Saxta diplom və medal paylayanlar nəzarətə götürülməlidir
05.09.2024 [14:09]
Milli məclisin bəzi komitə sədrlərinin də müxtəlif şəxsləri diplom və fəxri fərmanlarla təltif etdməsi nə dərəcədə düzgündür?
Xəbər verdiyimiz kimi, QHT-lərə Dövlət Dəstəyi Agentliyi bəyanat verib.
Bəyanatda deyilir ki, son zamanlar bir sıra QHT-lərin özlərindən orden və medallar təsis etməsi və müxtəlif şəxsləri, xüsusilə şəhid ailələrinin üzvlərini, o cümlədən vəzifəli şəxsləri, dövlət məmurlarını bu orden və medallarda təltif etməsi müşahidə edilir.
Eyni zamanda qeyd edilir ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən, orden və medal - vətəndaşlara xüsusi xidmətlərə görə dövlət tərəfindən verilən dövlət təltifidir. Bu Qanundan başqa digər normativ hüquqi aktlarda orden və medallar (o cümlədən “orden” və ya “medal” ifadəsindən hər hansı mənada istifadə edilməklə) təltif növü kimi təsis oluna bilməz.
Görünür ki, Vətən Müharibəsindən sonra bir sıra QHT və media qurumları tərəfindən öz fantaziyalarına uyğun medallar təsis olunur. Bunun geniş vüsət alması isə ciddi qanun pozuntusudur. Orden və medallar dövlət tərəfindən təsis olunan, ayrı-ayrı şəxslərin Vətən, millət qarşısında xidmətlərinə görə verilən təltiflərdir. Bu cür qanunsuz hallar təkcə QHT sektorunda müşahidə edilmir. Eyni zamanda, digər strukturlarda da baş verir. Milli məclisin bəzi komitə sədrlərinin də müxtəlif şəxsləri diplom və fəxri fərmanlarla təltif etdiyini zaman-zaman müşahidə etmişik. Bəs bu cür halların baş verməsi nə dərəcədə düzgündür?
Daha ağır əməl isə bu cür “mükafat”, təşəkkürnamə, diplom, fəxri fərmanların, medalların, döş nişanlarının maddiyyat və ya hər hansısa güzəştin əldə edilməsi müqabilində verilməsidir. Bu “mükafatları” pul alaraq verənlər, məhz hər hansı təşkilat və qurumun vəzifəli şəxsi kimi korrupsiya hüquqpozması törədirlər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 583-cü maddəsində ordenin, medalın, fəxri ad döş nişanının və ya planka üzərində orden və medal lentlərinin buna hüququ olmayan şəxs tərəfindən istifadə edilməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdu. Düşünürük ki, bu cür hadisələrin baş verməsi ilə bağlı yayılan məlumatlar prokurorluq orqanları tərəfindən ciddi nəzarətə götürülməli və araşdırılmalıdır.
Yeniazerbaycan.com
Xəbər lenti
Hamısına baxDünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29

