Çimərlik mövsümünə sayılı günlər qalsa da...
11.06.2024 [11:00]
Hansı qaydalara əməl etməliyik?
Yeganə BAYRAMOVA
İsti havalarda insanların istirahət üçün ən çox toplaşdığı yerlərdən biri də çimərliklər və göl kənarlarıdır. Dənizə gedənlər sırasında uşaqlı ailələrin, yeniyetmələrin çox olduğunu nəzərə alsaq, bəzi təhlükəsizlik qaydaları barədə söz açmaq vacibdir. Təəssüf ki, hər il çimərlik mövsümündə çoxsaylı boğulma hadisəsi yaşanır.
Boğulma hallarının artmasının əsas səbəblərindən biri və ən əsası vətəndaşların ehtiyatsızlığıdır. Çünki insanların səhhətindəki problemlə əlaqədar olaraq boğulması az hallarda müşahidə olunur. Çimmək üçün qadağan olunmuş su hövzələrinə, qeyri-çimərlik ərazilərə üz tutanların sayı çoxdur. Bunu statistik rəqəmlərdə də aydın görürük.
Mütəxəssislər adətən boğulmaların səbəbini küləkli hava, onun yaratdığı sualtı burulğanlar, küləyin suyun altına yığdığı yad cisimlər, bəzi şəxslərin bəhsə girib daha uzağa üzməyə çalışması, alkoqollu içki qəbulundan sonra suya girmək və valideynlərin uşaqlarını çox qısa müddətə olsa belə diqqətsiz qoyması ilə əlaqələndirirlər.
Hər il dünyada 400 minə yaxın insan...
Mövzu barədə fikirlərini “Yeni Azərbaycan”la bölüşən təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev çimərlikdə təhlükəsizliyin həssas məsələ olduğunu qeyd edib. Onun sözlərinə görə, dənizə gedən vətəndaşların diqqət yetirməli olunan mühüm məqamlar var: “çimərliyə gedərkən planlı şəkildə getmək lazımdır. Yəni hansı çimərliklərdən istifadə etmək olar, hansından yox. Qeyd edək ki, yalnız fəaliyyətinə icazə verilən çimərliklərə getmək olar. Hər il dünyada 400 minə yaxın insan çimərlikdə boğularaq həyatını itirir. Yəni bu, kifayət qədər ciddi rəqəmdir və bu hadisələrin 95 faizdən çoxu məhz qeyri-çimərlik ərazisində baş verir”.
30-40 dəqiqədən çox üzmək olmaz
Ekspert qeyd edib ki, əlverişsiz hava şəraitində də çimərliyə getmək olmaz: “Ümumi dünya üzrə boğulanların 70 faizdən çoxunu məhz əlverişsiz hava şəraitində çimərliyə gedənlər təşkil edir. Küləyin sürəti saniyədə 12 metrdən yuxarı və dalğaların gücü üç baldan yuxarı olarsa, dənizə girmək təhlükəlidir. Suda 30-40 dəqiqədən çox üzmək olmaz. Dənizdən çıxdıqdan sonra azı bir saat kölgədə istirahət etmək lazımdır”.
Çimərlik yarış meydançası deyil!
E.Nurəliyevin sözlərinə görə, çimərlikdən istirahət məqsədi üçün istifadə etmək lazımdır, bəzi insanlar bunu yarışa çevirir və sonu faciə ilə bitir: “Hesab edirəm ki, qeyri-çimərliklər anlayışı ləğv edilməlidir. Əgər insanlar kütləvi olaraq açıq girişi olan çimərliyə gedirlərsə, ya oranı bağlamaq, ya da lazımi təhlükəsizlik tədbirləri görmək mütləqdir. Yaxud insanlar nəzarətsiz çimərliklərə getməsinlər deyə, həmin ərazilərə DİN-in müvafiq bölməsinin köməkliyindən də istifadə etmək olar. Düşünürəm ki, nəzarətsiz çimərliklərin hamısı nəzarətə götürülməli, orada təhlükəsizlik tədbirləri görülməlidir. FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin məntəqələri və əməkdaşları xidmət aparmalı və təhlükəsizlik qaydalarını pozanlar barədə inzibati cəza, yaxud cərimə tətbiq edilməlidir. Bu tədbirlərlə çimərlikdə boğulma hallarının qarşısı alına bilər”.
Bu saatlarda suya girmək olmaz...
