Azərbaycanda qadınların ictimai-siyasi həyatda iştirakı artır
03.07.2012 [22:03]
İyulun 1-də Bakıda keçirilən Krans Montana Forumu çərçivəsində “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda plenar iclas baş tutub. İclasda qadınların siyasi, sosial və digər sahələrdə hüquqlarını əldə etmək uğrunda mübarizəsi tarixindən bəhs olunub, qadınların cəmiyyət həyatının müxtəlif sahələrində artan fəallığının müsbət cəhətləri qeyd olunub.
Məlumdur ki, bu gün qadınlar cəmiyyət həyatında mühüm rola malikdirlər. Qadınların müxtəlif sahələrdə potensiallarını, bacarıq və qabiliyyətlərini reallaşdırmaq imkanları xeyli genişlənib. İqtisadiyyat, biznes mühitində qadınların öz hüquqlarından yararlana bilməsi onların cəmiyyətin iqtisadi sütunlarının möhkəmlənməsində rolunu artırıb. Sosial həyatda qadınlara yaradılan geniş imkanlar isə öz nəticəsini bir çox sahələrdə göstərir. Qadınların kişilərlə bərabər təhsil imkanlarına sahib olması cəmiyyətin inkişafı baxımından olduqca böyük əhəmiyyətə malikdir. Təhsilli qadın, ilk növbədə, öz hüquqlarını daha yaxşı dərk edir və haqqını tələb etməyi bacarır. Digər tərəfdən, təhsil hüquqlarından istifadə edən qadın sosial həyatın elm, təhsil, səhiyyə, idman, mədəniyyət və digər sahələrinin də inkişafına fayda verə bilir. Hər hansı ixtisasa yiyələnən, elmin müəyyən bir sahəsi üzrə ixtisaslaşan qadın elmi tərəqqiyə, cəmiyyəti irəliyə doğru aparan texniki, iqtisadi, intellektual, sosial-mədəni, mənəvi dəyişikliklərə töhfə vermiş olur. Digər tərəfdən, yüksək intellektual, mədəni keyfiyyətlərə sahib olan qadınlar toplumun gələcəyi olan sağlam düşüncəli, yüksək dəyərlərin daşıyıcısı olan, savadlı yeni nəsil yetişdirir.
Bütün bunlara paralel olaraq, qadınların siyasi həyatdakı fəallığının artması da olduqca böyük əhəmiyyət daşıyır. Bu gün qadınlar seçib-seçilmək, dövlət strukturlarında aparıcı vəzifələri yerinə yetirmək hüququna sahibdirlər. Qadınların ictimai-siyasi həyatda artan rolu özünü qanunvericilikdə də göstərir ki, bu da cəmiyyətin digər sahələrində qadınların hüquqlarının bundan sonra da qorunması və genişləndirilməsi baxımından həlledici qərarların qəbuluna imkan yaradır.
Müasir dövrdə gender bərabərliyi siyasəti nəticəsində qadınlar əksər ölkələrdə kişilərlə bərabər hüquqlara sahibdirlər. Lakin bu heç də asanlıqla və birdən-birə baş verən proses olmayıb. Seçib-seçilmək, təhsil, iqtisadi mühit, iş imkanları, gəlir, ailə şəraitində vacib hüquqlara sahib olmaq uğrunda müxtəlif ölkələrdə qadınlar onilliklərlə davam edən gərgin mübarizə aparıblar. Bu mübarizədə ön sıralarda dayanan qadınlar bir çox çətinliklər, təzyiqlərlə üzləşib, həbs olunub, hətta bəzi hallarda öldürülüblər. Məlum olduğu kimi, Avropada və Şimali Amerikada XIX əsrin sonu - XX əsrin əvvəllərində geniş vüsət alan qadın hərəkatının əsas tələbi qadınlara səsvermə hüququnun verməsi idi. Sufrajistlər hərəkatı (suffrage - səsvermə hüququ) bəzi ölkələrdə XX əsrin ortalarınadək, yəni qadınların kişilərlə bərabər seçki hüquqlarına sahib olmasınadək davam edib.
