansısa “maraqdan 20 il çəkdi. İlk illərdə bu mübarizə ilə bağlı aktiv və əməli fəaliyyət ortaya qoyuldu, hətta BMT-nin məlum çağırışı ilə qlobal dünya dövlətləri bu işdə ABŞ-a açıq dəstək də verdilər. Beləliklə, Əfqanıstanda “Taliban” hakimiyyəti 9 dekabr 2001-ci ildə başa çatdı. 2002-ci ilin aprelində isə Buş Əfqanıstanın yenidən inşası ilə bağlı çağırış etdi - ABŞ Konqresi 2001-ci ildən 2009-cu ilə qədər Əfqanıstana 38 milyard dollardan çox humanitar və yenidənqurma yardımı ayırdı. 2003-cü ilin mayında ABŞ rəsmiləri Əfqanıstandakı böyük müharibə əməliyyatlarının başa çatdığını elan etdi. Və... “Taliban” cənub və şərq başda olmaqla, yenidən bir araya gəlməyə başladı.
2006-2008-ci illərdə isə ABŞ-ın hədəfləri artıq fərqli coğrafyada “qərar tutmuşdu” - Pentaqon İraqda müharibə apararkən, Əfqanıstanda yalnız çox daha kiçik bir birlik yerləşdirildi. “Taliban” xüsusən cənubda böyük irəliləyişə nail oldu. Bundan sonra NATO missiyası bölgəyə yeni hərbçi gətirdi. Mülki ölümlər 2001-ci ildən sonra ilk dəfə mini ötdü. Əfqanıstandakı ABŞ qüvvələrinin sayı ilk dəfə 2010-cu ildə 100 minə çatdı. İlk 10 ildə müharibəyə 444 milyard dollar xərcləyən ABŞ bölgədə 1800 əsgərini qurban verdi. Ümumilikdə isə 17 minə yaxın mülki şəxs həyatını itirdi.
2017-ci ildən isə ABŞ-la “Taliban” arasında sülh görüşləri başladı. 2018-ci ilin sentyabrında Əfqan əsilli amerikalı diplomat Zalmay Xəlilzad “Taliban”la müzakirələr üçün ABŞ xüsusi nümayəndəsi olaraq təyin edildi. 2020-ci ilin 29 fevralında Xəlilzad və “Taliban” Əfqanıstandakı ABŞ qüvvələrinin nəzərəçarpacaq dərəcədə geri çəkilməsinin önünü açan və “Taliban”dan ölkənin terrorçu fəaliyyətlər üçün istifadə olunmayacağına dair zəmanətləri ehtiva edən müqavilə imzaladı. Sülh müqaviləsi çərçivəsində yekun geri çəkilmə üçün 1 may 2021-ci ili dəqiq tarix olaraq müəyyənləşdirən Əfqanıstandan geri çəkilmə prosesi başladı. Məhz hazırki prezident Baydenin dönəmində - 2021-ci ilin yayında ABŞ qoşunları Əfqanıstanı Allahın ümidinə və “Taliban”ın sərəncamına buraxaraq regionu tərk etdi. 15 avqust 2021-ci ildə “Taliban” paytaxt Kabili mühasirəyə aldı və idarəçiliyi ələ keçirdi. Əşrəf Qani həmin gün ölkəni tərk etdi. 30 avqust 2021-ci ildə isə ABŞ Silahlı Qüvvələri Mərkəzi Komandanlığının rəhbəri Kennet Makkenzi ABŞ qüvvələrinin Əfqanıstandan çəkilmə prosesinin tamamlandığını açıqladı.
Bu xronoloji statistika ABŞ-ın öz elan etdiyi ideallar uğrunda davamlı iş aparmadığını bir daha sübut edir. Bu gün adıçəkilən bölgənin yenidən fərqli maraqların istismarına “təhvil verən” ABŞ sözdə “demokratiya” və “terrora qarşı mübarizə” şüarları səsləndirsə də, pərdə arxasında özünün korporativ maraqlarını təmin etməklə məşğuldur.
Ukraynada analoji oyun...
ABŞ Ukrayna ilə bağlı da eyni oyunu oynayır. Kiyevi müharibəyə qızışdıran, təhrik edən, regionda süni qarşıdurmalar yaradan Birləşmiş Ştatlar Ukraynaya vədlər verir, onu Rusiya ilə qarşıdurmaya açıq sövq edirdi. Amma bu gün “müttəfiqlərin”, “kollektiv Qərbin” hər hansı bir real addımı və ya yardımı gözə dəymir - özünü Ukraynanın ən yaxın “müttəfiqi” adlandıran rəsmi Vaşinqton və onun Avropadakı “yandaşları” “yorğanı başına çəkir”. Nəticədə isə müharibə edən tərəflər əziyyət çəkir. ABŞ və Avropa isə özünün marağı üçün yeni müharibə predmeti axtarır...
P.İSMAYILOV
Xəbər lenti
Hamısına baxİdman
02 May 23:35
Sosial
02 May 22:45
Analitik
02 May 21:56
Dünya
02 May 20:42
Dünya
02 May 19:34
Dünya
02 May 18:36
Sosial
02 May 17:36
Hadisə
02 May 16:29
Mədəniyyət
02 May 15:17
Sosial
02 May 14:22
İdman
02 May 13:31
Mədəniyyət
02 May 12:39
Gündəm
02 May 11:59
Gündəm
02 May 11:32
Siyasət
02 May 11:18
İqtisadiyyat
02 May 10:53
Gündəm
02 May 10:35
İqtisadiyyat
02 May 10:17
Analitik
02 May 09:56
Analitik
02 May 09:30
Sosial
02 May 09:16
Ədəbiyyat
02 May 08:54
Ədəbiyyat
02 May 08:31
Dünya
01 May 23:49
İqtisadiyyat
01 May 23:20
Sosial
01 May 22:46
Xəbər lenti
01 May 22:19
Siyasət
01 May 22:07
Dünya
01 May 21:55
Hadisə
01 May 21:23
İqtisadiyyat
01 May 20:42
Mədəniyyət
01 May 20:17
Maraqlı
01 May 19:50
Dünya
01 May 19:23
Dünya
01 May 18:25
Dünya
01 May 17:32
Gündəm
01 May 16:55
Dünya
01 May 16:55
Maraqlı
01 May 16:39
YAP xəbərləri
01 May 15:50
Dünya
01 May 15:22
Siyasət
01 May 14:53
Siyasət
01 May 14:52
YAP xəbərləri
01 May 14:52
Mədəniyyət
01 May 14:50
Dünya
01 May 14:45
Dünya
01 May 14:17
İdman
01 May 13:52
Hərbi
01 May 13:47
Sosial
01 May 13:45
Sosial
01 May 13:41
Dünya
01 May 13:25
Gündəm
01 May 13:19
Siyasət
01 May 13:19
Sosial
01 May 13:18
Dünya
01 May 12:58
YAP xəbərləri
01 May 12:53
Sosial
01 May 12:42
İqtisadiyyat
01 May 12:41
Sosial
01 May 12:40
Sosial
01 May 12:39
Siyasət
01 May 12:32
Sosial
01 May 12:29
Siyasət
01 May 12:26
Dünya
01 May 12:21
Siyasət
01 May 11:42
Siyasət
01 May 11:27
MEDİA
01 May 11:24
Gündəm
01 May 11:17
Siyasət
01 May 11:07

