Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Bakı və Abşeronda “Kənddən şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb

Bakı və Abşeronda “Kənddən şəhərə” həftəsonu yarmarkaları fəaliyyətə başlayıb

19.06.2021 [17:51]

İyunun 19-dan 20-dək Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Bakı və Abşeronda “Kənddən şəhərə” həftəsonu yarmarkaları təşkil olunur.

AZƏRTAC xəbər verir ki, yarmarkaların təşkilində əsas məqsəd vətəndaşlar üçün təbii və sağlam kənd təsərrüfatı məhsullarını daha əlçatan etmək, eyni zamanda, fermerlər üçün alternativ satış yolları yaratmaqdır.

“Aqrar Tədarük və Təchizat” ASC-nin baş mütəxəssisi Qalib Bəhrəmovla paytaxtın Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 ünvanında - metronun “Gənclik” stansiyasının çıxışındakı yarmarkada görüşdük. Həmsöhbətimiz bildirdi ki, yarmarkada iştirak edən fermerlər piştaxta, tərəzi və digər avadanlıqlarla yanaşı, tibbi ləvazimatlarla da ödənişsiz təmin olunublar.

Həftəsonu yarmarkalarında Azərbaycanın 40-a yaxın bölgələsindən gələn 100-dən çox fermer 70 növə yaxın müxtəlif çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirir.

Quba rayonundan gələn fermer Elçin Rəhimov deyir ki, yarmarkada yer üçün heç bir ödəniş etməyib. Ona görə də bağından yığdığı meyvələri çox münasib qiymətə satır. “Hətta təklif etdiyim qiymətdən də ucuz məhsul satmışam. Təki alıcı razı qalsın. Gətirdiyim məhsullar demək olar ki, bitmək üzrədir”, - deyə o əlavə edib.

Bir qədər aralıda isə ağartı məhsulları satılırdı. Soyuducuda süd, qatıq, pendir, şor, kərə yağı kimi kənd məhsulları vardı. Ağartı məhsullarının satışı ilə məşğul olan fermerlərimizdən biri də Daşkəsən rayonundan gələn Natiq Bayramovdur. O, yarmarkada iştirak etmək üçün müvafiq qurumlara öncədən müraciət ünvanladığını vurğulayaraq deyir: “Sağ olsunlar, öz təsərüfatımın məhsullarını satışa çıxarmağıma şərait yaratdılar. Gördüyünüz kimi, pulsuz soyuducu, tərəzi veriblər. Bu imkanlardan yararlanıram, ona görə qiymətlər də ucuzdur”.

Bal satışı ilə məşğul olan Natiq İbrahimov isə cənub bölgəsindən gəlib. Digər satıcılar kimi, o da yarmarkada yaradılan şəraitdən razıdır: “Balı çox ucuz satıram. Məsələn, 25 manata satdığım balı yarmarkada 20 manata təklif edirəm”.

Yarmarkaya gələn sakinlər də yaradılan şəraitdən və qiymətlərdən razılıq edirdilər. Əli dolu yarmarkadan çıxan Oktay Əliyev qiymətlərdən razılığını bildirir: “Alış-verişə gəlmişdik. Qiymətlər münasibdir. Meyvə və tərəvəzlər burada digər yerlərlə müqayisədə daha münasibdir”.

Fikrini öyrəndiyimiz digər bir alıcı, Qızqayıt nənə isə ağartı məhsulları alırdı. Deyir ki, burada satılan məhsullar qatqısız və təmiz olur. Ona görə də məhsulları yarmarkadan almağa üstünlük verir.

Xatırladaq ki, “Kənddən şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda fəaliyyət göstərir:

- Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (“Gənclik” metro stansiyasının çıxışı)

- Binəqədi rayonu, Süleyman Sani Axundov, 5B (“İnqilab” kinoteatrının yanı)

- Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 41A.

Paylaş:
Baxılıb: 189 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Xəbər lenti

Maraqlı

Xarici siyasət

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Siyasət

3-cü iclas...

01 May 10:36

Xəbər lenti

İqtisadiyyat

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31