Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / 9-cu üçtərəfli görüş...

9-cu üçtərəfli görüş...

14.03.2024 [10:20]

Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçıları Bakıda bir araya gələcəklər

Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki yeri və rolu günü-gündən artmaqdadır. Müstəqil və milli maraqlara söykənən xarici siyasət kursu bu məsələdə əhəmiyyətli rol oynayır. Beynəlxalq münasibətlər sisteminin müstəqil subyekti olaraq Azərbaycan özünün xarici siyasət kursunda qarşılıqlı tərəfdaşlığa, ikitərəfli maraqlara əsaslanan əməkdaşlığa və çoxvektorlu yaxın əlaqələrə əsaslanır. Bu gün ölkəmiz ilə dünyanın əksər dövlətləri və təşkilatları arasındakı münasibətlər məhz bu müstəvidə tənzimlənir, hüquqi çərçivəsini müəyyənləşdirir. Eyni zamanda, Azərbaycan hər zaman münasibətlərin inkişafında ən mühüm detal olaraq səmimi münasibətlərə üstünlük verir.

Ölkəmizin yürütdüyü dövlət siyasətində qonşu ölkələrlə əlaqələrin inkişafı xüsusi yer tutur. Azərbaycan hər zaman öz qonşuları ilə əlaqələrin möhkəmləndirməsi, daha da yaxınlaşdırılması istiqamətində fəaliyyət göstərir. Yerləşdiyimiz Cənubi Qafqaz regionu geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığı üçün region ölkələrinin yaxın qonşuluq münasibətləri zəminində əməkdaşlığına hər zaman böyük ehtiyac duyulub. Ona görə də, Azərbaycan qonşu ölkələrlə normal qarşılıqlı əlaqələrin güclənməsinə hər zaman böyük önəm verib. Qarşılıqlı əlaqələrin gücləndirilməsi prosesində üçtərəfli görüş platforması bu mənada əhəmiyyət kəsb edir. Məsələn, Azərbaycan, Türkiyə və Gürcüstanın dövlət başçıları, xarici işlər və müdafiə nazirləri mütəmadi olaraq görüşürlər. Bu, artıq ənənə halını alıb. Bu ənənə uğurla davam etdirilir.

Yeri gəlmişkən, martın 15-də Bakı şəhərində Azərbaycan Respublikası, Gürcüstan və Türkiyə Respublikasının xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, üçtərəfli görüş çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun həmkarları ilə təkbətək görüşlərinin, habelə xarici işlər nazirlərinin birgə mətbuat konfransının keçirilməsi nəzərdə tutulub.

Xatırladaq ki, üç ölkənin XİN başçılarının Gürcüstanın xarici işlər naziri Tamar Beruçaşvili bildirib ki, tərəflər ərazi bütövlüyü prinsipini, insan haqlarının qorunmasını dəstəkləyir. Bir ölkə regional layihələrdə o zaman iştirak edə bilər ki, ilk növbədə qonşu dövlətin ərazi bütövlüyünü tanısın, bütün zorakı vasitələrdən imtina etsin.

Xatırladaq ki, nazirlərin üçtərəfli formatda ilk görüşü 2012-ci ilin iyun ayında Türkiyənin  Trabzon şəhərində keçirilib. İkinci görüş Gürcüstanın Batumi şəhərində, üçüncü görüş  isə Azərbaycanın Gəncə şəhərində baş tutub. Bundan sonra ardıcıllıq  ilə növbəti görüşlər reallaşdırılıb.

Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçısılarının sonuncu- 8-ci görüşü isə 2019-cu il dekabrın 23-də Gürcüstanın paytaxtı Tbilisi şəhərində keçirilib. Görüşdə üçtərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Nazirlər, eyni zamanda, regionda baş verən mühüm məsələləri müzakirə ediblər. Görüşdə, eləcə də hər üç ölkənin iştirakı ilə ticarət, iqtisadiyyat, nəqliyyat və enerji sahələrində əməkdaşlıq məsələləri müzakirə mövzusu olub. Üçtərəfli formatda Azərbaycan, Gürcüstan və Türkiyə arasında keçirilən görüşün regional əməkdaşlığa, sabitliyə və tərəqqiyə töhfə verdiyi xüsusilə vurğulanıb.

8-ci üçtərəfli görüşün yekununa dair Bəyanat da qəbul edilib. Bəyanatda qeyd edilib ki, tərəflər həm siyasi dialoq, həm də spesifik üçtərəfli layihələrin icrası üçün vacib bir platforma kimi xarici işlər nazirlərinin əvvəlki üçtərəfli görüşlərində qəbul olunmuş Trabzon Bəyannaməsi, Batumi Birgə Kommünikesi, Gəncə, Qars, Tbilisi, Bakı və İstanbul bəyannamələrindəki öhdəliklərini vurğulayıblar. Ölkələri arasında artan ikitərəfli və üçtərəfli əməkdaşlıqdan məmnunluqlarını ifadə ediblər və strateji tərəfdaşlıq, mehriban qonşuluq, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın daha da genişləndirilməsinə sadiq olduqlarını bir daha təsdiq ediblər. Hər üç ölkənin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına qarşılıqlı hörmət və qəti dəstəklərini bir daha təsdiq ediblər. Bu xüsusda, regionda mövcud münaqişələrin sülh, təhlükəsizlik, sabitlik və iqtisadi inkişafa zərbə vurduğu qeyd edilib, beləliklə, status-kvonun qəbuledilməz olduğu və davamlı olmadığı, münaqişələrin gecikmədən sülh yolu ilə həll olunmasının vacibliyi vurğulanıb.

XİN başçılarının Bakıda keçiriləcək 9-cu üçtərəfli görüşü isə yeni reallıqlar fonunda baş tutacaq. Çünki 8-ci görüşdən sonra Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini bərpa edib. Beləliklə, regionda yeni reallıqlar yaranıb. Bu səbəbdən hər üç qonşu ölkənin yeni şəraitdə qarşıda dayanan məsələlərin  həllində fəal əməkdaşlığı böyük əhəmiyyət kəsb edir.

Nardar BAYRAMLI

Paylaş:
Baxılıb: 597 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31