Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Sosial / Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağacağı gözlənilir

Sabah Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağacağı gözlənilir

21.02.2025 [12:39]

Azərbaycanda fevralın 22-nə gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağacağı gözlənilir. Gündüz yağıntıda fasilə olacaq. Arabir güclənən şimal-qərb küləyi əsəcək, günün ikinci yarısında mülayimləşəcək. Havanın temperaturu gecə 2-5° şaxta, gündüz 2° şaxtadan 1°-dək isti olacaq. Gecə və səhər yollar buz bağlayacaq. Atmosfer təzyiqi 769 millimetr civə sütunu, nisbi rütubət gecə və gündüz 70-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturunun gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti, dağlarda gecə 8-13° şaxta, yüksək dağlıq ərazilərdə 16-21° şaxta, gündüz 5-8° şaxta olacağı ehtimal edilir. Bəzi yerlərdə yolların buz bağlama ehtimalı var.

Paylaş:
Baxılıb: 168 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

Siyasət

Siyasət

Mədəniyyət

MEDİA

Analitik

Ədəbiyyat

Sosial

İqtisadiyyat

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30