Balakəndə IV Xurma festivalı keçirilib FOTO
29.10.2024 [17:38]
Balakənlilər tarixən məhsul yığımını, məhsul bolluğunu böyük sevinc hissi ilə, şənliklər keçirərək qeyd edirlər. 2017-ci ildə rayonda ilk dəfə Xurma festivalı keçirilməklə gözəl ənənənin təməli qoyulub. Bu ənənə bir neçə illik fasilədən sonra yenə də davam etdirilir. Qoz-fındığı, tərəvəzi, meyvəsi ilə tanınan Balakən dördüncü dəfədir Xurma festivalına ev sahibliyi edib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Balakən rayonunun kənd təsərrüfatı üçün ənənəvi sahələrdən olan xurmaçılığın daha geniş təbliği məqsədilə oktyabrın 29-da IV Xurma festivalı keçirilib.
Balakən Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyinin, Aqrar İnnovasiya Mərkəzinin, Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının və “Balkhoorma” şirkətinin dəstəyi ilə reallaşan festivalda müxtəlif dövlət qurumlarının nümayəndələri, xurma istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak ediblər.

Festival iştirakçıları və qonaqlar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edərək, dahi rəhbərin mədəniyyət və istirahət parkında ucaldılan abidəsi önünə gül dəstələri düzüblər.
Sonra qonaqlar “Balxurma” MMC-nin rayonun Katex kəndində yerləşən meyvə və giləmeyvələrin quru və yarımquru emalı müəssisəsinə baş çəkib, istehsal prosesi ilə tanış olublar. Məlumat verilib ki, 2017-ci ildə fəaliyyətə başlayan bu müəssisə müasir standartlara cavab verən istehsal sahəsidir. “Balxurma” müəssisəsində istehsal üçün meyvələr sakinlərin şəxsi xurma bağlarından yığılır, tam gigiyenik və ekoloji cəhətdən təmiz məhsul istehsal edilir. Xurma məhsulu qablaşdırılmış formada daxili bazarda satışa çıxarılır, həmçinin MDB-yə və digər ölkələrə ixrac olunur. Müəssisənin fəaliyyətə başlaması, eyni zamanda, yerli əhalinin xurma ağaclarının əkininə marağını da xeyli artırıb.
Müəssisə ilə tanışlıqdan sonra qonaqlar ərazidə xurma ağacları əkiblər.
Balakən şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən festivalın rəsmi açılış mərasimində rayon icra hakimiyyətinin başçısı İslam Rzayev çıxış edərək, festival iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik edib. Bildirilib ki, xurma festivalının keçirilməsi Balakən rayonu üçün xüsusi önəm daşıyır. Festival Balakəndə kənd təsərrüfatının, o cümlədən meyvəçiliyin inkişafını stimullaşdırır. Festival yerli məhsulların xarici bazarlarda satışının təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Xurma festivalının keçirilməsi, eyni zamanda, rayonun milli adət-ənənələrinin, qonaqpərvərliyinin, turizm imkanlarının tanıdılmasında, xurmadan hazırlanan məhsulların təşviqində önəmli rol oynayır.

Tədbirin rəsmi hissəsində, həmçinin Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov və Xurma İstehsalçıları və İxracatçıları Assosiasiyasının İdarə heyətinin sədri Qadir Yusifov çıxış edərək, bu gün ölkəmizdə qeyri-neft məhsulları üzrə ixrac imkanlarının artırılmasında meyvəçiliyin mühüm rol oynadığını, Azərbaycandan xarici bazarlara ixrac olunan məhsullar sırasında xurmanın xüsusi yer tutduğunu vurğulayıb, festivalın işinə uğurlar arzulayıblar.
Sonra festival iştirakçıları bayramsayağı bəzədilmiş parkda xurmadan hazırlanmış kulinariya məhsullarına və kompozisiyalara, kənd təsərrüfatı məhsullarının sərgilərinə baxıblar. Xurma, alma, armud, qoz, fındıq və digər meyvələr, arıçılıq, ət, süd, tərəvəz məhsulları, “Azəryem Sənaye” MMC-nin, konserv zavodunun istehsal etdiyi müxtəlif çeşiddə məhsullar festival iştirakçılarının böyük marağına səbəb olub.
