Yeni Azərbaycan Partiyası beynəlxalq miqyasda sülh və sabitliyə töhfə verən qurum kimi tanınır
23.06.2012 [11:13]
Məlum olduğu kimi, bu günlərdə Bakıda Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının (İCAPP) Daimi Komitəsinin 17-ci iclası keçirilir. Tədbirdə 17 ölkədən 49 nümayəndə iştirak edir. Tədbirin qurumun üzvü olan Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən yüksək səviyyədə təşkili Azərbaycanın təşkilatın işlərində yüksək fəallığını və dünyada sülh və sabitliyin bərqərar olmasına verdiyi önəmi göstərir. Elə bu beynəlxalq tədbirin gedişatı haqqında fikirlərini bölüşən qonaqlar da YAP-ın timsalında Azərbaycanın təşkilatın fəaliyyətinə verdiyi töhfələri yüksək qiymətləndiriblər.
Məsələn, Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının vitse-spikeri Vonq Tua Ponq (Vuong Thua Phong) Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin Bakıda keçirilən 17-ci iclasının əhəmiyyətini yüksək qiymətləndirib: “Əsasən Asiya ölkələrinin siyasi partiyalarının rəhbər şəxslərinin iştirak etdiyi bu tədbir böyük əhəmiyyətə malikdir. İclasın sessiyalarında bir çox ölkələri maraqlandıran aktual məsələlər müzakirə olunur. Bu görüşün, həmçinin, İCAPP Baş Assambleyasının noyabrda Bakıda keçiriləcək görüşü üçün də faydalı olacağına inanıram. Azərbaycanın təşkilatın daimi komitəsinin illik iclasına ilk dəfədir ki, ev sahibliyi etməsinə baxmayaraq, tədbir kifayət qədər yüksək səviyyədə təşkil olunub. Hesab edirəm ki, Azərbaycanın bu tədbirə məsuliyyətlə yanaşması hökumətin və Yeni Azərbaycan Partiyasının qurumun fəaliyyətinə, eləcə də, Asiyada konfliktlərin həllinə verdiyi önəmi göstərir”.
Kambocanın “FUNCİNPEC” partiyasının sədri Keo Put Resmey (Keo Puth Reasmey) Azərbaycanla bağlı xoş təəssüratlarını bölüşüb: “Bu, Bakıya ilk səfərimdir. Burada olmaqdan çox məmnunam. Bakı məndə inkişaf etmiş, səliqəli şəhər təəssüratı yaratdı”.
Qonaq, həmçinin, qeyd edib ki, İCAPP-ın Daimi Komitəsinin 17-ci toplantısı mühüm əhəmiyyətə malik olan tədbirdir: “Bu tədbir qurumun Baş Assambleyasının noyabrda Bakıda keçiriləcək toplantısına hazırlıq baxımından da çox əhəmiyyətlidir. Bugünkü görüşdə isə təşkilatın son dövrdə gördüyü işlər müzakirə edilib, gələcək perspektivlər dəyərləndirilib. Qurumun rəhbərlərinin son bir il müddətində görülən işlərlə bağlı hesabat xarakterli çıxışları dinlənilib. İCAPP-ın fəaliyyəti Asiyada və bütün dünyada sülh və sabitliyin təbliği baxımından önəmlidir. Təşkilat münaqişəli tərəflərə siyasi məsələlərin müzakirəsi, qərarların qəbuluna dəstək və digər məsələlərdə yardım göstərir. Təmsil etdiyim Kamboca da təşkilat çərçivəsində aparılan dialoqlarda fəal iştirak edir”.
Kambocalı qonaq əlavə edib ki, bu tədbirə ev sahibliyi etməsi Azərbaycanın İCAPP-ın aktiv üzvünə çevrildiyini göstərir: “Yeni Azərbaycan Partiyası qurumun fəaliyyətinə böyük töhfələr verir”.
Türkiyə Böyük Millət Məclisinin üzvü Avni Erdemir Bakıda keçirilən tədbirin əhəmiyyətini xüsusi vurğulayaraq belə bir mötəbər toplantıda iştirak etməkdən məmnunluğunu ifadə edib. O, həmçinin, Türkiyə ilə Azərbaycan arasında əlaqələri yüksək qiymətləndirərək münasibətlərin daha da genişlənməsinə tərəfdar olduğunu söyləyib: “Keçmişi, dili bir olan iki dövlətin münasibətlərinin gələcəkdə bugünkündən də yaxşı olmasını arzu edirəm. Biz hər zaman Azərbaycanın yanında olacağıq. Biz, sadəcə olaraq, özümüzü Azərbaycandan ayrı təsəvvür etmirik”.
A.Erdemir bildirib ki, əlaqələrin genişləndirilməsi həm Azərbaycanın, həm də Türkiyənin mənafelərinə uyğundur: “Digər sahələrlə yanaşı, iqtisadi əlaqələrin güclənməsinin də dostluq və qardaşlıq münasibətlərini möhkəmləndirəcəyinə inanıram”.
