Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Vaşinqton-Brüssel birliyinin təxribat planları

Vaşinqton-Brüssel birliyinin təxribat planları

30.03.2024 [10:30]

Ermənistan böyük güclərin yeni “qurbanlıq keçisidir”

İrəvan üçün “əməkdaşlıq valsı”, yoxsa ABŞ və Aİ-nin hazırladığı “dəfn marşı”...

ABŞ-ın və Aİ-nin son dövrlərdə müşahidə etdiyimiz siyasi oyunları, daha doğrusu ,“ermənipərəst dönüşü” bəzi məqamları ilə anlaşılan, bəzi məqamları ilə isə anlaşılmazdır. Hələ ötən ilin əvvəlindən etibarən, xüsusilə də may ayı ərzində Vaşinqtonun ikitərəli münasibətlərin normallaşması prosesində “aktivliyi”, ikiktrəfli dialoq və ya “üz-üzə danışıqlar” təklifləri cəmisi bir neçə ay sonra fərqli məcra qazandı. Buraya Aİ-nin də mövqeyini əlavə etmək yerinə düşər - Brüssel prosesi çərçivəsində problemlərin həllinə “yardım edəcəyi” gözlənilən, “ədalət tərəzisi” olacağını vəd edən Aİ özünün “köhnə müttəfiqi, köhnə rəqibi” ABŞ kimi antiterror tədbirlərindən sonra başqa “hava çalmağa” başladı. Vaxtilə Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə “təkan” vermiş kimi görünənlərin isə aylar sonra bəyan etdiyi tezislərə qarşı “konturarqument” yaratmaq həvəsi başadüşülən deyil. ABŞ-ın dövləti katibi, Departament rəsmiləri və digər “danışan” şəxslər aylardır ki, “nizamlama” uğrunda “səy göstərdiklərini” deyirdilər - halbuki, Azərbaycan antiterror tədbirləri sayəsində prosesi bir az da irəli apardı. Artıq danışıqların predmetləri də azalıb. Bəs, niyə ABŞ və Aİ indiki məqamda sülh üçün deyil, Azərbaycana qarşı yeni təxribatlar üçün “zəmin yaradır”?

Vaşinqtonu və Brüsseli narahat edən amillər...

Bu fakt ilk növbədə həm ABŞ-ın, həm də Aİ-nin növbəti dəfə tutduğu yolda davamlı olmadığını ortaya qoydu. Vaşinqton və Brüssel illərlə uzanacağını düşündükləri, yeni spekulyasiyalar üçün yeni bəhanələr qazanacaqlarına ümid etdikləri prosesin qısa zamanda bitmə ehtimalını dəyərləndirməmişdilər. Eyni zamanda, Azərbaycanın qısa zaman kəsiyində qlobal müstəvidə bu qədər aktivləşəcəyini də hesablamamışdılar. Bir sözlə, həm Aİ, həm də ABŞ Azərbaycanı bir az “xəfifə” almışdılar. 2023-cü ilin sentyabrında lokal antiterror tədbirləri reallaşdıran Bakı isə ən optimal şəkildə beynəlxalq aləmin diqqətini Cənubi Qafqaza toplaya bildi. Eyni zamanda, yaranan yeni situasiya Ermənistana və digər region ölkələrinə, o cümlədən Ermənistana açıq şəkildə izah olundu: Bölgədə reallaşacaq yeni layihələr bütövlükdə, hər bir dövlətin maraqlarına xidmət göstərəcək. Bu isə yeni çoxtərəfli əməkdaşlıq imkanları deməkdir  - yeni iqtisadi nizamda Cənubi Qafqaz xüsusi imtiyaz sahibi ola bilər.

Təbii ki, bu yaranan mənzərə yenidən “Qarabağ kartı”ı üzərindən yeni siyasi oyunlar planlamağa çalışanlar üçün “həyəcan siqnalı” deməkdir. 30 ilə yaxın Minsk Qrupunun həmsədri kimi “donuq gülümsəmə”dən başqa diplomatik “işəyarayanlığı” olmayan Vaşinqton və Paris yenidən köhnə adətlərinə “müraciət” edir. Cənubi Qaqazda sülhün və təhlüksizliyin bərqərarına yardım əvəzinə mane olmaq həvəsi də buna xidmət edir.