E.Nurəliyev bildirib ki, günün qaranlıq vaxtı dənizdə çimmək çox təhlükəlidir: “Çimərliyə günün qızmar vaxtı, yəni saat 12:00-14:00-da və qaranlıqda getmək də məsləhət deyil. Eyni zamanda spirtli içkilər qəbul etdikdən sonra suya girmək də çox təhlükəlidir. Bu, birbaşa insan həyatının sonu deməkdir. Həm spirtli içki qəbul edən şəxsi günvurma halları daha tez olur, həm də suda boğulma riski çoxalır”.
Qanun layihəsi hazırlanmalıdır...
Ekspert qeyd edib ki, bəzi insanlar çimmək üçün süni su hövzələri, su anbarları, kanallar, çaylar və göllərə üz tutur. Lakin bunun nə dərəcədə təhlükəli olduğunu nəzərə almırlar: “Bu kimi yerlərin təyinatı çimmək üçün nəzərdə tutulmayıb. Belə suların dibində konserv qabı, kəsilmiş şüşə parçası, sınıq butulka və s. kimi deşici əşyaların olması istisna deyil. Göllərdə suyun dibinin lil olması ilə bataqlıq yaranır, ora düşən insanın çıxma şansı belə olmur və lilə batan çıxmağa çalışdıqca daha da dərinə batır. Suda əqrəb, ilan və digər zərərverici canlılar da təhlükə yarada bilər. Kanallarda suyun üzərində olan axın sürəti ilə altındakı axın sürəti arasında 3 dəfəyə qədər artıq fərq var. Bunu orada çimənlər nəzərə almırlar və həyatlarını təhlükəyə atırlar. Hesab edirəm, belə yerlər nəzarətə götürülsə, mənfi halların qarşısını almaq olar. Ümumiyyətlə, süni su hövzələri, kanal və göllərdən çimərlik kimi istifadə edənlər ilə bağlı qanun layihəsi hazırlansa, daha məqsədəuyğun olar”.
Xəbər lenti
Hamısına baxDünya
10 İyun 21:20
Dünya
10 İyun 21:09
Dünya
10 İyun 20:42
Dünya
10 İyun 20:33
YAP xəbərləri
10 İyun 20:28
Dünya
10 İyun 20:17
YAP xəbərləri
10 İyun 19:53
Dünya
10 İyun 19:51
İqtisadiyyat
10 İyun 19:25
Dünya
10 İyun 19:10
YAP xəbərləri
10 İyun 18:28
Maraqlı
10 İyun 18:23
YAP xəbərləri
10 İyun 17:52
Dünya
10 İyun 17:35
YAP xəbərləri
10 İyun 16:33
Dünya
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:20
YAP xəbərləri
10 İyun 16:10
Sosial
10 İyun 16:07
Sosial
10 İyun 16:05
YAP xəbərləri
10 İyun 16:02
10 İyun 16:00
Siyasət
10 İyun 15:58
Dünya
10 İyun 15:53
Elm
10 İyun 15:53
YAP xəbərləri
10 İyun 15:49
Siyasət
10 İyun 15:21
İdman
10 İyun 15:18
Dünya
10 İyun 15:13
Sosial
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:13
İqtisadiyyat
10 İyun 15:00
YAP xəbərləri
10 İyun 14:54
Xəbər lenti
10 İyun 14:53
Sosial
10 İyun 14:36
YAP xəbərləri
10 İyun 14:27
Dünya
10 İyun 14:18
YAP xəbərləri
10 İyun 14:12
Dünya
10 İyun 14:10
İqtisadiyyat
10 İyun 13:57
Dünya
10 İyun 13:51
Dünya
10 İyun 13:22
YAP xəbərləri
10 İyun 13:07
YAP xəbərləri
10 İyun 12:58
Dünya
10 İyun 12:49
Siyasət
10 İyun 12:22
Dünya
10 İyun 12:14
Gündəm
10 İyun 11:50
Sosial
10 İyun 11:28
Gündəm
10 İyun 11:25
YAP xəbərləri
10 İyun 11:09
Sosial
10 İyun 11:07
Sosial
10 İyun 10:58
Siyasət
10 İyun 10:57
Gündəm
10 İyun 10:52
İqtisadiyyat
10 İyun 10:39
Hadisə
10 İyun 10:21
Siyasət
10 İyun 10:16
YAP xəbərləri
10 İyun 10:08
YAP xəbərləri
10 İyun 09:59
Analitik
10 İyun 09:53
YAP xəbərləri
10 İyun 09:52
Analitik
10 İyun 09:30
Analitik
10 İyun 09:18
Sosial
10 İyun 08:51
MEDİA
10 İyun 08:34
Dünya
10 İyun 07:48
Dünya
10 İyun 07:46
Dünya
09 İyun 23:48
Dünya
09 İyun 23:25