Azərbaycanda ilk dəfə səfərdə olan çin Kommunist Partiyasının Beynəlxalq Şöbəsinin I Bürosunun baş direktoru Şen Beili Bakının düşündüyündən də gözəl şəhər olduğunu söyləyib: “Bakı haqqında geniş məlumatım və təsəvvürüm olmasa da, gördüyüm etibarilə deyə bilərəm ki, şəhər təsəvvür etdiyimdən də yüksək inkişaf əldə edib. Bakının təmizliyi və gözəlliyi, həmçinin, burada həyat tempinin iri şəhərlərə xas şəkildə sürətli olması diqqəti cəlb edir”.
Xanım Beili Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Daimi Komitəsinin Bakıda keçirilən 17-ci iclasını yüksək qiymətləndirib: “Yeni Azərbaycan Partiyası bu tədbirə çox ciddi yanaşır”.
Latın Amerikası və karib Siyasi Partiyalarının daimi Konfransının sədr müavini Qustavo Karvaxal da Bakıda keçirilən İCAPP-ın Daimi Komitəsinin 17-ci iclasını uğurlu hesab edib: “Belə görüşlərin keçirilməsinin əhəmiyyəti olduqca böyükdür. Təmsil etdiyim “COPPPAL” təşkilatı əsas etibarilə Latın Amerikası ölkələri ərazisində fəaliyyət göstərir, regionda sülhün təşviqi məqsədilə geniş fəaliyyət aparır. Müxtəlif ölkələrin siyasi partiyalarının əməkdaşlığı şəklində meydana çıxan İCAPP, COPPPAL kimi regional təşkilatların əməkdaşlığı dünyada sülh və inkişafın bərqərar olması üçün vacibdir”.
Azərbaycanın onda gözəl təəssüratlar yaratdığını deyən qonaq tədbirin yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. “Yeni Azərbaycan Partiyası ölkə daxilində böyük dəstəyə malik olan çox güclü siyasi qurumdur. Fikrimcə, Azərbaycanla müxtəlif sahələr üzrə əməkdaşlığı daha da genişləndirmək olar” - deyə, meksikalı qonaq əlavə edib.
Nepal Kommunist Partiyasının Beynəlxalq Şöbəsinin sədri K.P. Şarma Oli Bakı və ümumiyyətlə, Azərbaycan haqqında gözəl təəssüratlara malik olduğunu bildirib: “Şəhərin gözəlliyi, insanların mehriban davranışı insana xoş təsir bağışlayır. Azərbaycan hökuməti, əhalisi və Yeni Azərbaycan Partiyası barədə gördüklərim və öyrəndiklərim məndə müsbət təəssürat yaradıb”.
Nepal rəsmisi İCAPP-ın Daimi Komitəsinin Bakıda keçirilən 17-ci iclasının təşkilindən razılığını da ifadə edib: “Tədbirdə təşkilatın diqqət mərkəzində dayanan əsas məqamlar, qurumun gənclər qolunun, media forumunun yaradılması, digər qitələrdəki siyasi partiyalarla əlaqələrin qurulması kimi məsələlər müzakirə olunub. İCAPP fəaliyyətində Asiyada və bütün dünyada sülh, sabitlik, inkişaf və demokratiyanın təbliğinə böyük önəm verir. Bunun üçün isə siyasi partiyaların, hökumətlərin və xalqların dəstəyi, əməkdaşlığı lazımdır. Problemlərin dialoq vasitəsilə nizamlanması üçün bütün tərəflər buna maraq göstərməlidir. Cəmiyyətin rifahı naminə sülhün bərqərar olması olduqca vacibdir”.
Nepallı qonaq onu da qeyd edib ki, Yeni Azərbaycan Partiyası qurumun fəaliyyətində aktiv iştirak edir: “YAP-ın sülh, sabitlik, demokratiya uğrunda fəaliyyəti təqdirəlayiqdir. Bu partiyanın Azərbaycanda gördüyü işlər əsl nümunə sayıla bilər. YAP-ın, eləcə də, ölkə Prezidentinin rəhbərliyi altında Azərbaycanda böyük işlər görülür. Son bir neçə ildə ölkədə yoxsulluğun 50 faizdən 7 faizə enməsi heyrətamiz irəliləyişdir. Bununla yanaşı, ölkə iqtisadiyyatı sürətlə genişlənir, infrastrukturun inkişafına xüsusi diqqət yetirilir. Azərbaycanda inkişaf və dəyişiklik çox sürətlə gedir. Fikrimcə, İCAPP Azərbaycanın çox gözəl və müsbət təcrübəsindən yararlana bilər. Yeni Azərbaycan Partiyası yarandığı vaxtdan uğurlu inkişaf yolu keçib. Bu tədbirin yüksək şəkildə təşkili YAP-ın qurumun fəaliyyətinə böyük önəm verdiyini göstərir”.