Aparıcı Qərb dövlətlərindən fərqli olaraq, Azərbaycanda qadınların siyasi hüquqları uğrunda kütləvi mitinqlər keçirilməyib, radikal addımlar atılmayıb. Lakin həmin ölkələrin bir çoxu ilə müqayisədə Azərbaycan qadınları səsvermə hüququnu daha öncədən əldə edib. Belə ki, Şərqdə ilk demokratik respublika quran Azərbaycanda qadınlara səsvermə hüququ 1918-ci ildə verilib. Müqayisə üçün bildirək ki, ABŞ-ın bütün ərazisində qadınlara səsvermə hüququ 1920, Böyük Britaniyada 1928, Fransa və İtaliyada 1945, Yunanıstanda 1952-ci ildə verilib.
Qeyd etdiyimiz kimi, bu gün qadınlar təkcə siyasi deyil, iş, ailə həyatı, təhsil hüququ ilə bağlı da bir çox hüquqlara malikdir. Lakin bütün bunlar heç də dünyada gender bərabərliyinin tam bərqərar olduğunu, qadınlara qarşı ayrı-seçkiliyin aradan qalxdığını, onların ictimai-siyasi həyatda təmsilçiliyinin kifayət qədər yüksək səviyyədə olduğunu deməyə əsas vermir. Bu gün, hətta ən çox inkişaf etmiş ölkələrdə belə ümumi statistika qadınların əməkhaqlarının miqdarının kişilərinki ilə müqayisədə az olduğunu göstərir. Eləcə də, demək olar ki, bütün ölkələrdə qadınlar toplumun 49-51 faizini, yəni, yarısını təşkil etməsinə baxmayaraq, onların siyasi həyatda təmsilçiliyi, dövlət strukturlarındakı faiz nisbəti bu göstərici ilə müqayisədə xeyli aşağı səviyyədədir. Qadınların ictimai-siyasi sferada aktivliyinin artırılması, onların fəaliyyətinə, öz potensiallarını gerçəkləşdirməsinə imkanların genişləndirilməsi istiqamətində səylər davam etdirilir.
Bakıda keçirilən “Qadın hüquqları insan hüquqlarıdır, insan hüquqları isə qadınların hüququdur” mövzusunda tədbir bu sahədə fəaliyyətin genişləndirilməsi, beynəlxalq əməkdaşlıq baxımından mühüm əhəmiyyətə malikdir. İclasda çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Şərqdə və Qərbdə qadınların siyasi hüquqlarının qazanması tarixindən, qadınların ictimai-siyasi həyatdakı artan rolundan bəhs edib: “Həmçinin, qadınlar get-gedə dövlət dairələrində daha yüksək yerlər tuturlar”.
Mehriban xanım Əliyeva Şərqin ilk demokratik parlament respublikasının Azərbaycanda yaradıldığını və burada qadınlara verilən seçki hüququnun bir çox aparıcı dövlətləri qabağladığını vurğulayıb: “Bu respublika qadınlara əksər Avropa ölkələrindən daha əvvəl seçib-seçilmək hüququ vermiş və qadınların kişilərlə bərabər hüquqlara malik olmasını müəyyən etmişdir”.
özünün çoxşaxəli fəaliyyəti ilə seçilən UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevanın gördüyü işlər bu baxımdan, həm Azərbaycan miqyasında, həm də ölkədən kənarda əsl nümunədir. Heydər Əliyev Fondu regional və qlobal miqyasda təhsil, səhiyyə, mədəniyyət, idman sahələri ilə yanaşı, qadın hüquqlarının qorunması üzrə də geniş fəaliyyət göstərir. Fond nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıq çərçivəsində qadın problemlərinin həlli yönündə tədbirlər həyata keçirir.