Diqqətə çatdırılıb ki, Balakən rayonu xurma istehsalına görə respublikada öncül yerlərdən birini tutur. Rayonda 770 hektar xurma bağı var. 2023-cü ildə bağlardan 15 min 755 ton məhsul yığılıb. Hazırda rayonun xurma bağlarında məhsul yığımı davam edir. İndiyədək bağlardan 9,3 min ton məhsul tədarük olunub.
Xurma festivalı mədəniyyət və istirahət parkının ərazisindəki meydanda konsert proqramı ilə davam edib.
Xəbər lenti
Hamısına baxDünya
08 Sentyabr 23:32
Dünya
08 Sentyabr 23:10
Dünya
08 Sentyabr 22:56
Dünya
08 Sentyabr 22:23
İqtisadiyyat
08 Sentyabr 21:45
Dünya
08 Sentyabr 21:34
İdman
08 Sentyabr 21:19
İqtisadiyyat
08 Sentyabr 20:42
Dünya
08 Sentyabr 20:31
Dünya
08 Sentyabr 20:17
Sosial
08 Sentyabr 19:50
İqtisadiyyat
08 Sentyabr 19:24
Sosial
08 Sentyabr 19:10
YAP xəbərləri
08 Sentyabr 18:18
Dünya
08 Sentyabr 18:16
YAP xəbərləri
08 Sentyabr 18:09
YAP xəbərləri
08 Sentyabr 17:41
YAP xəbərləri
08 Sentyabr 17:40
Dünya
08 Sentyabr 17:28
Sosial
08 Sentyabr 17:15
Siyasət
08 Sentyabr 17:11
YAP xəbərləri
08 Sentyabr 17:01
YAP xəbərləri
08 Sentyabr 16:59
YAP xəbərləri
08 Sentyabr 16:48
Din
08 Sentyabr 16:47
YAP xəbərləri
08 Sentyabr 16:36
YAP xəbərləri
08 Sentyabr 16:33
Dünya
08 Sentyabr 16:30
Elanlar
08 Sentyabr 15:49
YAP xəbərləri
08 Sentyabr 15:47
Dünya
08 Sentyabr 15:45
Diaspor
08 Sentyabr 15:41
Hadisə
08 Sentyabr 15:34
Elm
08 Sentyabr 15:33
Sosial
08 Sentyabr 15:26
Sosial
08 Sentyabr 15:25
Dünya
08 Sentyabr 15:17
Analitik
08 Sentyabr 14:31
İqtisadiyyat
08 Sentyabr 14:28
Dünya
08 Sentyabr 14:25
Gündəm
08 Sentyabr 14:22
Dünya
08 Sentyabr 14:10
Dünya
08 Sentyabr 13:39
Dünya
08 Sentyabr 13:10
Siyasət
08 Sentyabr 12:42
Dünya
08 Sentyabr 12:14
Hadisə
08 Sentyabr 11:58
Gündəm
08 Sentyabr 11:35
İqtisadiyyat
08 Sentyabr 10:40
İqtisadiyyat
08 Sentyabr 10:18
Analitik
08 Sentyabr 09:44
Analitik
08 Sentyabr 09:20
Sosial
08 Sentyabr 08:53
Sosial
08 Sentyabr 08:35
Sosial
08 Sentyabr 07:25
Dünya
07 Sentyabr 23:39
Dünya
07 Sentyabr 23:15
İdman
07 Sentyabr 22:43
Xəbər lenti
07 Sentyabr 22:30
Dünya
07 Sentyabr 22:17
Dünya
07 Sentyabr 21:59
YAP xəbərləri
07 Sentyabr 21:51
YAP xəbərləri
07 Sentyabr 21:43
YAP xəbərləri
07 Sentyabr 21:41
YAP xəbərləri
07 Sentyabr 21:35
YAP xəbərləri
07 Sentyabr 21:33
Dünya
07 Sentyabr 21:24
YAP xəbərləri
07 Sentyabr 21:09
İqtisadiyyat
07 Sentyabr 21:06
YAP xəbərləri
07 Sentyabr 21:06