Malayziyanın nazir köməkçisi Mohamad Nəzəri Əhməd iclasın çox yüksək səviyyədə keçirildiyini bildirib: “İCAPP-ın tədbirində 5-ci dəfədir ki, iştirak edirəm. Bakıya isə ilk dəfədir ki, gəlmişəm. Deyə bilərəm ki, iclas çox məhsuldar keçir. Müxtəlif ölkələrdən gələn nümayəndələr Asiyada problemlərin nizamlanması barədə fikir mübadiləsi aparırlar. Burada qaldırılan məsələlər aktual olub, əksər ölkələrin maraq dairəsinə aid olan problemlərdir”.
Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Mərkəzi İcraçı Komitəsinin üzvü, Myanmadan olan qonaq Mya Oo iclasın önəmini vurğulayıb: “Bu tədbirdə siyasi, iqtisadi, insan haqları və digər sahələr barədə fikir mübadiləsi aparılır. Qeyd olunan sahələr üzrə üzv ölkələrin əldə etdiyi uğurlar müəyyənləşdirilir. Azərbaycan bu tədbirə böyük önəm verir. Tədbirin təşkilinin yüksək səviyyədə olmasına böyük diqqət yetirilir. Nümayəndələrin rahatlığı üçün Azərbaycan tərəfindən hər bir şərait yaradılıb. Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının üzvü kimi YAP böyük fəallıq nümayiş etdirir”.
Hülya MƏMMƏDLİ,
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
02 Sentyabr 23:34
Dünya
02 Sentyabr 23:17
Sosial
02 Sentyabr 22:51
İqtisadiyyat
02 Sentyabr 22:23
İqtisadiyyat
02 Sentyabr 21:45
Dünya
02 Sentyabr 21:19
Dünya
02 Sentyabr 20:42
Sosial
02 Sentyabr 20:16
İqtisadiyyat
02 Sentyabr 19:58
Sosial
02 Sentyabr 19:20
Sosial
02 Sentyabr 18:35
Hadisə
02 Sentyabr 17:34
Sosial
02 Sentyabr 17:29
Sosial
02 Sentyabr 17:29
Elanlar
02 Sentyabr 16:31
Elm
02 Sentyabr 15:59
Dünya
02 Sentyabr 15:22
Sosial
02 Sentyabr 15:12
İqtisadiyyat
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:41
Sosial
02 Sentyabr 14:40
Siyasət
02 Sentyabr 14:40
Sosial
02 Sentyabr 14:39
Sosial
02 Sentyabr 14:39
Xəbər lenti
02 Sentyabr 14:38
Hərbi
02 Sentyabr 14:38
Dünya
02 Sentyabr 14:35
Gündəm
02 Sentyabr 14:27
Sosial
02 Sentyabr 14:24
Gündəm
02 Sentyabr 13:56
Dünya
02 Sentyabr 13:18
Sosial
02 Sentyabr 12:42
Dünya
02 Sentyabr 12:27
Dünya
02 Sentyabr 12:10
Dünya
02 Sentyabr 11:46
Gündəm
02 Sentyabr 11:37
Gündəm
02 Sentyabr 11:36
Hadisə
02 Sentyabr 11:18
Sosial
02 Sentyabr 11:03
İqtisadiyyat
02 Sentyabr 11:03
Sosial
02 Sentyabr 11:02
Gündəm
02 Sentyabr 10:59
Gündəm
02 Sentyabr 10:48
Hadisə
02 Sentyabr 10:39
Siyasət
02 Sentyabr 10:25
İqtisadiyyat
02 Sentyabr 09:40
İqtisadiyyat
02 Sentyabr 09:17
Analitik
02 Sentyabr 08:54
Sosial
02 Sentyabr 08:31
Hadisə
02 Sentyabr 07:55
Dünya
01 Sentyabr 23:34
Dünya
01 Sentyabr 23:20
Hadisə
01 Sentyabr 22:48
İqtisadiyyat
01 Sentyabr 22:25
Siyasət
01 Sentyabr 22:24
Dünya
01 Sentyabr 21:40
İqtisadiyyat
01 Sentyabr 21:19
Siyasət
01 Sentyabr 21:10
Dünya
01 Sentyabr 20:43
İdman
01 Sentyabr 20:15
Dünya
01 Sentyabr 19:58
Dünya
01 Sentyabr 19:21
Gündəm
01 Sentyabr 19:20
Gündəm
01 Sentyabr 18:49
Sosial
01 Sentyabr 18:34
İdman
01 Sentyabr 17:22
Sosial
01 Sentyabr 17:19
İqtisadiyyat
01 Sentyabr 16:27
Dünya
01 Sentyabr 16:18
Siyasət
01 Sentyabr 15:35