Bu gün Azərbaycanda qadınların hüquqlarına, onların ictimai-siyasi həyatda fəal iştirakına dövlət səviyyəsində dəstək verilir. Bunun da nəticəsində Azərbaycan qadınların hüquqları ilə bağlı məsələlərdə sürətli irəliləyişə nail olan ölkələrdəndir. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanda yerli özünüidarəetmə orqanı olan bələdiyyələrə keçirilən sonuncu seçkinin nəticələrinə görə qadınların bu qurumlara rəhbərlik göstəricisində əhəmiyyətli artım qeydə alınaraq 28 faizə yüksəlib. Mövcud tendensiya Milli Məclisdə və digər dövlət qurumlarında da müşahidə olunmaqdadır. Sosial sferada isə Azərbaycan qadınları daha geniş miqyasda təmsil olunublar. Hətta təhsil, səhiyyə ilə bağlı bəzi sahələrdə çalışanların faiz nisbətinə görə, qadınlar kişiləri xeyli üstələyir. Qadınlarının cəmiyyətdəki mövqeyinin möhkəmlənməsi həm də ölkənin inkişafını sürətləndirən amil kimi çıxış edir.
Beləliklə, sözügedən tədbirin Bakıda keçirilməsi ölkəmizdə qadınlara, onların hüquqlarına, ictimai-siyasi həyatda iştirakına, zəkasına və yaradıcılıq imkanlarına verilən önəmi və dəyəri bir daha təsdiqləyir.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
14 Noyabr 22:30
YAP xəbərləri
14 Noyabr 22:18
Diaspor
14 Noyabr 21:48
Hadisə
14 Noyabr 21:27
Dünya
14 Noyabr 21:10
Dünya
14 Noyabr 20:56
YAP xəbərləri
14 Noyabr 20:34
Diaspor
14 Noyabr 20:30
Dünya
14 Noyabr 20:13
Dünya
14 Noyabr 19:52
YAP xəbərləri
14 Noyabr 19:45
Hadisə
14 Noyabr 19:37
Sosial
14 Noyabr 19:14
YAP xəbərləri
14 Noyabr 19:08
Sosial
14 Noyabr 18:55
YAP xəbərləri
14 Noyabr 18:28
YAP xəbərləri
14 Noyabr 18:21
YAP xəbərləri
14 Noyabr 17:33
İqtisadiyyat
14 Noyabr 17:10
YAP xəbərləri
14 Noyabr 16:41
Dünya
14 Noyabr 16:28
Siyasət
14 Noyabr 16:01
YAP xəbərləri
14 Noyabr 15:39
Hadisə
14 Noyabr 15:38
Dünya
14 Noyabr 15:37
Dünya
14 Noyabr 15:31
Siyasət
14 Noyabr 15:16
YAP xəbərləri
14 Noyabr 14:57
Dünya
14 Noyabr 14:55
YAP xəbərləri
14 Noyabr 14:48
YAP xəbərləri
14 Noyabr 14:38
Sosial
14 Noyabr 14:36
Dünya
14 Noyabr 14:22
Dünya
14 Noyabr 13:58
Dünya
14 Noyabr 13:20
YAP xəbərləri
14 Noyabr 13:05
YAP xəbərləri
14 Noyabr 13:04
Dünya
14 Noyabr 12:43
Sosial
14 Noyabr 12:41
İqtisadiyyat
14 Noyabr 12:40
İqtisadiyyat
14 Noyabr 12:35
Hadisə
14 Noyabr 12:34
İdman
14 Noyabr 12:19
Siyasət
14 Noyabr 11:49
Gündəm
14 Noyabr 11:44
Siyasət
14 Noyabr 11:25
YAP xəbərləri
14 Noyabr 11:02
Siyasət
14 Noyabr 10:54
İqtisadiyyat
14 Noyabr 10:33
Analitik
14 Noyabr 10:19
Analitik
14 Noyabr 09:58
Analitik
14 Noyabr 09:31
Ədəbiyyat
14 Noyabr 09:15
Maraqlı
14 Noyabr 08:52
MEDİA
14 Noyabr 08:26
Sosial
14 Noyabr 08:02
Sosial
14 Noyabr 08:01
Dünya
14 Noyabr 07:56
Sosial
14 Noyabr 07:54
Dünya
13 Noyabr 23:30
Sosial
13 Noyabr 23:19
Sosial
13 Noyabr 22:53
YAP xəbərləri
13 Noyabr 22:35
Hadisə
13 Noyabr 22:17
Siyasət
13 Noyabr 22:12
Siyasət
13 Noyabr 22:04
İdman
13 Noyabr 21:56
Dünya
13 Noyabr 21:32
Sosial
13 Noyabr 21:15
İqtisadiyyat
13 Noyabr 20:58