Azərbaycanın yaratdığı mənzərə yeni dünyanın anonsudur

Ortaya ritorik, amma mahiyyətinin açılması gərəkən bir sual çıxır - hər zaman iqtisadi marağı önə çəkən ABŞ və ya Avropa niyə Cənubi Qafqaza münasibətdə fərqli mövqe nümayiş etdirir? Və ya bu regionda sabitliyin formalaşdırılması Vaşinqtonu və Brüsseli niyə “narahat edən” məsələyə çevrilir? Aylardır Avropanın bir sıra strukturlarında erməni lobbisinin əli ilə həyata keçirilən təxribatlar hazırki prosesin “məşqləri” idi. Ermənipərəst və korrupsioner menendezlərin, eva kaililərin, kaspar karapetyanların, aşpanın və başqalarının əli ilə oyunlar quranlar əsl reallığı dərk edə bilirlər - onlar anlayırlar ki, Azərbaycanın yaratdığı bu yeni mənzərə yeni dünyanın anonsudur. Onlar anlayırlar ki, Cənubi Qafqazın gələcəyi Azərbaycan qurub - yaratdığı, qarantı olduğu təhlükəsizlik arxitekturası ilə, əməkdaşlıq platforması ilə Azərbaycan region üçün yeni inkişaf kopsepsiyası hazırlayır. Ermənistanın isə ABŞ və Aİ-yə qoşularaq öz maraqlarını “unutması” ən primitiv terrorçu zehnindən uzağa getmir. İrəvanla yeni “əməkdaşlıq valsının” sədaları altında “rəqs” etmək ideyası ABŞ və Aİ-nin bu ölkə üçün hazırladığı “dəfn marşıdır”...

Siyasi palitrada, QHT sektorunda və mediadakı ağır məğlubiyyət

Vaşinqtonun Azərbaycana qarşı təxribatları illərdir bu və ya digər şəkildə qabarır və ya çəkilir: təsadüfi deyil ki, Vətən müharibəsi dövründə bəzi faktlar daha real şəkildə gün işığına çıxdı. Başda Soros Fondu olmaqla ermənipərəst mərkəzlər anladılar ki, Azərbaycanda mövcud olan xalq-hakimiyyət tandeminin mahiyyəti tamam fərqlidir - hətta fərqli siyasi mövqeli insanlar belə çətin gündə bir yumruğa çevrilə bilir. Belə bir ölkədə nəzarət yaratmaq və ya öz maraqlarını yürütmək, “ərəb baharı” və ya digər “qara planlar” həyata keçirmək mümkün deyil. Qarabağ kartı üzərindən isə bu, əsla mümkün deyil. Yenə də təsadüfi deyildi ki, post- müharibə dövründə “troya atları” gündəmə gətirilir, okeanın o tayından “müdafiə bəyanatları” adı altında kodlaşdırılmış xəyanət doktrinaları səsləndirilirdi. Aylar öncə Bakıda ABŞ-ın “demokratik pərdəsi”nə bürünmüş, alt qatda isə təxribatçı planların mənbəyi sayılan “informasiya resursları”nın ifşası Vaşinqtonun düşdüyü vəziyyəti daha da çətinləşdirdi. Siyasi palitrada, QHT sektorunda oynamağa çalışdıqları, amma məğlub olduqları “tamaşa”, “abzasmedia”, “toplumtv” səhnəsində “premyeraya belə nail ola bilmədi. Beləliklə, bu sahədə də “oxu daşa” dəyən Vaşinqton “əlacı yenidən açıq kart-blanşda görür - aprelin 5-nə “təyin olunan” görüş bunun “carçısıdır”...

P.İSMAYILOV

Paylaş:
Baxılıb: 563 dəfə

Xəbər lenti

Hamısına bax

Analitik

Gündəm

Avropada birinci!

02 May 11:59  

Siyasət

Gündəm

Analitik

Ədəbiyyat

Balaca Buker

02 May 08:54

Ədəbiyyat

Şənbə üçün nəzm

02 May 08:31  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31